Bu gün Azərbaycan kubokunda II təsnifat mərhələsi start götürəcək.
İdman.biz xəbər verir ki, mərhələnin ilk oyun günündə bir matç baş tutacaq.
Günün yeganə qarşılaşması Tovuzda keçiriləcək. Misli Premyer Liqasının liderlərindən olan "Turan Tovuz" II Liqa təmsilçisi "Hypers Guba"nı sınağa çəkəcək.
Qeyd edək ki, II təsnifat mərhələsi oktyabrın 31-də başa çatacaq.
Azərbaycan kuboku
II təsnifat mərhələsi
28 oktyabr (bazar ertəsi)
20:00. "Turan Tovuz" – "Hypers Guba"
Hakimlər: Əkbər Əhmədov, Eyyub İbrahimov, Şirmamed Mamedov, Rəvan Həmzəzadə
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Seymur Səlimli
Tovuz şəhər stadionu
İdman.biz