"Qarabağ"ın futbolçuları Toral Bayramov və Marko Yankoviç mükafatlandırılıb.
İdman.biz xəbər ki, onlar Ağdam klubunun heyətində 100 oyunda meydana çıxıblar.
Yubiley matçı Avropa Liqasında "Bodo Qlimt"lə görüşə təsadüf edib. Misli Premyer Liqasının 13-cü turunun "Zirə" ilə görüşündən əvvəl Bayramov və Yankoviçə klubun 100 yazılmış forması təqdim olunub.
Qeyd edək ki, mükafatı "Qarabağ"ın baş direktoru Emrah Çelikel və meneceri Asif Əsgərov verib.
İdman.biz