top
Tiaqo Silva: Qarabağla bağlı Benfikaya xəbərdarlıq etmişdim, inanmadılar Idman.biz
20 sentyabr 2025, 14:55
- ↺ +

Tiaqo Silva: "Qarabağ"la bağlı "Benfika"ya xəbərdarlıq etmişdim, inanmadılar

"Qarabağ"ın "Benfika" ilə oyunundan əvvəl "Benfika TV"yə müsahibə vermişdim. Onlar məndən soruşmuşdular ki, "Qarabağ" və ya "Zirə" kimi bir komanda Portuqaliya çempionatında neçənci yeri tuta bilərdi?".

İdman.biz xəbər verir ki, bunu "Zirə"nin portuqaliyalı qapıçısı Tiaqo Silva teleqraf-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

– Çempionlar Liqasının əsas mərhələsində "Benfika"-"Qarabağ"oyununu izlədinizmi? Portuqaliyalı futbolçu kimi təəssüratlarınız necədir?

– Fikrimcə, oyunun ilk 30 dəqiqəsində "Benfika" açıq şəkildə üstün idi və dərhal iki qol vurdu. Həmin qollar onlara arxayınlıq gətirdi, oyunun asan keçəcəyini düşündülər. "Qarabağ" isə təslim olmadı, oyunun qalan hissəsində "Benfika"dan qat-qat yaxşı oynadı. Məncə, "Qarabağ" tamamilə layiqli qələbə qazandı, hətta daha çox qol da vura bilərdilər. Bu, "Qarabağ" və bütün Azərbaycan üçün tarixi qələbədir.

– Sizin fikrinizcə, "Benfika" kimi böyük bir klubun Azərbaycan komandası qarşısında məğlub olmasının əsas səbəbləri nələrdi? Böyük futbol ənənəsinə sahib olan bir ölkədə "Qarabağ"a həqiqətənmi zəif rəqib gözü ilə yanaşılmışdı?

– Oyundan əvvəl mən "Benfika TV"yə müsahibə vermişdim. Onlar məndən soruşmuşdular ki, "Qarabağ" və ya "Zirə" kimi bir komanda Portuqaliya çempionatında neçənci yeri tuta bilərdi? Mən cavab verdim ki, ilk üçlük və ya dördlük uğrunda mübarizə aparardılar. Həmçinin qeyd etdim ki, Azərbaycan liqası çox güclüdür və heç bir halda Portuqaliya liqasından zəif deyil. Onlar buna inanmadılar. Amma oyundan sonra şərhçilər dedi: "Tiaqo bizi xəbərdar etmişdi".

- Siz onları əvvəlcədən olacaqlar barədə xəbərdar etmişdiniz…

- Portuqaliyalılar və "Benfika" azarkeşləri üçün bu, təhqiredici məğlubiyyət idi, amma açığı mənim üçün sürpriz olmadı. Çünki "Benfika" hazırda yaxşı futbol oynamır. Digər tərəfdən, bu il Azərbaycan liqası əvvəlkindən çox güclüdür və bu, "Qarabağ"a Çempionlar Liqası matçlarına daha yaxşı hazırlaşmaq imkanı verir. Mən deyərdim ki, təcrübəli Azərbaycan klubları – "Zirə", "Qarabağ", "Sabah", "Neftçi", "Araz", "Turan" Portuqaliya liqasındakı hər bir komanda ilə oynaya və qələbə qazana bilər. Artıq Azərbaycan komandaları özlərinə inanmalı və hər şeyin mümkün olduğunu dərk etməlidirlər.

– "Benfika"nın baş məşqçisi Bruno Laqe bu nəticədən sonra istefaya göndərildi. Sizcə, əgər məğlubiyyət başqa komandaya qarşı olsaydı, qərar dəyişərdimi? Portuqaliyada bu barədə ümumi rəy necədir?

– Onun gedişi gözlənilirdi. "Qarabağ"a məğlubiyyət son damla oldu. Çoxdan deyilirdi ki, Joze Mourinyo sadəcə komandanı təhvil almaq üçün gözləyir. Mən inanıram ki, bir neçə gün ərzində Mourinyo "Benfika"nın baş məşqçisi kimi təqdim olunacaq.

– Sizcə, "Qarabağ"ın qələbəsi Avropada Azərbaycan futboluna baxışı dəyişdirə bilərmi? Futbolçu kimi bu baxımdan gözləntiləriniz nələrdir?

– Məncə, Avropada Azərbaycanın futboluna baxış yalnız o halda dəyişəcək ki, biz özümüz liqamıza və komandalarımıza daha çox inanaq. Portuqaliyada çox danışılır ki, Azərbaycan çempionatı öz azarkeşləri tərəfindən də lazımi hörməti görmür, çünki oyunlara yüzlərlə azarkeş gəlir, Avropada isə stadionlar minlərlə fanatla dolur. Biz də stadionlara daha çox getməli, tribunaları doldurmalıyıq. Artıq hər kəsin futbola dəstək vermısinin vaxtıdır.

– Azərbaycan millisindən portuqaliyalı baş məşqçi Fernandu Santuşun ayrılması və dərhal sonra "Qarabağ"ın böyük futbol ənənəsinə sahib ölkədə qələbə qazanması nəyi deməyə əsas verir?

– Məncə, bu iki faktın bir-biri ilə əlaqəsi yoxdur. Portuqaliyanın dünyanın ən yaxşı məşqçilərindən və futbolçularından bəzilərinə sahib olduğunu unutmayaq. Fernandu Santuş Azərbaycanda uğur qazana bilmədi. Amma gəlin yaddan çıxarmayaq ki, o, vaxtilə Portuqaliya ilə Avropa çempionu olub. Sadəcə futbolçulara ötürdüyü mesaj yaxşı çatmırdı, yəqin dil fərqindən irəli gəlirdi. Mən ona karyerasında uğurlar arzulayıram. İndi isə ümid edirəm ki, Azərbaycan milli komandası yerli məşqçi ilə daha yaxşı nəticələr əldə edəcək.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 12:53

Elvin Yunuszadə: “Türkiyədə futbola münasibət tamamilə fərqlidir”

Futbol
Bu gün, 12:40

Milan 2028-ci ildən Adidas ilə 10 mövsümlük yeni müqavilə imzalayaraq 500 milyon avrodan artıq qazanar

Futbol
Bu gün, 12:38

Forest Green Rovers klubunun soyunub‑geyim otağını tropik bağa çevirməsi

Digər
Bu gün, 12:07

Basketbol millimizin oyunlarına biletlər satışa çıxarıldı

Digər
Bu gün, 12:00

“Sabah”ı penalti ilə üz-üzə qoyan futbolçu: “Məyusuq”

Futbol
Bu gün, 11:54

Ronaldinyo Batumidə lüks mənzil alıb

Futbol
Bu gün, 11:46

Komo 9-1 Lens məğlubiyyəti: Çempionlar Liqasının rekord qələbəsi

Futbol
Bu gün, 11:41

Cud Bellinqem 23 yaşında İker Kasilyasın rekordunu qırdı

Futbol
Bu gün, 11:40

"Lids" Liverpoolun yarımmüdafiəçisini qış transfer pəncərəsində transfer etməyi planlaşdırır

Futbol
Bu gün, 11:39

Lionel Messinin uşaqlarının təhsil xərcləri açıqlanıb

Gimnastika
Bu gün, 11:09

Gimnastikada finala yaxınlaşan Azərbaycanlı Nikita Simonov: 'Daha güclü olmaq üçün planlarım var'

Minifutbol
Bu gün, 11:05

Azərbaycan futzalının milli komandası Çexiya ilə qarşılaşacaq

Futbol
Bu gün, 11:00

Roman Hüseynov: Vəziyyətin bu səviyyəyə çatmasını istəmirik

Digər
Bu gün, 10:58

Gəncə'də Zəfər Gününü qeyd edərək veloyürüş keçirildi

Futbol
Bu gün, 10:43

Napoli Qavini Barselona'dan transfer etməkdə maraqlıdır

Futbol
Bu gün, 10:40

Anastasios Duvikas, Yunan hücumçusu, Çempionlar Liqasının bombardlilər siyahısında liderdir

Cüdo
Bu gün, 10:32

Bakı şəhərində U-17 cüdo birinciliyi 9-10 noyabr tarixində keçiriləcək

Digər
Bu gün, 10:28

Fərid Qayıbov Monako'da Avropa Şurasının iclasında çıxış etdi

Formula 1
Bu gün, 10:13

Alan Cons, 1980-ci il Formula-1 dünya çempionu, 80 yaşında vəfat etdi

Qarabağ FK
Bu gün, 10:00

“Neftçi” Braziliya hücumçusunu transfer etdi, “Qarabağ” yenidən Portuqaliya klubuna müraciət edir

Futbol
Bu gün, 09:49

Sabah Kapitanı Stas Pokatilov: UEFA Çempionlar Liqasında Ən Çox Qurtarış Edən İkinci Qapıçıdır

Qarabağ FK
Bu gün, 09:45

Riçard Almeyda Azərbaycana qayıtdı: Emosional paylaşımı ilə həsrətini izah etdi

Digər
Bu gün, 09:40

Kanada Rus millətinin gənclər dünyə çempionatına qatılmamasına qərar verdi

Futbol
Bu gün, 09:38

Yeddinci turun son dörd oyunu bu gün

Oxşar xəbərlər