top
Trent Arnold və Kamavinqa zədələndi - “Real Madrid”də müdafiə böhranı dərinləşir Idman.biz
04 dekabr 2025, 09:44
- ↺ +

Trent Arnold və Kamavinqa zədələndi - “Real Madrid”də müdafiə böhranı dərinləşir

İspaniyanın "Real Madrid" futbol klubunun müdafiəçisi Trent Aleksander-Arnold və yarımmüdafiəçisi Eduardo Kamavinqa Bilbaoda keçirilən görüşdən sonra tibbi siyahıya düşüb.

İdman.Biz xəbər verir ki, "AS" nəşri hər iki futbolçunun durumunu "iki narahatedici hal" kimi dəyərləndirib. Matça start heyətdə çıxan Trent ilk qolu hazırlayan ötürmə ilə yadda qalsa da, 55-ci dəqiqədə sol ayağındakı ön dördbaşlı əzələ problemi səbəbindən Raul Asensio ilə əvəzlənib. Bu zədə onun Liverpuldakı biseps femoris zədəsindən qayıdışından cəmi bir həftə sonra, üstəlik başqa ayaqda baş verib.

Aleksander-Arnold Xabi Alonsonun komandasında ardıcıl dördüncü dəfə start heyətdə çıxaraq müdafiənin sağ cinahında sabitlik tapmağa başlamışdı. Lakin bu zədə onu yenidən dayandıracaq və mövsüm ərzində iştirak etdiyi ümumi oyun dəqiqələrinin azalmasına daha bir səbəb yaradacaq. Həmçinin komandada eyni mövqedə çıxış edən Dani Karvahalın 2026-cı ilə qədər sıradan çıxması bu mövqedə rəqabəti faktiki olaraq tibbi otağa daşıyıb. Karvahal son bir ildə ağır "triada" səbəbilə demək olar ki, bütün oyunları buraxıb, Trent isə "Real Madrid"lə 20 matçın yalnız 7-də meydanda olub.

Trentin çıxmasından cəmi on dəqiqə sonra, 67-ci dəqiqədə Eduardo Kamavinqa da Berenqerin müdaxiləsi nəticəsində sol topuq zədəsi alaraq oyunu yarımçıq tərk edib. Fransalı yarımmüdafiəçi sentyabr ayında sağ topuq zədəsindən yenicə qayıtmışdı və həmin zədə səbəbindən ardıcıl altı matçı buraxmışdı.

Kamavinqanın oyundan çıxması Arda Gülerin gözlənildiyindən daha tez meydana daxil olmasına səbəb oldu. Növbəti qarşılaşmalarda Güler və ya Sebalyosun daha çox şans əldə etməsi ehtimalı güclüdür.

"Real Madrid" ardıcıl iki çətin görüşə çıxacaq. 7 dekabrda "Selta", 10 dekabrda isə "Mançester Siti" qarşılaşma var.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 08:04

Liverpul Manchester Unitedın hədəfi olan Everton müdafiəçisinə 96 milyon avro dəyərində maraq göstərir

Futbol
Bu gün, 08:00

Espanyol baş məşqçisinin vəzifəsindən azad edilməsi

Futbol
Bu gün, 07:12

Türk dövlətlərindən futbolçulara yerli status: Azərbaycanlı futbolçular üçün yeni imkanlar

Futbol
Bu gün, 06:15

Rothen: “Mbappenin təbliğat kampaniyası olmasaydı, “Qızıl top”da ikinci olmazdı”

Güləş
Bu gün, 06:14

Nurəddin Rəcəbov: Azərbaycan güləşçiləri daha yüksək nəticə və əlavə medallar əldə edə bilərdilər;

Güləş
Bu gün, 05:28

Sənan Süleymanov: Qızıl medal qazanıb dünya çempionu oldum

Futbol
Bu gün, 05:11

Harri Keyn Qızıl Top mükafatını aldığını və arzularını aşdığını bəyan etdi

Futbol
Bu gün, 04:17

Lamin Yamalın atası Barcelona hava limanında qadına tüpürüb, stul atdı

Futbol
Bu gün, 03:21

Rəşad Sadıqov: Komandanın çətin vəziyyəti gizlənə bilməz

Futbol
Bu gün, 03:08

Arsenal İngiltərə Liqa Kubokunun 1/8 finalında Flitvud'a məğlub oldu;

Futbol
Bu gün, 02:41

Futbolçu iki sarı vərəqə almasına baxmayaraq meydandan çıxmadı

Futbol
Bu gün, 02:21

“Arsenal” dördüncü liqa “Flintwood Town” qarşısında penaltilərdə məğlub olaraq İngiltərə Liqa Kubokundan çıxdı – oyun zamanı naməlum uçan obyektlə dayandırıldı

Futbol
Bu gün, 01:31

Rodri: Real Madrid bizdən güclüdür, bunu qəbul etməliyik

Basketbol
Bu gün, 00:55

Nanter 92 baş məşqçisi oyunu məğlubiyyətinin səbəblərini izlədi

Qarabağ FK
Bu gün, 00:40

Abbas Hüseynova təşəkkür, gələcək karyerasında uğurlar arzulayırıq

Futbol
Bu gün, 00:29

Qranit Caka və Brel Embolo yenidən İsveçrə milli komandasında iştirak edəcək

Voleybol
Dünən, 23:58

DH Volley klubu CEV Çelenc Kubokunun 1/32 final mərhələsində ilk oyununu 3:1 hesablı qələbə ilə bağladı

Futbol
Dünən, 23:49

«Лацио» – «Сассуоло» 6:2

Futbol
Dünən, 23:47

Cəlal Hüseynovun komandası Rumıniya Kubokunda 6:0 hesabı ilə qalib gəldi

Futbol
Dünən, 23:39

Cəlal Hüseynovun çıxışı ilə "Petrolul" komandası 6-0 böyükhesablı qələbə qazandı

Futbol
Dünən, 23:38

İtaliya A Seriyasında "Latsio" səfərdə "Sassuolo"nu 6:2 hesabı ilə darmadağın edib

Qarabağ FK
Dünən, 23:25

Qarabağın əvəzedici komandaya göndərilən futbolçu klubdan ayrıldı

Basketbol
Dünən, 23:17

Lazar Spasiç: “Sabah” klubunun beynəlxalq arenada belə görünməsi lazımdır

Futbol
Dünən, 22:59

PSJ "Çelsi"nin 80 milyon avroluq cinah hücumçusu Estevaonu icarəyə götürmək istəyir

Oxşar xəbərlər