top
Toral Bayramov het-trik sevincini bölüşdü: Topu evimə aparacam Idman.biz
22 sentyabr 2025, 09:34
- ↺ +

Toral Bayramov het-trik sevincini bölüşdü: "Topu evimə aparacam"

"Əhval-ruhiyyə yaxşıdır. Amma düşünmürəm ki, bu, "Benfika" ilə matçdan sonra yüksəlib".

Bu sözləri "Araz-Naxçıvan"a 5:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının V tur matçında het-trik edən Toral Bayramov sportnet.az-a müsahibəsi zamanı deyib.

Həmin müsahibəni təqdim edirik:

- Oyunu necə dəyərləndirirsiniz?

- "Araz-Naxçıvan" döyüşkən və aqressiv komandadır. Yaxşı hazırlaşmışdıq. Sevinirəm ki, istədiyimiz qələbəni əldə etdik.

– Karyeranızda ilk dəfə het-trik etdiniz. Bu barədə nə deyə bilərsiniz?

– Bəli, ilkdir. Düzü, fikrimi necə ifadə edəcəyimi bilmirəm. Çox sevincli haldır. Düşünürəm ki, bu, futbolçunun karyerasında unuda bilməyəcəyi anlardan biridir. İnanıram ki, davamını da gətirə biləcəyəm.

– Topu evə aparırsınız?

– Bəli. Topun üzərində futbolçuların imzası var.

– Kristian Avramın imzası da varmı orada?

– Xeyr, onun imzası yoxdur (gülür - red.).

– Bu oyunda qırmızı vərəqə görüşün qırılma nöqtəsi oldumu, yoxsa istənilən halda qalib gələcəkdiniz?

– Açığı, meydançada olduqda bunu o qədər də hiss etmirik. Tapşırıq nədirsə, onu yerinə yetirməyə çalışırıq. Bəlkə də kənardan baxanda siz fərqli görə bilərsiniz. Mən isə bu barədə fikir səsləndirə bilməyəcəyəm.

– "Benfika" ilə oyundan sonra komandada əhval-ruhiyyə necədir?

– Əlbəttə, əhval-ruhiyyə yaxşıdır. Amma düşünmürəm ki, bu, "Benfika" ilə matçdan sonra yüksəlib. Fərqi yoxdur "Benfika"ya, yaxud başqasına qarşı, Çempionlar Liqasında qələbə qazanmaq çox gözəl motivasiyadır. Sevinirik ki, qələbə qazandıq və komandada hazırda əhval-ruhiyyə çox yüksək səviyyədədir. Çalışacağıq ki, bunu qoruyub saxlayaq və davam etdirək.

– Artıq "Kopenhagen"lə qarşılaşmadan daha böyük gözləntilər var. Bu amil komanda üzərində əlavə basqı yaratmayacaq?

– Biz heç bir oyuna məğlubiyyət üçün çıxmırıq. Bunu hər zaman qeyd etmişəm və indi də deyirəm. Hər bir matça yaxşı oyunla qələbə üçün çıxırıq. "Kopenhagen"lə oyundan öncə çempionatda "Qəbələ" ilə qarşılaşmamız olacaq. Düşünürəm ki, yaxşı hazırlaşacağıq. Azarkeşlərin gözləntiləri böyükdür. Ümid edirəm ki, gözləntilərini qarşılayaraq, istədiyimiz nəticəni əldə edə biləcəyik.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər