"Tottenhem" "Bavariya"dan icarəyə götürdüyü Joao Palinya ilə bağlı qərar verib. Sport24.az xəbər verir ki, Premyer Liqa nəhəngi portuqaliyalı yarımmüdafiəçinin transfer hüquqlarına yiyələnəcək.
Bu barədə "TBR Football" nəşri məlumat yayıb.
London klubu yanvar ayında 30 yaşlı futbolçu üçün satınalma bəndini işə salacaq.
Qeyd edək ki, "Tottenhem" Joao Palinyanı möövsümün əvvəlində icarəyə götürtüb. Portuqaliya millisinin üzvü paytaxt təmsilçisinin heyətində meydana çıxdığı 8 rəsmi matçda 1 qol vurub.