top
Tiaqo və “Zirə”nin rekordları - TƏHLİL İdman.biz
16 avqust 2024, 12:04
- ↺ +

Tiaqo və “Zirə”nin rekordları - TƏHLİL

Konfrans Liqasında "Osiyek"i penaltilər seriyasında məğlub edən "Zirə" bir neçə rekorda imza atıb.

İdman.biz xəbər verir ki, Rəşad Sadıqovun yetirmələri Xorvatiya klubu ilə iki heç-heçədən sonra "lotereya"da qalib gəlib.

Ötən həftə Xorvatiyadakı görüş 1:1 hesabı ilə başa çatıb. Bakıdakı qarşılaşmada isə daha çox qol vurulub – 2:2. Hər iki matçda təmsilçimiz bərabərlik topuna son dəqiqələrdə imza atıb.

Mövsümdə ikinci

"Zirə" bir mövsümdə iki dəfə penaltilər seriyasında qüvvəsini sınayan ilk Azərbaycan klubu olub. Bunadək heç bir təmsilçimiz belə halla rastlaşmayıb. "Şerif"ə 4:5 hesabı ilə uduzduqdan (oyunlar 1:0 və 1:2) sonra Avropa Liqasına vida edən zirəlilər Konfrans Liqasında sevinib. Xorvatiya təmsilçisi üzərində 2:1 hesablı qalibiyyət əldə olunub. Hər iki matç da UEFA-nın "Dalğa Arena" kimi qəbul etdiyi "Liv Bona Dea Arena"da keçirilib. İki seriya arasında isə cəmi 4 həftə, yəni 28 gün olub.

Bu da üç

Ümumilikdə isə cari mövsümdə 3-cü dəfə Azərbaycan klublarının oyunu penaltilər seriyası ilə bitib. "Zirə"nin "Şerif" və "Osiyek"lə duellərindən başqa, "Sabah" da "lotereya"da mübarizə aparıb. Masazır təmsilçisi Hayfa "Makkabi"sini (3:0, 3:6) seriyada 3:2 hesabı ilə yenib. Tarixdə ilk dəfə Azərbaycan klubları üç belə halla üzləşib. Bunadək rekord iki seriyanın yaşandığı 2020/21 mövsümünə təsadüf etmişdi.

Seriya xeyrimizə döndü

Avrokuboklar tarixində ikinci, həm də ardıcıl olmaqla Azərbaycan təmsilçisi penaltilər seriyasında qalib gəlib. "Sabah"ın "Makkabi" üzərinə qələbəsinin davamı "Dalğa Arena"da baş tutub. "Zirə" həmşəhərlilərindən aldığı estafetlə qələbə seriyası qurub. Artıq bu mini seriya "lotereya"dakı iki qalibiyyətdən ibarətdir. Hərçənd bunadək ardıcıl 10 dəfə penaltilər üzüntü gətirmişdi. Artıq 12 seriyada 2 qələbəsi olan klublarımız 16,67 faizlik uğur əmsalına malikdir.

Tiaqodan poker

Azərbaycan futbolu tarixində ilk dəfə təmsilçimiz avrokubokların penaltilər seriyasında cəmi 1 qol buraxıb. Bu da "Zirə"nin qapıçısı Tiaqo Silvanın əməyidir. Braziliya millisindən yaxşı tanıdığımız adaş və həmsoyadı kimi portuqaliyalı qapıçı da faydalılığı ilə diqqət çəkib. O, beş penaltidən dördünü dəf edib. Bunadək rekord "Sabah"a məxsus idi. "Makkabi"nin 5 penaltisindən yalnız 2-si qolla nəticələnmişdi.

Minimum maksimuma çatdılar

Bakı klubu özü də penaltilər seriyasında dəqiqliyi ilə seçilməyib. 5 penaltidən yalnız ikisini qola çevirən "Zirə"yə bu da kifayət edib. İki dəqiq zərbə ilə qalib gəlmək ən az topla qələbə kimi Azərbaycan klublarının rekordudur. Hərçənd uğurlar da cəmi çox olmayıb və yalnız ikinci dəfə yaşanır. "Sabah" seriyada sevinmək üçün 3 dəqiq zərbə vurub. Amma bu qol sayı da antirekord deyil. 17 il əvvəl "Daçiya" ilə görüşən "Bakı" penaltilərdə cəmi bir dəfə dəqiq olub – 1:3. Həmin vaxt hər iki qarşılaşmada 1:1 hesabı qeydə alınıb.

Qeyd edək ki, ümumilikdə əvvəlki 12 penaltilər seriyasında Azərbaycan klubları 43, rəqibləri 54 qol vurub.

Vüqar Xeyrullayev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:08

Merson, Alonsonun Estevaonu oyununa çıxarmamasını tənqid etdi

Futbol
Bu gün, 03:11

Fermin Lopes Barcelona klubunda özünü kifayət qədər dəyərləndirilmədiyini bildirir

Futbol
Bu gün, 02:13

Barcelona və CBF arasında Rafinyanın zədələnməsinin qarşısını almaq üçün oyun vaxtını tənzimləmək razılaşması

Futbol
Bu gün, 01:51

Yamalın Azərbaycan üçün hədiyyəsi Qazaxıstanla qarışdırıldı

Futbol
Bu gün, 01:15

Mark Kukurelya: Arda Güler meydanda oynadığı zaman komanda dəyişir

Futbol
Bu gün, 00:56

Romano Floriani 2031-ci ilə qədər Latsio klubu ilə müqavilə uzadı

Olimpiada
Bu gün, 00:37

Bu gün Azərbaycan idmançılarımız Dakar-2026-da boks və taekvondo üzrə yarımfinala çıxacaq

Futbol
Bu gün, 00:21

Kubarsi Flik ilə dil maneəsi barədə danışır: "Səsinin tonundan hər şey aydın olur"

Futbol
Bu gün, 00:02

Spalletti, Anqissanı Yuventus'a Transfer Etmeyi Hədəfləyir

Gimnastika
Dünən, 23:54

Azərbaycan Milli Komandası Dünya Çempionasında Medal Qazanıb Vətənə Qayıdı

Futbol
Dünən, 23:36

De la Fuente: Yamalın sağlamlığını önə çəkərək Çexiya oyunundan çıxarmadıq

Futbol
Dünən, 23:21

Tçuameni Fransa Milli Takımı üçün iki oyunu qaçırma riskində

Voleybol
Dünən, 23:01

“Turan” qadın voleybol komandası Maritsa’yı 3:0 məğlub etdi, çempionlar liqasının qrup mərhələsinə yüksəldi – İDMAN.BİZ TOVUZDAN

Basketbol
Dünən, 22:44

"Sabah"ın baş məşqçisi Lazar Spasiç "Trabzonspor"a qalibiyyəti (91:72) dəyərləndirdi: "Azərbaycanlılar komandaları ilə fəxr etmelidir"

Basketbol
Dünən, 22:35

“Sabah” basketbol klubu FIBA Çempionlar Liqasının IV turunda qələbə qazandı

Voleybol
Dünən, 22:35

Turan" prezident Həsən Zeynalov: 3:0 qələbə ilə CEV Çempionlar Liqasına yüksələldik, mümkün olmayan heç nə yoxdur

Futbol
Dünən, 22:29

Cerrard: Yamal 19 yaşında Ronaldudan daha qabaqdadır

Gimnastika
Dünən, 22:19

Maqsud Mahmudov: Gümüş medal qazandıq, gələn il belaruslu rəqibləri məğlub edib qızıl medal istəyirik

Gimnastika
Dünən, 22:19

Tofiq Əliyev: Dünya Çempionatında Gümüş Medal Qazandım, Lakin Finalda Risk Etməliydim

Gimnastika
Dünən, 22:08

Mixail Malkin: Zədəyə baxmayaraq, gələcəkdə qızıl medal qazanacağımıza inanırıq;

Futbol
Dünən, 22:01

Latsio 23 yaşlı müdafiəçi Romano Floriani ilə müqavilə uzatdı

Futbol
Dünən, 21:49

İtaliya Futbol Federasiyası Qalliani şikayətinə cavab verir

Gimnastika
Dünən, 21:42

Selcan Mahsudova batut gimnastikası üzrə dünya çempionatında gümüş medal qazanmaqla tarixə yönəldikləri üçün sevindiyini bildirib;

Voleybol
Dünən, 21:38

Turanın baş məşqçisi: Bakıda belə ajiotaj yoxdur

Oxşar xəbərlər