top
Traktorun Asiya Çempionlar Liqası Elit Turnirində Rəqibləri Müəyyənləşdi Idman.biz
15 avqust 2025, 17:18
- ↺ +

"Traktor"un Asiya Çempionlar Liqası Elit Turnirində Rəqibləri Müəyyənləşdi

Bu gün Asiyanın ən nüfuzlu klub turniri – Asiya Çempionlar Liqasının Elit turnirinin püşkatma mərasimi keçirilib.

İdman.biz xəbər verir ki, İran çempionu və Superkubokunun qalibi olan Təbrizin "Traktor" klubu da turnirdə çıxış edəcək.

Bu mövsüm yarışda ümumilikdə 24 komanda yer alacaq və onlar coğrafi prinsiplə "Qərb" və "Şərq" zonalarına bölünüblər. Hər zonada 12 komanda mübarizə aparacaq və komandalar qruplar üzrə deyil, vahid turnir sistemi ilə yarışacaqlar.

Hər komanda səkkiz oyun keçirəcək. Onların nəticələrinə əsasən, "Qərb" və "Şərq"in hərəsindən səkkiz ən yaxşı komanda 1/8 finalda oynamaq hüququ qazanacaq. Orada da komandalar öz zonalarında yer alanlarla qarşılaşacaqlar. Yalnız 1/4 final mərhələsindən "Qərb"lə "Şərq" birləşəcək. 1/4 final, yarımfinal və final görüşləri gələn il aprelin 17-25-də Səudiyyə Ərəbistanında keçiriləcək.

Püşkatmanın nəticələrinə əsasən, "Traktor" "Qərb" zonasında evdə "Əl-Sədd" (Qətər), "Əl-Şorta" (İraq), "Əl-Duhail" (Qətər) və "Əl-Vahda" (BƏƏ) və səfərdə "Şabab Əl-Əhli" (BƏƏ), "Nasaf" (Özbəkistan), "Şarja" (BƏƏ) və "Əl-Qarafa" (Qətər) ilə qarşılaşacaq.

Turnir sentyabrın 15-də başlayacaq.

Asiya Çempionlar Liqası Elit turnirinin hazırkı qalibi Ərəbistanın "Əl-Əhli" klubudur.

Qeyd edək ki, ötən mövsüm tarixdə ilk dəfə İran çempionu olan "Traktor" ölkənin Asiya Çempionlar Liqası Elit turnirində yeganə təmsilçisidir. Təbriz təmsilçisi keçən mövsüm Asiya Çempionlar Liqası 2 turnirinə qatılıb və 1/4 finaladək irəliləyib.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 13:28

Baş məşqçinin qeyri-adi üsulu üzə çıxdı: Basketbolçularını atəş və partlayış səsləri ilə hazırlayıb

Futbol
Bu gün, 13:20

Vitinya: Ballon d'Orun PSG oyunçusuna qalması ən haqlı nəticə olardı

Digər
Bu gün, 13:00

Rüstəm Məmmədov: “Heç kimi vurmamışam, məsələ şişirdilib”

Digər
Bu gün, 12:58

“Barselona” “Panatinaikos”dan ucuz oldu: Qazaxıstanda “Sabah” və “Kayrat”ın bilet qiymətləri müqayisə edildi - İDMAN.BİZ-in İCMALI

Futbol
Bu gün, 12:42

Timoteuş Puxaç: Karyeramı bitirəndə də Bakıya qayıdacağam - müsahibə

Futbol
Bu gün, 12:40

Liverpool, Bornmutdan Aleks Skott və Monakodan Lamin Kamara transferini nəzərdən keçirir

Futbol
Bu gün, 12:31

Harry Kane 100 oyunda 102 qol vurar, Bundesliqa rekordunu qırdı

Digər
Bu gün, 12:13

Azərbaycan İkinci Liqasında səkkizinci tura yekun vurulacaq

Digər
Bu gün, 12:00

Cahangir Həsənzadə: “Sabah” “Borussiya”dan çəkinməyəcək”

Digər
Bu gün, 11:43

“Gümüş medalla kifayətlənən idmançılardan deyiləm” - güləşçimiz Elmir Əliyevdən İDMAN.BİZ-ə AÇIQLAMA + FOTO

Digər
Bu gün, 11:40

CEV Çempionlar Liqası: "Turan" Xorvatiya təmsilçisinə qarşı

Digər
Bu gün, 11:32

“Sabah”ın oyununa görə Bakı metrosunda xüsusi iş rejimi tətbiq olunacaq

Digər
Bu gün, 11:20

İngiltərə nəhəngləri "Sabah"ın rəqibinin müdafiəçisinin transferində maraqlıdır

Digər
Bu gün, 11:13

Bakı metrosu “Sabah”ın oyunu ilə əlaqədar xüsusi rejimdə işləyəcək

Digər
Bu gün, 11:00

“Sabah”la oyun öncəsi böhran: "Borussiya" baqajı təyyarəyə yerləşdirə bilmədi

Digər
Bu gün, 10:58

Çempionlar Liqasında ehtiyat oyunçular rekord sayda qol vurublar

Digər
Bu gün, 10:43

İspaniya Bakı mundialına hazırdır: “Real”, “Barselona” yetirmələri və “Arsenal”lı futbolçunun qardaşı heyətdə

Digər
Bu gün, 10:28

“Borussiya” Bakıya uçuş zamanı məcburi enişdən qeyri-adi üsulla yayınıb

Digər
Bu gün, 10:20

FIFA U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi

Digər
Bu gün, 10:13

Bakıda kişilər və qadınlar arasında tennis çempionatı başlayır

Digər
Bu gün, 10:00

“Neftçi”nin futbolçusu Avropaya yollanır? PAOK-dan gözlənilməz addım

Digər
Bu gün, 09:52

Məşhur futbolçu ilə müğənninin gizli sevgisi üzə çıxdı

Digər
Bu gün, 09:52

“Borussiya” Bakıdakı stadionla bağlı zarafatında vacib faktı gözdən qaçırdı - VİDEO

Digər
Bu gün, 09:44

“Fənərbağça”nın “Slaviya” sınağı, PSJ - “Barselona” dueli: Çempionlar Liqasında doqquz oyun - AFİŞA

Oxşar xəbərlər