top
Tural Cəlilov: Meydana oyunçu azlığına görə məcbur çıxıram - MÜSAHİBƏ Idman.biz
25 sentyabr 2025, 12:48
- ↺ +

Tural Cəlilov: "Meydana oyunçu azlığına görə məcbur çıxıram" - MÜSAHİBƏ

"Bu il məqsədimiz I Liqada qalmaq, yerimizi möhkəmləndirmək, II Liqaya düşməməkdir".

Bunu I Liqada çıxış edən "Şimal"ın kapitanı Tural Cəlilovun futbolinfo.az saytına müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

– I Liqada artıq iki oyun keçirmisiniz və komandanın aktivində 1 xal var. "Şəfa"ya məğlubiyyət (0:2) və MOİK ilə heç-heçəni (1:1) necə şərh edərdiniz?

– İlk turda "Şəfa" ilə qarşılaşdıq, bu komandanın durumu hər kəsə bəllidir. Çox geniş heyətə malikdirlər, çempionluğa oynayırlar. Bu səbəbdən onlara qarşı oynamaq çox çətindir. İkinci turda çempionluq hədəfi olan digər komanda – MOİK ilə üz-üzə gəldik. Onların da heyətləri yaxşıdır, keyfiyyətli oyunçuları var. Bizim isə geniş heyətimiz yoxdur, 13-14 nəfərlə mübarizə aparırıq.

– "Şimal"ın I Liqada hədəfi nədir? İlk mövsümdə əsas məqsəd liqadakı yerinizi qorumaqdır, yoxsa daha iddialı olacağınızı düşünürsünüz?

– Bu il məqsədimiz I Liqada qalmaq, yerimizi möhkəmləndirmək, II Liqaya düşməməkdir. Hər oyunda sonadək mübarizə aparacağıq. Kağız üzərində bütün komandalar bizim önümüzdə favorit sayılırlar, amma biz hər dəfə əzmkar oyun nümayiş etdirməklə xallar yığmağa çalışacağıq. Məşqlərimizi davam etdiririk.

– Komanda olaraq əsas çətinlikləriniz nədən ibarətdir?

– Meydança, şərait baxımından problemlərimiz var. Çalışırıq ki, hər bir çətinliyə sinə gərək və azarkeşlərimiz meydanda keyfiyyətli, xarakterli komanda görsünlər. İnşallah, oyunçularımız zədə almazlar. Doğrudan da, heyətimiz kasaddır.

– Sentyabrın 25-də "Baku Sportinq"in qonağı olacaqsınız. Şansları necə dəyərləndirirsiniz? Bakıdan yaxşı nəticə ilə qayıda biləcəksiniz?

– "Baku Sportinq"lə oyun da bizim üçün çətin keçəcək. Hər matç çətindir. Çalışacağıq ki, yaxşı oyun göstərək, mübarizə aparaq, xarakter göstərək. Uğurlu nəticə üçün əlimizdən gələni edəcəyik. İnşallah, yaxşı olar.

– I Liqanın səviyyəsi II Liqadan çox fərqlənir? Şəxsən sizin üçün 39 yaşda I Liqada oynamaq çətin deyil?

– Düzdür, 39 yaşım var, oynayıram. Oyunçu azlığına görə məcbur meydana çıxıram. Bu yaşda oynamaq həm güc, həm də enerji baxımından mənim üçün asan deyil. Belə deyək də, istədiyimdən oynamıram, çalışıram ki, çətin vəziyyətdə komandamıza kömək edim, dəstək olum.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər