top
Turan Manafov: Qəbələyə icarə, Stellenboşa qayıdış və karyera planları Idman.biz
31 yanvar 2026, 14:00
- ↺ +

Turan Manafov: "Qəbələ"yə icarə, "Stellenboş"a qayıdış və karyera planları

"Qəbələ" Cənubi Afrika Respublikasının (CAR) "Stellenboş" klubunda çıxış edən Turan Manafovu 4 aylıq icarəyə götürdü.

27 yaşlı futbolçu transferi və digər məsələlərlə bağlı futbolinfo.az-a müsahibə verib.

– "Qəbələ"yə keçidiniz necə baş tutdu?

– "Stellenboş"da məşqçi dəyişikliyi baş tutdu. Yeni gələn məşqçi də yaşlı idi. Onun öz futbolçuları var. Yəni bir az fərqli mütəxəssisdir, öz futbolçularına üstünlük verir, istəyir ki, tanıdıqlarını ətrafına yığsın. Mən də fikirləşdim, komandada ara qarışıb, indiki vəziyyət bir az yaxşı deyil, bu il komanda bir qədər aşağı səviyyədə çıxış edir. Həm bunları, həm də məşqçi dəyişikliyini nəzərə alıb belə qərar verdim. Mənim oradan qayıtmaq üçün hər hansı problemim, ay maliyyə, ay filan məsələ, yəni bu cür problem olmayıb. Sadəcə ara qarışıqlığına görə, fikirləşdim ki, mənim üçün 4 aylıq başqa kluba getmək daha yaxşı ola bilər. "Qəbələ" ilə danışdıq, yaxşı təklif və uyğun şərtlər qarşıma qoyduğu üçün buranı seçdim. Həm də Azərbaycan çempionatını izləyirəm, "Qəbələ" yaxşı futbol oynayır. Elə oldu ki, 4 aylıq icarəyə gəldim. Bu müddət bitəndən sonra ora məxsus olduğum üçün ora qayıdacağam. Real olan budur.

– Afrikada karyeranız necə davam edirdi? Orada keçirdiyiniz yarım ili necə dəyərləndirərdiniz?

– Qışa qədər yaxşı davam edirdi. Oynayırdım, formaya düşdükdən sonra bütün oyunlarda meydanda olurdum. Azərbaycandan gedəndə 3 aya yaxın futbol oynamamışdım. Çünki viza problemim vardı, ora getdikdən sonra bir ay da oturumumu gözlədim. Hazır olduqdan sonra oyunlara çıxırdım. Mənim üçün hər şey normal idi. Düzdür, komanda üçün uğurlu mövsüm sayılmaz. Komanda işi baxımından dəyərləndirsək, yaxşı keçmədi. Klub hər il daha yaxşı yerlər üçün oynamasına baxmayaraq, bu il bir az aşağı səviyyədə çıxış etdi. Amma mənim karyeram üçün normal saymaq olar. Hansısa bir problemim yox idi.

– Bəs belə fikirlər var ki, sənədlə (viza ilə) bağlı çətinlikləriniz olduğu üçün qayıtmaq qərarına gəldiniz. Azərbaycandan getdiyiniz üçün peşman oldunuzmu?

– Mənim sənədlə bağlı problemim bir az uzun vaxt aparması oldu. Ona görə ki, bizim Cənubi Afrikada səfirliyimiz yoxdur. Türkiyə vasitəsilə iş görürdük deyə, uzun çəkdi. Orada oturum sənədi alanda yuxarıda qeyd etdiyim səbəbə görə, sənədimi yenə də Türkiyə ilə həll etməli oldular. Bunlar da iki ay vaxt apardı. Azərbaycanda qalmağı düşünmürdüm. Fikrim getmək idi. Həmin vaxt da bu komanda ilə danışdığım üçün Azərbaycanda da hansısa klubla danışıb və ya təklifini geri çevirməmişəm. Bunlarla danışıb, müqaviləni də bağlamışam.

– Legioner həyatının çətinliyini nəzərə alsaq, bu müddət ərzində başqa hansı çətinliklərlə üzləşdiniz?

– Çətinlik hər yerdə var. Günü bu gün Azərbaycanda yaşayanda da. Amma sırf legioner həyatımda mənim üçün yemək məsələsi çətin oldu. Çünki onların mətbəxi tamam fərqlidir. Çox sous istifadə edirlər. Bizim mətbəx fərqli olduğundan onda çox çətinlik yaşadım. Amma özümü öyrətməyə çalışırdım. Başqa da dildə çətinliyim oldu. Çünki ingilis dilini güclü bilmədiyimə görə, ilk başlarda asan olmadı. Sonra-sonra həm öyrənməyə, həm də alışmağa başladım. Başqa çətinliyim olmayıb.

– Yəqin ki, ictimaiyyət tərəfindən tənqidlərin olacağını gözləyirsiniz. Çünki azərbaycanlı futbolçuların legioner həyatı uzunmüddətli olmur və bu, bəzən məyusluqla qarşılanır. Bunu adətən mental məsələlərlə əlaqələndirirlər. Tənqidləri necə qarşılayırsınız?

– Vallah, məni tənqid edən olmayıb. Çünki mən legioner həyatı yaşamağa gedib, müqaviləmi pozub qayıtmamışam. Sadəcə orada qarışıqlıq olduğu üçün, öz istəyimlə icarəyə gəlmək istəmişəm. Klub mənə "get" deməyib. Sadəcə fikirləşdim ki, 4 aylıq gəlməyim karyeram üçün daha yaxşı olacaq. Sırf Azərbaycana yox, başqa mənə uyğun gələcək Avropa və digər ölkələrdən mənə uyğun təkliflərə baxmışıq. Sırf legioner həyatı yaşamaq çətindir deyib qayıtmamışam. Ona görə bu cəhətdən məni tənqid edən yoxdur. Çünki məni tanıyan adamlar bura gəlmək səbəblərimi bilirlər. Yenə də mən "Stellenboş"un futbolçusu sayılıram. Müqaviləm ora ilədir, 4 ay sonra da ora qayıdacağam.

– Karyeranızda bir dəfə Yunanıstanda "Olimpiakos Volos"da legioner həyatı yaşamısınız. Bəs onunla müqayisədə CAR-da çıxışınız karyeranıza necə töhfə verdi?

– Yunanıstan Liqası fərqli idi. Həm ikinci liqa olması, həm də səviyyəsinə baxanda CAR daha yüksək sayılır. Hər tərəfdən skautlar çox baxır. Karyeram üçün o baxımdan faydalıdır ki, daha yaxşı yerlərə getməyə kömək edə bilər. Çünki bizim ölkədən kənarda çıxış edən çox azərbaycanlı futbolçumuz olmadığı üçün kənara çıxmaq daha çətindir. Mənim üçün çox xeyri var ki, daha yaxşı yerlərə çata bilərəm. Bu niyyətlə, bu fikirlə, bunu götür-qoy edib getmişəm.

– Yayda Afrikaya gedəcəksiniz, yoxsa Azərbaycanda davam etmək variantını nəzərdən keçirəcəksiniz?

– Gələcəkdə necə olacağını bilmək olmaz. Onu ancaq yaşayıb yayda görə bilərik. Mən ehtimalla yox, reallığı danışmağı sevən adamam. Bu gün üçün mən oranın oyunçusuyam. Təbii ki, yayda komanda toplaşanda mən ora qayıdacağam. Amma sırf Azərbaycan yox, başqa ölkədən yaxşı təklif olsa, komandamı dəyişə bilərəm. Baxır, gələn təklifə. Burdan daha yaxşı yer olacaqsa, niyə də yox?! Bütün futbolçular daha yaxşı yerlərə getmək üçün oynayır. Buradan daha yaxşı yer olacaqsa, niyə də yox. Amma heç bir vəziyyətdə ehtimalla danışmaq düzgün deyil, fakt hazırda oranın oyunçusuyam. Yayda da gələn variantları fikirləşib dəyərləndirəcəyəm. Qayıdacağım yer "Stellenboş"dur.

– "Qəbələ"də hədəflər, Turan Manafovun qarşıya qoyduğu məqsədlər nələrdir?

– "Qəbələ"nin hazırkı olduğu mövqedən daha yaxşı yerlərə kömək olmaq. Əlimdən nə gəlirsə, onu ən yaxşı şəkildə etmək, komandaya futbolçu kimi xeyir vermək, mənə inananların etimadını doğrultmaqdır. Karyeram baxımından mövsümün ikinci yarısını yaxşı keçirmək istəyirəm. Hədəflərim yaxşıya doğru irəliləməkdir. Komandaya faydalı olmaq, yaxşı pillələrə qaldırmaq üçün çalışıb-vuruşmaqdır məqsədim.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 05:11

Real Madrid Santyaqo Bernabeu stadionunda FIFA nümayəndələri ilə görüş keçirdi

Futbol
Bu gün, 04:11

Manchester United-un Andersona təklifi istehza ilə qarşılandı

Futbol
Bu gün, 04:02

İspaniya millisi Çexiyanı məğlub edərək məğlubiyyətsizlik seriyasını 43 matça çatdırdı

Futbol
Bu gün, 03:12

Sergen Yalçın: “Belçikaya iki məşqlə çıxmağımız yetərli olmadı, daha çox hazırlıq vaxtına ehtiyacımız var”

Olimpiada
Bu gün, 02:03

Abbas Hüseynov Dakar-2026 Yay Olimpiya Oyunlarında qılıncoynatma sabre üzrə mübarizəyə çıxır

Futbol
Bu gün, 01:34

Zədə səbəbindən Azərbaycan millisinə qoşulamayan Lorenzo Mezzotero zal məşqlərinə qatıldı

Futbol
Bu gün, 01:03

Ayxan Abbasov Lorenzo Mezzotero’nun milli komandadakı gələcəyini izah etdi

Futbol
Bu gün, 00:47

Özbəkistan Rusiya ilə 3:2 məğlubiyyət, ‘Sabah’ın futbolçusu son dəqiqədə iştirak etdi

Futbol
Bu gün, 00:22

Messi üçüncü dəfə Lendon Donovan mükafatına namizəd, Qrizmann isə ilk dəfə namizəd

Futbol
Bu gün, 00:03

De Bruyne: "Arda Gülərin oyununa bütün məsuliyyəti verdik"

Digər
Dünən, 23:47

Yaponiyanın Miyadzaki şəhərində 14 noyabrda triatlon Dünya Kuboku mərhələsi baş tutacaq

Şahmat
Dünən, 23:33

Şahmatçılarımız Avropa çempionatında qızıl, gümüş və bürünc medalları qazandı

Futbol
Dünən, 23:26

Andorra qapıçısı Xesus Ovono’nun futbola qayıdışı qərarı özünə bağlıdır

Futbol
Dünən, 23:11

Harri Keyn İngiltərə millisində 36 illik Şilton rekordunu qırmağa hazırlaşır

Basketbol
Dünən, 22:55

İki həftəlik fasilədən sonra əsl gücümüzü göstərəcəyik

Futbol
Dünən, 22:35

Argentina Millisinin Baş Məşqçisi Lionel Scaloni 2030-cu İlədək Müqaviləni Uzatdı;

Şahmat
Dünən, 22:27

Vüqar Rəsulovun Prezident Kubokundan şəxsi səbəblərlə imtina edəcəyi təsdiq olundu

Futbol
Dünən, 22:25

Gəncə Avropa Kuboku C qrupunda Türkiyə klubu 'Esenler Erokspor' ilə uduzdu

Futbol
Dünən, 22:17

Lixtenşteynə qalib gəlməklə qrup lideri olacağıq

Futbol
Dünən, 22:13

Xalilu Fadiqa Bakı U-15 Dünya Kuboku və Festivalına dair fikirlərini paylaşdı

Futbol
Dünən, 22:03

Milan Ramuşun transferi 86 milyon avroya qədər gələ bilər

Futbol
Dünən, 21:50

Ayxan Abbasov: Azərbaycan futbolçuları hazırkı mərhələdə yaxşı formadadır;

Boks
Dünən, 21:41

Macarıstan Boks Federasiyası Abdullayevin üstünlüklərini vurğuladı

Futbol
Dünən, 21:39

Toral Bayramov: "Səfərdə Lixtenşteyn yığmasına qalib gəlməyimizi istəyirik"

Oxşar xəbərlər