top
Tiaqo Silva hakimlərin Qarabağa fərqli münasibət göstərdiyini iddia edir Idman.biz
05 oktyabr 2025, 12:56
- ↺ +

Tiaqo Silva hakimlərin "Qarabağ"a fərqli münasibət göstərdiyini iddia edir

"Zirə" Misli Premyer Liqasının VII turunda evdə "Neftçi" ilə 2:2 hesablı heç-heçə edib. "Qartallar"ın portuqaliyalı qapıçısı Tiaqo Silva matçdan sonra futbolinfo.az-a müsahibə verib:

– "Neftçi"yə qarşı oyunda qazanılan bir xalı qənaətbəxş hesab edirsiniz?

– Çətin oyun oldu. Hər iki komanda qalib gəlmək istəyirdi. Çempionatın iki güclü komandası qarşılaşdı. Əlbəttə, biz qalib gəlmək istəyirdik, amma alınmadı. Buna baxmayaraq, hər iki komandaya yaxşı mübarizəyə görə təbriklər düşür.

– Baş hakim Kamal Umudlunun verdiyi qərarlardan razı qaldınız?

– Oyunun bu qədər tez-tez dayanması futbolu çətinləşdirir. Hakimlər bəzən futbolçulardan çox televizorda görünmək istəyirlər. Biz oynamaq istəyirik, amma imkan vermirlər. Penalti olub-olmaması barədə qərar üçün təxminən 10 dəqiqə gözlədik. Belə hallar daha sürətli və ədalətli şəkildə həll olunmalıdır. Məsələn, IV turda "Qarabağ"a qarşı oyunda buraxdığımız qolun düzgünlüyünə əmin deyiləm. Amma o vaxt hakim çox tez qərar verdi. Yəni VAR-dan öncə, artıq qərar bəlli olmuşdu. Bu dəfə isə onu görmədik.

– Niyə belə düşünürsünüz?

– Çünki o, "Qarabağ" idi. Amma bu oyunda "Zirə" üçün eyni dinamikliyi və qərarları görmədim. Biz "Qarabağ"a hörmətlə yanaşırıq, onların uğurlarına sevinirik. Necə ki, Çempionlar Liqasında sevinmişdik. Amma həm Premyer Liqada, həm də Avropada biz yalnız ədalətli hakim idarəçiliyi istəyirik. Əminəm ki, bu vəziyyət "Qarabağ"ın xeyrinə olsaydı, hakim dərhal "qol" deyib, sonra VAR-a baxardı. Mən sadəcə istəyirəm ki, hamıya eyni münasibət göstərilsin. Kaş "Qarabağ"a qarşı yanaşma bizə də olardı.

– Yəni 90+5-ci dəqiqədə sizin lehinizə qərar verildi, amma "ağ-qaralar" və futbol ictimaiyyətinin əksəriyyəti bunu haqsız hesab etdi. Bu qərar yerində idi?

– Mən azarkeşlərin emosiyanallığını anlayıram. Amma orada ayaq tapdanması vardı. Hakim də buna görə elə qərar verdi.

– Milli fasiləyə hansı ab-havada yollanırsınız?

– İndi istirahət vaxtıdır. Milli komandaya gedən futbolçularımızı gözləyirik. Onlara uğurlar arzulayıram. Qayıdandan sonra bizi qalib gəlməli olduğumuz oyunlar gözləyir.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 05:11

Erlinq Holand UEFA Çempionlar Liqasında 62-ci qolunu vurdu, Raulun rekorduna yaxınlaşır

Futbol
Bu gün, 04:12

"Komo" Çempionlar Liqasının səfər oyununda 55 illik rekordunu təkrarladı

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Oxşar xəbərlər