İtaliya təmsilçisi "Parma"nın hücumçusu Mateo Pelleqrino ilə İngiltərənin "Tottenhem", "Vest Hem" və "Nottingem Forest" klubları maraqlanır.
"Report" xəbər verir ki, bu barədə "TuttoSport" məlumat yayıb.
Bildirilib ki, İtaliya klubu 23 yaşlı argentinalını 2026-cı ilin yayından əvvəl buraxmağa hazırdır.
Pelleqrino 2025-ci ilin martından "Parma"da çıxış edir. O, 2025/2026 mövsümündə bütün yarışlarda yeddi oyunda beş qol vurub.
"Parma" klubu Mateo Pelleqrino İngiltərə klubları