Azərbaycan II Liqasında ötən ayın ən yaxşı qoluna imza atan "Şəmkir"in futbolçusu Tural Məmmədzadə mükafatlandırılıb.
İdman.Biz xəbər verir ki, Peşəkar Futbol Liqasının məlumatına əsasən, oyunçu "Xankəndi" ilə görüşdən əvvəl təltif olunub.
Mükafatı Tural Məmmədzadəyə PFL-in Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev təqdim edib.