top
Tural Cəlilov Şimalın liqada qalmaq şanslarını dəyərləndirib Idman.biz
29 sentyabr 2025, 19:56
- ↺ +

Tural Cəlilov "Şimal"ın liqada qalmaq şanslarını dəyərləndirib

"Baku Sportinq"ə 4:1 hesabla məğlub olduğumuza görə çox məyusuq. Adi səhvlərə görə qollar buraxdıq".

Bu sözləri sport24.az-a açıqlamasında I Liqa təmsilçisi "Şimal"ın kapitanı Tural Cəlilov deyib.

Təcrübəli futbolçu komandasının liqanın 3-cü turunda "Bakı Sportinq"ə böyükhesablı məğlubiyyəti şərh edib:

"Birinci hissənin ortalarında oyunu çevirmək imkanımız oldu, amma istifadə edə bilmədik. Bu mövsüm hədəfimiz Birinci Liqada qalmaqdır. Aşağı liqaya düşmək istəmirik. Liqanın səviyyəsi yüksəkdir. Keyfiyyətli futbolçular var, komandalar çempionluğa oynayır. Çempionatda ciddi rəqabət var. Bizim üçün liqada qalmaq çox çətin olacaq. Sona qədər mübarizə aparacağıq. Heyətimiz çox geniş deyil. Stadionla bağlı problemimiz qalmaqdadır. Ev oyunlarını Şamaxıda keçiririk. Ona görə də, hər matç bizim üçün səfərdə keçirilir. Hər oyuna görə təxminən 3 saata yaxın yol gedirik. Bu qədər məsafə qət edib oynamaq çox çətindir. Ümid edirik ki, stadionumuz hazır olacaq. İndiki durumumuz çox ağırdır".

Qeyd edək ki, 3 turdan sonra aktivində 1 xal olan Xaçmaz təmsilçisi turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 08:20

ÇL: Qalatasarayın futbolçusu “həftənin oyunçusu” namizədi

Futbol
Bu gün, 08:06

“Nyukasl” klubunun futbolçuları baş məşqçinin taktik tələblərini anlamırlar

Futbol
Bu gün, 08:00

Kostanayda Tobolun oyunçusuna silahlı hücum

Futbol
Bu gün, 07:14

"Aston Villa" Unai Emery-ə yeni müqavilə təklif edir

Futbol
Bu gün, 06:13

Nikolas Pas Çempionlar Liqasının ən məhsuldar futbolçusu oldu

Futbol
Bu gün, 05:11

Erlinq Holand UEFA Çempionlar Liqasında 62-ci qolunu vurdu, Raulun rekorduna yaxınlaşır

Futbol
Bu gün, 04:12

"Komo" Çempionlar Liqasının səfər oyununda 55 illik rekordunu təkrarladı

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Oxşar xəbərlər