İngiltərə Premyer Liqasının 10-cu turunda "Tottenhem" səfərdə "Lids"ə məğlub olub.
İdman.Biz xəbər verir ki, "Elland Roud" stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda yeganə qolu 79-cu dəqiqədə Noa Okafor vurub. İsveçrəli hücumçu qoldan cəmi iki dəqiqə əvvəl meydana daxil olub.
Bu qələbədən sonra "Lids" xallarının sayını 12-yə çatdıraraq turnir cədvəlində səkkizinci pilləyə yüksəlib. 12 xalı olan "Tottenhem" isə 10-cu sırada qərarlaşıb.