top
TFF-dən futbolçulara, klublara və rəsmilərə verilən cəzalarla bağlı qərarlar Idman.biz
Dünən, 16:10
- +

TFF-dən futbolçulara, klublara və rəsmilərə verilən cəzalarla bağlı qərarlar

Türkiyə Futbol Federasiyası (TFF) mərc istintaqı ilə bağlı 45 gün ilə 12 ay arasında hüquqlardan məhrumetmə cəzası alan 71 futbolçunun etirazlarını rədd edib.

İdman.Biz xəbər verir ki, TFF-nin rəsmi açıqlamasına əsasən, klasman köməkçi hakimi Necmi Akıncıya verilmiş 12 aylıq hüquqlardan məhrumetmə qərarını da qüvvədə saxlanılıb.

Eyni zamanda, Peşəkar Futbol İntizam Komitəsi tərəfindən "Qalatasaray" klubunun vitse-prezidenti Metin Öztürkə verilmiş 15 günlük hüquqlardan məhrumetmə cəzası 10 günə endirilib. Onun "Fənərbağça" ilə oyundan sonra mediaya verdiyi açıqlamalarda futbolun və qurumların nüfuzuna xələl gətirən ifadələrə görə tətbiq olunan 2 milyon lirəlik cərimə (təxminən 102 000 AZN) də 1 milyon 333 min lirəyə (təxminən 68 000 AZN) salınıb.

Qurum "Fənərbağça"nın futbolçusu Mert Hakan Yandaşa rəqib komanda üzvlərinə qarşı təhqirə görə verilmiş 3 oyunluq diskvalifikasiya və 120 min lirə (təxminən 6 100 AZN) məbləğində cərimə qərarını da təsdiqləyib.

Bundan əlavə, müxtəlif səbəblərlə "Fənərbağça"ya verilmiş ümumilikdə 3 milyon 660 min lirə (təxminən 187 000 AZN) məbləğində cərimə və növbəti ev sahibi olduğu oyun üçün qismən tribunaların bağlanması cəzası, eləcə də "Qalatasaray"ın növbəti ev oyunu üçün qismən tribunaların bağlanması qərarı qüvvədə saxlanılıb.

Digər tərəfdən, azarkeşlərinin səbəb olduğu çirkin və pis davranışlar, eləcə də stadiondakı hadisələrə görə "Göztepe" klubuna verilmiş 920 min lirə (təxminən 47 000 AZN) məbləğində cərimə və növbəti ev oyunu üçün qismən tribunaların bağlanması cəzası da təsdiqlənib.

İdman.Biz

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:19

Kamal Umudlu UEFA Gənclər Liqasında "Atalanta" - "Çelsi" oyununu idarə edəcək

Futbol
Bu gün, 14:04

"Qarabağ" - "Ayaks" matçı öncəsi mətbuat konfransları və açıq məşqlərin vaxtları açıqlanıb

Futbol
Bu gün, 14:00

Ceyhun Sultanov: "Qarabağ" üçün ağır oyun olacaq, qələbə qrupdan çıxmaq şansını artıracaq

Futbol
Bu gün, 13:49

Balotelli Çempionlar Liqası Finalında Oynamamasına Baxmayaraq Qələbənin Əsas Olduğunu Söylədi

Futbol
Bu gün, 13:40

"Zenit" Con Con üçün "Red Bull Bragantino"ya 15 Milyon Avro Təklif Edib

Voleybol
Bu gün, 13:32

"Xilasedici"nin baş məşqçisi Cəlil Cəlilov Çallenc Kuboku oyununun telekanallarda yayımlanmamasından danışdı

Futbol
Bu gün, 13:20

"Qarabağ" - "Ayaks" oyununa sloveniyalı hakimlər təyin edilib

Futbol
Bu gün, 13:17

"Qarabağ" U-19 - "Ayaks" oyununa hakim təyinatları açıqlanıb

Futbol
Bu gün, 13:02

"İnter Mayami"nin Ağ Evə səfəri gözlənilir

Futbol
Bu gün, 13:00

Rüfət Abbasov "Şamaxı"nın qələbəsi və "Zirə" ilə oyun barədə danışıb

Futbol
Bu gün, 12:47

"Qarabağ" - "Ayaks" matçına sloveniyalı hakimlər təyin edilib

Futbol
Bu gün, 12:40

Devid Ceyms: "Liverpul" Salahı əvəz edə biləcək oyunçu tapıb

Digər
Bu gün, 12:32

"Neftçi" və AHİİTA kütləvi idman üçün əməkdaşlıq memorandumuna imza atdı - FOTO

Futbol
Bu gün, 12:20

Xabi Alonso Mastantuononun vəziyyəti barədə danışıb

Futbol
Bu gün, 12:17

Nikolya Pepe Alban Lafonun milli komanda seçiminə sərt reaksiya verdi: "Belə futbolçuya 'yox' deyərdim"

Futbol
Bu gün, 12:02

8 Dekabr Futbol Oyunları: Vaxtlar və Yayımlanacaq Kanallar

Futbol
Bu gün, 12:00

"Sumqayıt"ın müdafiəçisi İsa Suliman məşqlərə qayıdır

Futbol
Bu gün, 11:40

Nərgiz Əliyeva "Sanayispor"la anlaşıb

Futbol
Bu gün, 11:32

Vüsal İsgəndərlinin "Partizani" klubu "Tirana" üzərində qələbə qazandı - VİDEO

Futbol
Bu gün, 11:20

"Liverpul"da əsas oyunçular baş məşqçinin istefasını istəyir

Basketbol
Bu gün, 11:15

"Los-Anceles Leykers" "Filadelfiya" üzərində səfər qələbəsi qazandı, Luka Donçiç və Lebron Ceyms parladı

Futbol
Bu gün, 11:01

Kamal Quliyev: Səhhətimdə ciddi problem var, müalicə üçün 40 min manat lazımdır

Futbol
Bu gün, 11:00

Vensan Abubakarın Afrika Millətlər Kuboku heyətindən şəxsi münasibətlərə görə kənarlaşdırılması

Futbol
Bu gün, 10:43

Nikolya Pepe Tiyanna Trampa evlilik təklifi etməyə hazırlaşır

Oxşar xəbərlər