top
Texniki məğlubiyyət alan “Ağdaş”ın baş məşqçisi: “Allaha yalvarmalıydıq ki, gün çıxsın, qar ərisin? Report.az
05 mart 2025, 15:26
- ↺ +

Texniki məğlubiyyət alan “Ağdaş”ın baş məşqçisi: “Allaha yalvarmalıydıq ki, gün çıxsın, qar ərisin?"

Allaha yalvarmalıydıq ki, gün çıxsın, qar ərisin?

Bunu "Report"a açıqlamasında Azərbaycanın II Liqasında mübarizə aparan "Ağdaş" klubunun baş məşqçisi Ruslan Hüseynov XIV turda "Şimal"la baş tutmalı olan oyun üçün stadionu hazır vəziyyətə gətirmədiklərinə görə texniki məğlubiyyət almalarına münasibət bildirərkən deyib.

Mütəxəssis durumu detallı şəkildə izah edib:

"Şimal" komandası ilə oyun fevralın 25-də keçirilməli idi. Həmin vaxt Ağdaşa qar yağmamışdı, meydan hazır vəziyyətdə idi. Amma baxış keçirmədən oyunu martın 1-nə təxirə saldılar. Oyundan bir gün əvvəl stadiona getdim. Meydan xətləndi, qapı torları asıldı. Bütün bunları özümüz etdik. Sonda şəkillər çəkildi və meydanın hazır olması ilə bağlı AFFA-ya məlumat verildi. Səhəri gün Ağdaşa qar yağdı. Hansı ki, rayonda hələ belə vəziyyət görməmişdim. Hətta bəzi yerlərdə qarın hündürlüyü 1 metrə çatırdı. Buna baxmayaraq, PFL-in təlimatına əsasən qırmızı top tapdıq və xətləriin üzərini qardan təmizlədik. Hakim isə bütün meydanın təmizlənməsini tələb etdi və əks halda oyunun keçirilməyəcəyini dedi. Meydanda tonlarla qar var idi. Düzdür, traktor da vermişdilər. Amma meydan yumşaq olduğundan texnika vasitəsilə təmizləmək mümkün olmadı. Bütün cəhdlərimizə baxmayaraq, oyunu təxirə salmadılar. Hətta "Qəbələ"nin meydanını icarəyə götürməyi təklif etsək də, razılaşmadılar".

R.Hüseynov qərarla razılaşmadıqlarını, amma çıxılmaz vəziyyətdə qaldıqlarını da bildirib:

"İntizam Komitəsinin qərarında yazıblar ki, qarı təmizləməyə cəhd göstərməmişik. Nə etməli idik? Allaha yalvarmalıydıq ki, gün çıxsın, qar ərisin? Apellyasiya şikayəti vermək istəyirdik. Amma bunun üçün müəyyən ödəniş olunmalıdır. Çıxılmaz durumda qalmışıq. Əslində, qərarla barışmırıq, amma addım da ata bilmirik".

Qeyd edək ki, martın 1-də keçirilməli olan "Ağdaş" – "Şimal" oyunu stadionun vaxtında hazır vəziyyətə gətirilmədiyinə, oyun günü planı pozulduğuna, AFFA nümayəndəsinin tələbləri yerinə yetirilmədiyinə, eyni zamanda görüşün başlama saatından 45 dəqiqə sonra Təcili Tibbi Yardım avtomobili olmadığına görə baş tutmadığı üçün meydan sahibi kluba 0:3 hesablı texniki məğlubiyyət verilib. "Ağdaş" həmçinin 250 manat cərimələnib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Dünən, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Dünən, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Futbol
Dünən, 20:53

Real Madridə verilən penalti səhvən qərarlandı

Gimnastika
Dünən, 20:41

Tofiq Əliyev: Dünya çempionatının təyin mərhələsində liderlik etdik, ardıcıllıqla üçüncü dünya çempionluğu hədəfimizdir

Futbol
Dünən, 20:29

Qəbələ-2 3-7 məğlubiyyətə düşdü

Futbol
Dünən, 20:23

Tenerifeli hücumçu İesus de Migele ölümündən sonra vəziyyəti ilə bağlı açıqlama verən qapıçı İesus Ovono

Qarabağ FK
Dünən, 20:01

İsveçin Höteborq şəhərində Zəfər Gününə həsr olunan şahmat turnirinin qalibləri açıqlanıb - FOTO

Digər
Dünən, 20:00

Nazir: Azərbaycan qlobal idman yarışlarına ev sahibliyi edərək dünya idman mərkəzi kimi tanındı

Digər
Dünən, 20:00

Fənərbaxçanın əvvəlki prezidenti Səddəddin Sarana bəraət verilib

Futbol
Dünən, 19:38

"Şamaxı"nın futbolçusu Abdul Raşid Mumini Benin millisinə çağırılıb;

Futbol
Dünən, 19:34

Kolumbiyalı qapıçı David Ospina 38 yaşında karyerasını başa vurdu

Oxşar xəbərlər