top
Tərlan Əhmədovdan Zirə və Araz-Naxçıvanın avrokubok şanslarına dair fikirlər Idman.biz
23 iyul 2025, 15:48
- ↺ +

Tərlan Əhmədovdan "Zirə" və "Araz-Naxçıvan"ın avrokubok şanslarına dair fikirlər

"Zirə"nin keçən ildən bir az təcrübəsi var. "Araz-Naxçıvan" isə Avropada yenidir. "Transfer pəncərəsi"ndə aktivlik göstərdilər".

İdman.biz xəbər verir ki, bunu Azərbaycanlı futbol məşqçisi Tərlan Əhmədov Sportal.az-a açıqlamasında deyib.

Təcrübəli mütəxəssis Konfrans Liqasında iştirak edəcək "Araz-Naxçıvan" və "Zirə"nin şanslarını dəyərləndirib: "Zirə" transferlərdə bir az durğunluq yaşadı. Rafael Utziqin olmaması mənim üçün qaranlıq qaldı. Hücum xəttində önəmli simalardan idi. Suma da getdi. "Hayduk" Xorvatiyanın böyük klublarındandır. Böyük təcrübəyə malikdirlər. "Zirə" bu mərhələ üçün asan deyil. Hər halda, onlara uğurlar arzulayıram.

"Araz-Naxçıvan"a gəldikdə, bəli, yeni transferlər var. Amma o futbolçular necə oynayacaqlar, bunu zaman göstərəcək. Rəqibin Yunanıstanın köklü klubu olduğunu bilirik. "Araz-Naxçıvan" üçün ağır mərhələdir. Lakin mümkünsüz bir şey də yoxdur. 2012-2013-cü illərdə "Neftçi"nin Avropa Liqasının qrupuna düşdüyü mövsümdür. APOEL-lə Bakıda 1:1 oynamışdıq. Rəhmətlik Böyükağa Hacıyev oyuna 2 gün qalmış xəstəxanadan gəlmişdi. Heç kim bəlkə də bizə inanmırdı, hamı deyirdi ki, Kiprdi, Yunanıstana yaxındır, siyasi məsələlər, ab-hava filan, şansımızı az görürdülər. Amma görürsüz fortuna necə dəyişdi? İstək və düzgün strategiya olan yerdə, uğurlu nəticə mümkündür.

"Araz-Naxçıvan" avrokuboklara 3-cü pilləni tutaraq yollanıb. Normal da futbolçular transferlər edib. Artıq demək olmaz ki, "Araz-Naxçıvan" "Aris"dən zəifdir. Biz ora düşmüşüksə, belədir. Azərbaycan futbolu elə mərhələyə gəlib çatıb ki, biz rəqibləri seçməməliyik. Fikirləşməliyik ki, mərhələ keçməliyik. Bu fikirdə olmaq lazımdır. "Neftçi" də 2012-2013 mövsümündə bunu etdi. 110 illik futbol tariximizdə ilkə addım atdı. "Qarabağ" da uzun müddətdir ki, bu tendensiyanı davam etdirir. Bura "Qəbələ" də qoşulmuşdu. İstər-istəməz Azərbaycan ftubolu klub səviyyəsində həmin mərhələləri keçib. Demək ki, fikirləşməməliyik ki, ağır rəqib düşüb, coğrafi mövqe baxımından çətindir. Rəqib də həmin yolu qət edib gəlir. "Araz-Naxçıvan" üçün çətin olacaq, asan deyil. İki insan amili var, meydanda görüşəcək. Kim daha çox soyuqqanlı, hazırlıqlı olacaq, kimin daha çox qələbə istəyi və motivasiyası yüksək olacaq, mərhələni də keçəcək".

"Zirə" və "Araz-Naxçıvan" mərhələni adlayarsa, bu, Tərlan Əhmədov üçün sensasiya olmayacaq: "Düzü, "Zirə" "Hayduk"u, "Araz-Naxçıvan" "Aris"i keçsə, mənim üçün sensasiya sayılmayacaq. Bilirsiz, sensasiya nəyi qəbul edərdim? "Çelsi"ni keçsək, dünya çempionatının final mərhələsinə çıxaq, Avropa Liqasında, Konfrans Liqasında finala çıxaq...Bəli,bunlar sensasiya sayılabilər, məni təəccübləndirər. Lakin indiki məqamda klublarımız mərhələ adlayarsa, sensasiya deyil. Bütün klublarımıza uğurlar arzulayıram".

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 19:44

Azər Məmmədov: “Köhnə, iddialı ‘Kəpəz’i qaytara bilərik”

Digər
Bu gün, 19:40

Bundesliqa: “Leypsiq”dən darmadağın, Füllkruqdan “Verder”ə qələbə - YENİLƏNİR

Digər
Bu gün, 19:26

Millimizin üzvü üçün 90 dəqiqə

Digər
Bu gün, 19:20

“Kür”ün kapitanı: “Bugünkü məğlubiyyət bizim üçün qələbə kimidir” - İDMAN.BİZ MİNGƏÇEVİRDƏN

Digər
Bu gün, 19:16

Azər Məmmədov: “Kəpəz” hər il dağılır, sonra yenidən yığılır”

Digər
Bu gün, 19:04

Zaur Həşimov: “Təcrübəsizlikdir, yoxsa bəxtsizlik, bilmirəm”

Digər
Bu gün, 19:03

Fərid Qayıbov Ruandanın idman naziri ilə görüşüb - FOTO

Digər
Bu gün, 18:57

“Traktor” diskvalifikasiya olunacaq?

Futbol
Bu gün, 18:53

Mareska: Aston Villa məğlubiyyətində daha çox qələbəyə layiq idik

Futbol
Bu gün, 18:15

Elçe Rayo Vallecano'nu 3-0 məğlub edərək təhlükəli zonadan çıxdı

Cüdo
Bu gün, 18:10

Azərbaycanlı cüdoçu Zelim Tçkayev PSJ-nin Avropa Cüdo Çempionlar Liqası finalına yüksəlməsinə kömək edib

Basketbol
Bu gün, 17:59

NTD-nin baş məşqçisi Ordu qarşısında məğlubiyyətin səbəblərini izah etdi

Digər
Bu gün, 17:58

“Neftçi” və “Sabah”ın əvəzedicilərindən məhsuldar heç-heçə

Futbol
Bu gün, 17:55

Vanspor, Azərbaycan millisinin sabiq üzvləri Ozan Can Kökçü və Elvin Yunuszadəni 3-0 məğlub etdi

Qarabağ FK
Bu gün, 17:43

Andrade “Qarabağ”dan Ukraynanın lideri “Polisiya”ya qızaq... (Wait, let's look closer at the text. The text says he moved in summer 2026? That's in the future. It says "Xatırladaq ki, Andrade 2026-cı ilin yayında "Qarabağ"dan "Polissya"ya keçib." This is

Futbol
Bu gün, 17:40

Aston Villa Manchester City'yi Premier Liqa'da 2-1 məğlub etdi

Futbol
Bu gün, 17:37

İnfantino Bakıda U-15 Dünya Çempionatı çərçivəsində istəfası barədə sorğulara cavab verdi

Futbol
Bu gün, 17:28

Fransalı müdafiəçi Jul Könhe “El Klyasiko”da oynaya bilməyəcək

Futbol
Bu gün, 17:27

PSJ-nin keçmiş rəhbərləri Çempionlar Liqasında ucalan üçün Afrika marabutuna müraciət etdi: Qəribə proqnoz və tarixi qələbə

Futbol
Bu gün, 17:20

Melbourne derbisinde yağış altında 1-1 nəticə

Futbol
Bu gün, 17:10

Kasımpaşa 1-0 qalib gəlir və beşinci yerə yüksəlir

Basketbol
Bu gün, 16:47

Ordu, NTD-ni məğlub edərək Azərbaycan Basketbol Liqası IV turunda qalib gəldi;

Futbol
Bu gün, 16:29

Fransalı klub Qalatasaraylı qapıçıya maraq göstərir

Futbol
Bu gün, 16:28

FIFA, Bakı U-15 Dünya Çempionatı oyunlarını FIFA+ vasitəsilə pulsuz izləmək imkanı təqdim edib

Oxşar xəbərlər