top
Toral Bayramov Qarabağın qələbələri, Çempionlar Liqası və milli komanda haqqında danışdı Idman.biz
01 sentyabr 2025, 12:37
- ↺ +

Toral Bayramov "Qarabağ"ın qələbələri, Çempionlar Liqası və milli komanda haqqında danışdı

"Qarabağ"ın futbolçusu Toral Bayramovun QOL.az saytına müsahibəsi

- Səfərdə "Karvan"a 2:0 hesabı ilə qalib gəldiniz. Oyunla bağlı nə deyə bilərsiniz?

- Çox çətin oyun oldu. Həm hava isti idi, həm də meydança amili var idi. Ağır oyundan çıxmışdıq. Psixoloji cəhətdən yorğunluq var idi. Şükürlər olsun ki, qalib gəldik, mövsümdə ilk qələbəmizi qazandıq. Növbəti oyunlarda da 3 xal qazanmağa çalışacağıq.

- Süni qazon işinizi nə dərəcədə çətinləşdirdi?

- Əlbəttə, süni qazonda oynamaq çətindir. Dünyanın əksər yerində təbii ot örtüyüdür. Süni qazon mikrozədələrə gətirib çıxardır. Lakin nə etmək olar? İşimizdir budur.

- Anşlaq yaşanan "Ferensvaroş"la matçdan sonra bu görüşə köklənmək nə dərəcədə çətin idi?

- Əlbəttə, fərq var. Lakin yenə deyirəm, bu, bizim işimizdir. Burada qalib gəlməsək, oralara gedib çıxa bilmərik. Ona görə də əsas daxili çempionatdır. Burada qalib gəlməsək, avrokuboklarda çıxış edə, xalqımızı sevindirə bilmərik. Ölkə çempionatda hər matça qələbə üçün çıxırıq.

- Çempionlar Liqasının Liqa mərhələsinin püşkünü necə dəyərləndirirsiniz?

- Çempionlar Liqasında zəif rəqib yoxdur. Maraqlı oyunlar bizi gözləyir. Hər matç çox gərgin keçəcək. Bacardığımız qədər çox xal toplamaq və tarix yazmağa davam etmək istəyirik.

- "Qarabağ"ın potensialı bu rəqiblərlə oyunda neçə xal yığmağa imkan verir?

- Nəsə deyə bilmərəm. Futboldur, hər şey ola bilər. Dəfələrlə bunu sübut etmişik. Əsas olan qarşılaşmalara komanda şəklində düzgün hazırlaşmaqdır. Hamı əlindən gələni edəndən sonra yaxşı nəticə qazanmaq mümkündür.

- Qarşıdan milli komandamızı İslandiya və Ukrayna ilə görüşlər gözləyir. Həmin oyunlardan gözləntiləriniz nədir?

- Bizi ağır oyunlar gözləyir. Uzun səfərimiz olacaq. Ölkəmizi layiqincə təmsil etmək istəyirik. Əlimizdən gələni yox, gəlməyəni edəcəyik ki, səfərdən uğurlu nəticə ilə qayıdaq.

- "Qarabağ"ın avrokuboklardakı inamlı çıxışı millinin oyununa müsbət təsir göstərə bilər?

- Qələbə həmişə qələbədir. Qalib gələndə yüksək əhval-ruhiyyə olur. İnanırıq ki, "Qarabağ"ın çıxışı milliyə də müsbət təsir göstərəcək.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 09:40

Portuqalı ulduz futbolçu Nani Aktobe klubundan ayrıldı

Futbol
Bu gün, 09:28

Villan Paço Barselona transferi istəyir, amma məşqçi Luis Enrike qarşıdır

Futbol
Bu gün, 09:20

Bayern Münich 18 yaşlı Polşalı sol cinah oyunçusu Oskar Pituşevskiyi transfer radarına aldı

Qarabağ FK
Bu gün, 09:00

Zirə Qəbələ'yi 11-ci Turda Qonaq Eder

Futbol
Bu gün, 08:41

Portuqaliya milli komandası məşqçisi Ronaldo ilə ayrılmağı şərh etdi;

Futbol
Bu gün, 08:40

Ronaldo, Portuqaliya millisinin vida matçına dəvəti rədd etdi

Qarabağ FK
Bu gün, 08:20

“SOCAR Polymer Arena”da Şəfa ilə Araz‑Naxçıvanın dueli

Futbol
Bu gün, 08:12

Messi Argentina klubuna qayıtmaq şansını rədd edir

Futbol
Bu gün, 08:00

Neymarın atası Santos klubunun baş meneceri təyin edildi

Futbol
Bu gün, 07:18

“Barselona” Xulian Alvaresi üçün 100 milyon avroluq transferdən imtina etdi

Futbol
Bu gün, 06:13

Fabrizio Romano: Arsenal qış transfer pəncərəsində yeni hücumçu ala bilər

Futbol
Bu gün, 05:21

Ronaldo: Sir Alex Ferguson məni əsl kişiyə çevirdi

Futbol
Bu gün, 04:07

Qadınlar futbolunda topun zərbəsi ilə həm qol, həm də zədələnmə – VİDEO

Futbol
Bu gün, 02:15

Sevilya 0:0 Alaveslə rəngdən qalıb, penalti qaçırdı

Futbol
Bu gün, 02:07

Everton, Barrinin dublu sayəsində 3:1-ə Koventriyə məğlub oldu

Futbol
Bu gün, 02:02

Cəlal Hüseynovun dəyişdirilməsi ilə “Petrolul” uzaqda 1-0 qələbə qazandı

Futbol
Bu gün, 01:55

Venesiya Udinezu məğlub edərək 3 xal qazandı

Digər
Bu gün, 01:48

Xankəndi stadionu Zəfər Günündə bəzədilər

Futbol
Bu gün, 01:41

Hamburg 3-1 Borussiyaya qələbə qazandı

Qarabağ FK
Bu gün, 01:23

Musa Qurbanlı: Xal itkilərinə baxmayaraq çempionluq hədəfi dəyişməyib

Futbol
Bu gün, 01:08

Joze Mourinyo Real Madrid üçün 16 yaşlı Cey-Cey Gabrielin transferini şəxsi olaraq izləyir

Futbol
Bu gün, 00:41

Arteta "Hall City"nin Premyer Liqada çıxışını layiq hesab edir

Olimpiada
Bu gün, 00:22

Dakar-2026 Olimpiya Oyunlarında Günel Kərimli və Nihad Süleymanlı çimərlik güləşi yarışlarına başlayır

Futbol
Bu gün, 00:16

Tuxel: Bellinqemlə münasibətləri əvvəlki çətinliklərdən sonra qaydasındadır

Oxşar xəbərlər