top
Tural Bayramlı: “Onun rəhbərliyi altında çıxış etməklə bir qədər də “böyüyürəm” Sport24.az
06 avqust 2024, 12:00
- ↺ +

Tural Bayramlı: “Onun rəhbərliyi altında çıxış etməklə bir qədər də “böyüyürəm”

"Turan Tovuz" XXXIII ölkə çempionatının ilk turunda səfərdə "Neftçi" ilə qarşılaşsa da, meydanı xalsız tərk etmədi. Tovuzlular meydan sahiblərindən fərqli, daha aqresiv və baxımlı oyunla yadda qaldılar. Qonaqların heyətində özünü yaxşı tərəfdən göstərən futbolçulardan biri də Tural Bayramlı idi. Mövsümlərarası fasilədə "boz qurdlar"la anlaşan futbolçu oyundan sonra Sport24.az-ın əməkdaşının suallarını cavablandırıb.  

 

- İlk turda iddialı "Neftçi"nin qonağı olduz. Matçla bağlı fikirlərini bölüşərdin...
- "Neftçi" kimi köklü və ənənəsi olan komandaya qarşı oynamaq həmişə çətib olub. Məncə, ilk oyun üçün pis çıxış etmədik və səfərdən 1 xalla dönə bildik. Əlbəttə ki, daha yaxşı çıxış etmək, hər tur maksimum xal götürmək istəyirik.

 

- Bir çox baş məşqçilərin rəhbərliyi altında çıxış etmisən. Hazırda isə Kurban Berdıyevin sərəncamındasan. Rusiyalı mütəxəssisi digərlərindən fərqləndirən nədir?
- Kurban müəllimi bütün dünya tanıyır. Onun futbolçulara yanaşması, futbol fəlsəfəsini aşılması fərqlidi. O, hər oyunçuya fərdi yanaşır, futbolçunun potensialını tam ortaya qoyması üçün hər cür şərait yaradır.


- "Turan Tovuz"a yeni transfer olunan zaman saytımıza açıqlamanda  "fəxr edirəm ki, Kurban Berdıyevin bəyəndiyi və komandasına cəlb etdiyi ilk azərbaycanlı futbolçuyam" söyləmişdin. Artıq iki aya yaxındı rusiyalı mütəxəssisin rəhbərliyi altında çalışırsan. Bu müddətdə ondan nə öyrənmisən?
- Kurban müəllim kimi adından söz etdirmiş təcrübəli məşqçinin bəyəndiyi futbolçular siyahısında yer almaq çox xoşdu. Kurban Berdıyevin sərəncamında olan futbolçu inkişaf etməlidi. Başqa cür də ola bilməz. Mən də onun rəhbərliyi altında çıxış etməklə bir qədər də "böyüyürəm".

 

- Komandanın qarşısına hansı hədəf qoyulub?
- Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdı. Bunun üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq.

 

- Yəqin ki, avrokuboklarda mübarizə aparan klublarımızın oyunlarını izləyirsən. Fikirlərini bilmək istərdik...  
- Bu mövsüm təmsilçilərimiz qitəmiqyaslı yarışlara yaxşı başlayıb. "Qarabağ"ın böyük təcrübəsi var, onlar haqqında əlavə nəsə deməyə ehtiyac yoxdu. "Zirə" ilə "Sabah"da mərhələ adlamaqla hamımızı sevindirdi. Hər 3 klubumuz növbəti oyunlarda da uğur arzulayıram. Onlar nə qədər uzağa getsələr bir o qədər UEFA-nın reytinqində mövqeyimizi yaxşılaşdıracağıq. Bu isə gələcəkdə digər klublarımızın da işinə yarayacaq.

ABDULLA İSMAYILOĞLU

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 09:08

Athletic'in 17 yaşlı futbolçusu Kristian İmqa'ya 15 Çempionlar Liqası klubu maraq göstərir

Futbol
Bu gün, 09:06

AFFA-nın Kifayət Mustafayeva UEFA-nın qadınlar Çempionlar Liqasının IV turu nümayəndəsi təyin edildi

Voleybol
Bu gün, 09:00

Xilasedici komandası CEV Çempionlar Liqasında cavab oyununa çıxır

Futbol
Bu gün, 09:00

Markus Türam Interin yeni təklif etdiyi müqavilə uzatmasını rədd etdi

Futbol
Bu gün, 08:40

Qalatasaray, Ştutqartın 40 milyon avroluq oyunçusu Bilal El Xannusuna maraq göstərir

Futbol
Bu gün, 08:20

Frankfurt Alman klubu Arno Kalimuendo üçün Nottingem Forest-dan transferi nəzərdən keçirir

Futbol
Bu gün, 08:12

“Arsenal” qış transfer pəncərəsində dörd oyunçunu nəzərdən keçirir

Futbol
Bu gün, 08:00

Cek Rudoni qışda Coventri-dən ayrılmaq üzrədir

Basketbol
Bu gün, 07:46

"Trabzonspor" basketbol komandası "Sabah" məğlubiyyəti üzündən baş məşqçi Selçuk Ernakı işdən çıxardı;

Futbol
Bu gün, 07:21

Rio Nqumoa “Çelsi”dən ayrılma səbəbini və Liverpoola keçidini izah etdi

Futbol
Bu gün, 06:13

Maktominey: Dünya çempionatının ilk oyununa iki gün qalmış ürək müdaxiləsi üçün xəstəxanada oldu

Futbol
Bu gün, 04:08

Merson, Alonsonun Estevaonu oyununa çıxarmamasını tənqid etdi

Futbol
Bu gün, 03:11

Fermin Lopes Barcelona klubunda özünü kifayət qədər dəyərləndirilmədiyini bildirir

Futbol
Bu gün, 02:13

Barcelona və CBF arasında Rafinyanın zədələnməsinin qarşısını almaq üçün oyun vaxtını tənzimləmək razılaşması

Futbol
Bu gün, 01:51

Yamalın Azərbaycan üçün hədiyyəsi Qazaxıstanla qarışdırıldı

Futbol
Bu gün, 01:15

Mark Kukurelya: Arda Güler meydanda oynadığı zaman komanda dəyişir

Futbol
Bu gün, 00:56

Romano Floriani 2031-ci ilə qədər Latsio klubu ilə müqavilə uzadı

Olimpiada
Bu gün, 00:37

Bu gün Azərbaycan idmançılarımız Dakar-2026-da boks və taekvondo üzrə yarımfinala çıxacaq

Futbol
Bu gün, 00:21

Kubarsi Flik ilə dil maneəsi barədə danışır: "Səsinin tonundan hər şey aydın olur"

Futbol
Bu gün, 00:02

Spalletti, Anqissanı Yuventus'a Transfer Etmeyi Hədəfləyir

Gimnastika
Dünən, 23:54

Azərbaycan Milli Komandası Dünya Çempionasında Medal Qazanıb Vətənə Qayıdı

Futbol
Dünən, 23:36

De la Fuente: Yamalın sağlamlığını önə çəkərək Çexiya oyunundan çıxarmadıq

Futbol
Dünən, 23:21

Tçuameni Fransa Milli Takımı üçün iki oyunu qaçırma riskində

Voleybol
Dünən, 23:01

“Turan” qadın voleybol komandası Maritsa’yı 3:0 məğlub etdi, çempionlar liqasının qrup mərhələsinə yüksəldi – İDMAN.BİZ TOVUZDAN

Oxşar xəbərlər