top
“Tottenhem” və “Qarabağ” Premyer Liqada - STATİSTİKA İdman.biz
24 sentyabr 2024, 09:29
- ↺ +

“Tottenhem” və “Qarabağ” Premyer Liqada - STATİSTİKA

Yeni formatlı Avropa Liqasının Liqa mərhələsində ilk turda üz-üzə gələcək "Tottenhem" və "Qarabağ" fərqli səviyyəyə malik Premyer Liqalarda fərqli nəticələrlə duelə yaxınlaşıblar.

İdman.biz London və Ağdam təmsilçilərinin ölkə çempionatlarında çıxışlarının statistikasını müqayisəli şəkildə diqqətə çatdırır.

İlk 5 turda "Tottenhem" 2 qələbə qazanıb, 1 heç-heçə edib, 2 dəfə məğlub olub və 9-5 top fərqi ilə 10-cu pillədə qərarlaşıb. "Qarabağ" isə 6 oyunun 5-də qalib gəlib, 1 dəfə uduzaraq 16-4 top fərqi ilə lider mövqeyindədir. Nəzərə almaq lazımdır ki, "Tottenhem"in uduzduqları "Arsenal", "Nyukasl" kimi adlı-sanlı klublardır. Ancaq xal aldıqları da İngiltərə Premyer Liqasında hazırda ikinci "onluq"da olanlardır.

İngilislər bu mövsümdə öz oyunlarında 63,8 faiz topa sahib olduqları halda "Qarabağ"da bu rəqəm 66,4-dür.

Qurban Qurbanovun komandası hər oyuna orta hesabla 2,7, "Tottenhem" 1,8 qol vurub. Qapıya zərbələrdə ağdamlıların 18-in 17,2-yə üstünlüyü var.

Driblinqlərdə Azərbaycan təmsilçisi rəqibini 2 dəfəyə yaxın üstələyir. "Qarabağ" futbolçuları hər oyuna 17,7, "Tottenhem"lilər 9,6 driblinq edir.

Künc zərbələrini londonlular daha çox yerinə yetirirlər – orta hesabla 10,6. Komandamızda bu rəqəm 8-ə bərabərdir.

"Qarabağ" futbolçuları orta hesabla hər oyuna 495 ötürmə verirlər ki, bunların da 88 faizi dəqiq olur. İngilislərin 471 ötürməsindən 86,9 faizi uğurlu alınır. Uzun ötürmələrdə ağdamlıların üstünlüyü nəzərəçarpacaqdır. Futbolçularımızın orta 32,4 uzun ötürməsindən 71,4 faizi hədəfə çatır. Rəqibdə say 12,4, faiz göstəricisi isə cəmi 53-dür.

"Qarabağ" hər oyuna orta 0,67, "Tottenhem" 1 qol buraxır. Toplam komandamızda 31,5, londonlularda 8,6-dır. Seyvlərdə rəqibin üstünlüyü cüzidir – 2,4-ün 2,2-yə.

Futbolçularımız hər oyuna orta 77 mübarizədən 40,7 faizindən qalib ayrılırlar, ingilislər 54,6-dan 50,6 faizindən. Hava mübarizəsində "Qarabağ" 12,2-dən 45,6 faizində, "Tottenhem" isə eyni saydan 52,6 faizində uğurlu olur.

Ağdamlılar hər oyuna orta 2,7 dəfə ofsayda düşür, londonlular 1,6 dəfə. Qayda pozuntusu ingilis klubunda 12, Azərbaycan komandasında 11,7-dir.

Vüqar Məmmədov
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Formula 1
Bu gün, 05:16

Norris: Çempionluq mübarizəsi üçün hələ tam hazır deyilik

Futbol
Bu gün, 04:54

Manchester United baş məşqçisi Michael Kerrickin vəzifəsindən uzaqlaşdırılması mümkündür

Futbol
Bu gün, 04:12

Flik Barselona üçün iki əsas mövqedə yeni oyunçu axtarır

Futbol
Bu gün, 03:12

Arsenalın Martin Subimendi Atletico Madrida transfer ola bilər

Futbol
Bu gün, 02:32

Karlos Visens “Lion” klubunun baş məşqçisi təyin edildi

Cüdo
Bu gün, 02:02

Zaur Hacıyev ACA 211-də Artem Reznikovla 2026-cı ilin əsas revanşına çıxacaq

Güləş
Bu gün, 01:45

Azərbaycan gənc sərbəst güləşçilərinin Xasavyurt turnirində iştirakı gözlənilir

Güləş
Bu gün, 01:24

Tunar Quliyev və Elgün Kərimlinin qızıl medal qazanması və Zəfər Günü mesajları

Olimpiada
Bu gün, 01:11

Nihad Xudoyev Dakar 2026 Yay Olimpiya Oyunlarında fərdi ötüşmə yarışına qatılacaq

Cüdo
Bu gün, 01:01

Azərbaycanın cüdo dünya çempionatı üçün ilkin heyəti məlum oldu

Futbol
Bu gün, 00:28

Konate Rinerin prezidentlik namizədliyi və idmançıların ictimai rolu haqqında danışdı

Futbol
Dünən, 23:44

Mbappe Oktyabr ayında La Liqada ən yaxşı oyunçusu seçildi

Futbol
Dünən, 23:33

Raul Qonsales Real Madrid’in əfsanəsi olaraq Ovyedo ilə müqavilə imzaladı

Futbol
Dünən, 23:29

İnтер və Milan yeni Generali Stadium üçün 25 illik 650 milyon avroluq razılaşma imzalayıb

Futbol
Dünən, 23:15

Kapello: Kenan Yıldız İtaliyanın Lamin Yamalıdır

Digər
Dünən, 22:58

Aleksandr Plyuşenko Azərbaycanı təmsil edərkən Belarus variantını da nəzərdən keçirir

Basketbol
Dünən, 22:40

Trabzonspor Bakıda Sabahla qarşılaşacaqdı

Futbol
Dünən, 22:31

Batrakov agenti Qalatasaraydan ayrılma iddialarını rədd etdi

Futbol
Dünən, 22:26

Virgil van Dijkin zədəsi Niderland millisini zərər verir

Futbol
Dünən, 22:17

Messinin oğlu Tiaqo Pedro’nun formasını seçdi

Futbol
Dünən, 21:56

“Bavariya”da Manuel Noyerin karyerasını başa vurmaq və zədəsi ilə bağlı son vəziyyət

Futbol
Dünən, 21:43

Qızıl top laureatı FIFPro rəmzi komandadan kənarda qaldı

Digər
Dünən, 21:33

Azərbaycan milli karate komandasının üzvü Turqut Həsənov Astarxanda seminar keçirib

Voleybol
Dünən, 21:17

Ziya Rəcəbov: Turanın Döyünən Ürəyinin Rolunu Açır

Oxşar xəbərlər