"Turan Tovuz" klubu Azərbaycan millisinin üzvü Filip Ozobiçlə anlaşıb.
"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, son olaraq "Neftçi"nin formasını geyinən yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.
Rusiyada "Spartak", Xorvatiyada "Hayduk" və "Slaven" klublarında çıxış etmiş F.Ozobiç Azərbaycanda "Qəbələ" və "Qarabağ"da da forma geyinib.
Qeyd edək ki, 33 yaşlı futbolçu 2021-ci ildən şərəfini qoruduğu Azərbaycan millisinin heyətində 15 oyun keçirib və 1 qol vurub.