top
Tərlan Quliyev: Nəinki mənə, o klubun şinelindən çıxan heç kimə xoş deyil Sport24.az
01 oktyabr 2024, 09:40
- ↺ +

Tərlan Quliyev: "Nəinki mənə, o klubun "şinelindən" çıxan heç kimə xoş deyil"

Karyerası ərzində "Neftçi", "Kəpəz", "Şamaxı", "Qarabağ" "Turan Tovuz" kimi klublarda oynayan Tərlan Quliyev hazırda I Liqada mübarizə aparan "İmişli"nin formasını geyinir.  32 yaşlı təcrübəli müdafiəçi Sport24.az-a müsahibəsində liqalara arasında fərqdən danışıb, Premyer Liqanı dəyərləndirib.

 

- Cari mövsümdən I Liqada çıxış edən "İmişli"nin şərəfini qoruyursan. Ümumiyyətlə, aşağı dəstədə vəziyyət necədi?

- Heç şübhəsiz ki, elita ilə I Liqa arasında fərq var. Ancaq əvvəlki illər ki, uçurum yoxdu. İldən-ilə aşağı dəıstə təmsilçiləri də püşəkarlaşmaq yönündə ciddi addımlar atırlar. Onu da deyim ki, Premyer Liqa ilə müqayisədə burda çempionluğa iddialılar çoxdur. Hansı komandanın əvvəlcədən qələbə qazanacağını demək olmur. İstənilən kollektivdən sürpriz gözləməyə dəyər. Odur ki, belə bir gərgin mübarizədə maksimum çalışmalısan ki, nəticə qazanasan.

 

- Düşərgənizdə yer alan legionerlər komandaya uyğunlaşa bilib?
- Bəli, bu yöndə çətinliyimiz yoxdu. Mehriban kollektivimiz var.

 

- Uzun illər elitada çıxış etmisən. Premyer Liqanın ab-havasını hiss etmiş futbolçu üçün I Liqada oynamaq çətin deyil? 
- Təbii ki, fərq hiss olunur. Amma müqavilə bağlamışamsa, deməli, maksimum gücümü ortaya qoyub, təcrübəm ilə komandaya faydalı olmalıyam. 

 

- İlk turlardan hiss olunur ki, çempionluq uğurunda mübarizədə əsas rəqibləriniz "Qəbələ", "Karvan" olacaq. Sonadək rəqabət apara biləcəksiz, buna gücünüz çatacaq?
- Deməzdim ki, çempionluq uğrunda mübarizə yalnız adını çəkdiyiniz 3 komanda arasında gedəcək. MOİK, "Zaqatala", "Baku Sportinq" və digər komandaları da hesabdan silmək olmaz. Qeyd etdiyim kimi cari mövsümdə I Liqada kiminsə tam üstünlüyə sahib olmasını demək olmur. Biz rəqib kimi yalnız "Qəbələr" ilə "Karvan"ı görmür, digər komandalara da hörmətlə yanaşırıq. və ehtiyat edirik. Növbəti turda bizi MOİK ilə çətin qarşılaşma gözləyir.

 

- Hazırda aşağı dəstədə oynasan da, yəqin ki, elitanı da izləyirsən. Premyer Liqa barədə fikirlərini də bölüşərdin...
- Premyer Liqa maraqlı və gərgin oyunları ilə göz oxşayır. Təbii ki, "Qarabağ" yenə bütün komadaları üstələyir. Düşünürəm ki, bu mövsümdə də Ağdam təmsilçisi çempion olacaq.

 

- Amma çoxları "Turan Tovuz"un, "Zirə"nin, Sabah"ın bu il "Qarabağ"a güclü müqavimət göstərəcəyini düşünür. "Araz-naxçıvan"ı da unutmaq olmaz...
- Adını qeyd etdiyiniz komandalar bu ilə yaxşı oyun sərgiləyirlər. "Turan Tovuz" VII tura kimi liderliyini qorudu. Kurban Berdıyev orda yaxşı, döyüşkən kollektiv formalaşdırıb. Klubdan ayrılsam da, ürəyimdə "Turan Tovuz"ladır. "Zirə" ilə "Sabah"ın da güclü heyəti var. Ayxan Abbasovun gəlişiylə "Şamaxı" da bütün rəqiblərinə başağrı olmağı bacarıb. Amma ümumi götürəndə reallıq odur ki, bu klublar hələlik "Qarabağ"a meydan oxumaq gücündə deyillər.

 

- Vaxtilə şərəfini qoruduğun "Neftçi"nin çıxışı haqqında nə deyərdin?
- "Neftçi"nin indiki vəziyyəti dəhşətlidir, fiaskodur. Azərbaycanın köklü komandasının belə görmək çox ağırdı. Görünən odur ki, "ağ-qaralar"ın düşərgəsində nəsə düz getmir, dəyişiklər olmalıdı. Bu gün "Neftçi"nin turnir cədvəlinin 9-cu pilləsində olması nəinki mənə, o klubun "şinelindən" çıxan heç kimə xoş deyil.

ABDULLA İSMAYILOĞLU

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:32

Karlos Visens “Lion” klubunun baş məşqçisi təyin edildi

Cüdo
Bu gün, 02:02

Zaur Hacıyev ACA 211-də Artem Reznikovla 2026-cı ilin əsas revanşına çıxacaq

Güləş
Bu gün, 01:45

Azərbaycan gənc sərbəst güləşçilərinin Xasavyurt turnirində iştirakı gözlənilir

Güləş
Bu gün, 01:24

Tunar Quliyev və Elgün Kərimlinin qızıl medal qazanması və Zəfər Günü mesajları

Olimpiada
Bu gün, 01:11

Nihad Xudoyev Dakar 2026 Yay Olimpiya Oyunlarında fərdi ötüşmə yarışına qatılacaq

Cüdo
Bu gün, 01:01

Azərbaycanın cüdo dünya çempionatı üçün ilkin heyəti məlum oldu

Futbol
Bu gün, 00:28

Konate Rinerin prezidentlik namizədliyi və idmançıların ictimai rolu haqqında danışdı

Futbol
Dünən, 23:44

Mbappe Oktyabr ayında La Liqada ən yaxşı oyunçusu seçildi

Futbol
Dünən, 23:33

Raul Qonsales Real Madrid’in əfsanəsi olaraq Ovyedo ilə müqavilə imzaladı

Futbol
Dünən, 23:29

İnтер və Milan yeni Generali Stadium üçün 25 illik 650 milyon avroluq razılaşma imzalayıb

Futbol
Dünən, 23:15

Kapello: Kenan Yıldız İtaliyanın Lamin Yamalıdır

Digər
Dünən, 22:58

Aleksandr Plyuşenko Azərbaycanı təmsil edərkən Belarus variantını da nəzərdən keçirir

Basketbol
Dünən, 22:40

Trabzonspor Bakıda Sabahla qarşılaşacaqdı

Futbol
Dünən, 22:31

Batrakov agenti Qalatasaraydan ayrılma iddialarını rədd etdi

Futbol
Dünən, 22:26

Virgil van Dijkin zədəsi Niderland millisini zərər verir

Futbol
Dünən, 22:17

Messinin oğlu Tiaqo Pedro’nun formasını seçdi

Futbol
Dünən, 21:56

“Bavariya”da Manuel Noyerin karyerasını başa vurmaq və zədəsi ilə bağlı son vəziyyət

Futbol
Dünən, 21:43

Qızıl top laureatı FIFPro rəmzi komandadan kənarda qaldı

Digər
Dünən, 21:33

Azərbaycan milli karate komandasının üzvü Turqut Həsənov Astarxanda seminar keçirib

Voleybol
Dünən, 21:17

Ziya Rəcəbov: Turanın Döyünən Ürəyinin Rolunu Açır

Futbol
Dünən, 21:03

Araz‑Naxçıvan futbolçusu Ceyhun Nuriyev hərbi xidmətə cəlb edildi, AFFA Nazirliyə müraciət edib

Futbol
Dünən, 20:47

Lamin Yamalın "Betis"ə vurduğu qol La Liqada oktyabrın ən yaxşısı seçildi

Futbol
Dünən, 20:36

“Araz-Naxçıvan”ın müdafiəçisi İssuf Paro Türkiyədə əməliyyat olundu

Basketbol
Dünən, 20:29

ABL 1-ci dövrün son turu üçün oyun vaxtları açıqlandı

Oxşar xəbərlər