top
Tərlan Əhmədovdan Premyer Liqa və çempionluq mübarizəsi ilə bağlı fikirlər Idman.biz
24 fevral 2026, 16:35
- ↺ +

Tərlan Əhmədovdan Premyer Liqa və çempionluq mübarizəsi ilə bağlı fikirlər

"Premyer Liqada çempionluq uğrunda mübarizə getdikcə daha gərgin xarakter alır".

Bu sözləri veteran futbolçu Tərlan Əhmədov Misli Premyer Liqasında komandaların hazırkı durumunu və çempionluq şanslarını dəyərləndirərkən deyib.

O bildirib ki, "Qarabağ" bu mövsüm əsas diqqətini daha çox Çempionlar Liqasına yönəldib.

"Bu səbəbdən Premyer Liqada daha geniş rotasiyalardan istifadə olunub və bəzi oyunlarda xal itkiləri yaşanıb. Digər klublar da bundan maksimum yararlanmağa çalışırlar. Hazırkı vəziyyətdə "Sabah"la yanaşı, "Zirə" və "Turan Tovuz"un da çempionluq uğrunda müəyyən şansları var. Çünki "Qarabağ"ın əsas prioriteti avrokuboklardır. Klub artıq elə mərhələyə çatıb ki, daxili çempionatla yanaşı, beynəlxalq arenada da böyük uğurlar hədəfləyir. "Sabah" da bu vəziyyətdən istifadə etməyə çalışır. Xüsusilə yeni transferlərdən sonra komandanın hücum xəttində keyfiyyət artımı hiss olunur. "Qarabağ" hər zaman güclü hücum və orta xətti ilə seçilib. Bu mövsüm isə görünür ki, "Sabah" onlar üçün ciddi rəqibdir. Çempionluq uğrunda mübarizə daha maraqlı və gərgin xarakter alıb. Futbolda nəzəri baxımdan hər şey mümkündür. Beş-altı, hətta üç xallıq fərq belə aradan qalxa bilər. Amma düşünürəm ki, martın 1-dən sonra "Qarabağ" daha mübariz və baxımlı oyun nümayiş etdirəcək", - deyə o, AZƏRTAC-a açıqlamasında bildirib.

Veteran futbolçu qeyd edib ki, Ağdam təmsilçisi artıq vəziyyətin ciddiyyətinin fərqindədir:

"Komandanın oyun sistemi Qurban Qurbanovun rəhbərliyi altında 18 ilə yaxındır formalaşıb. Heyət uzun illərdir sabit saxlanılır və əsas futbolçular kollektivin özülünü təşkil edir. Məsələn, mən "Neftçi"də baş məşqçi işləyəndə həmin heyətdən bu gün yalnız Emin Mahmudov qalıb. Amma "Qarabağ"da 5-6 əsas futbolçu illərdir komandadadır və kollektiv məhz onların ətrafında qurulub. Yeni transferlər olsa da, lakin özülü dəyişməz qalır. Bu baxımdan "Qarabağ" çempionatda üstün görünür".

T. Əhmədov "Sabah"ın yenilənmiş heyətlə mübarizə apardığını diqqətə çatdırıb:

"Şanslarından maksimum istifadə etməyə çalışırlar. Lakin çempionluğun taleyinə son turlar aydınlıq gətirəcək. Hesab edirəm ki, çempionun adı mövsümün bitməsinə 2-3 tur qalmış bəlli olacaq".

54 yaşlı mütəxəssis "Neftçi"nin də müəyyən nəticələr çıxarmalı olduğunu söyləyib:

"Hər altı aydan, 1 ildən bir baş məşqçi dəyişikliyi uğur gətirmir. Eyni sözləri tez-tez futbolçu dəyişikliklərinə də aid etmək olar. Stabil komanda qurmaq üçün baş məşqçi maksimum beş il işləməlidir ki, sistem formalaşsın və nəticə gəlsin. Hazırda komandada müəyyən canlanma hiss olunur, dirçəliş əlamətləri var. Amma bu, hələ kifayət etmir. Qarşıdakı matçlar, xüsusilə "Qarabağ", "Sabah", "Zirə" və "Turan Tovuz"la görüşlər çox şeyi müəyyən edəcək".

Onun sözlərinə görə, "Neftçi"nin güclənməsi Azərbaycan futbolu üçün vacibdir:

"Ənənəvi klublar mükafatçılar sırasına qayıtmasa, çempionatda uzunmüddətli və real rəqabət formalaşmaz. Hətta bu mövsüm istənilən nəticə əldə olunmasa belə, baş məşqçiyə növbəti mövsümdə də şans verilməlidir. Hər bir mütəxəssisin öz komandasını formalaşdırmaq hüququ var. Yeni mövsümdə daha keyfiyyətli futbolçular cəlb olunmalıdır ki, "ağ-qaralar" yenidən layiq olduğu yerlərə qayıda bilsin".

Qeyd edək ki, 21 turdan sonra "Sabah" 52 xalla turnir cədvəlinə başçılıq edir. Bir oyun az keçirən "Qarabağ" 45 xalla ikinci, "Turan Tovuz" isə 37 xalla üçüncüdür.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 06:33

“Manchester United”un möhtəşəm dönüşü Carrickin gələcəyini dəyişə bilər

Futbol
Bu gün, 05:27

Zidane, Qızıl topun həqiqi sahibi Mbappe olduğunu bildirib

Formula 1
Bu gün, 05:21

Hamilton Leclerc ilə gərginliyi aradan qaldıran görüşün detallarını açıqladı

Futbol
Bu gün, 03:38

Ağadadaş Salyanski: Milli komanda dəvəti gözləyirdim – Müsahibə

Formula 1
Bu gün, 02:45

Neymar Formula-1 yarışında San-Paulu Grand Prix-də diqqət mərkəzinə girdi

Futbol
Bu gün, 02:23

Barselona La Liqada 2-1 qələbə qazanaraq Atletico'yi məğlub etdi;

Futbol
Bu gün, 02:23

Manchester United və digər Premier Liqa klubları Vitor Rokenin transferinə maraqlanır

Futbol
Bu gün, 02:03

“Qalatasaray”ın məşhur futbolçusu Cevad Prekazi vəfat edib

Futbol
Bu gün, 01:41

Kivu: Qələbədən sonra futbolçulara daha çox səy göstərmələri üçün xəbərdarlıq edir

Olimpiada
Bu gün, 01:29

Azərbaycanlı sprinter Şuvayev 100 metr finalında yerini tutdu

Futbol
Bu gün, 01:20

Flick, Rafinyanın Barcelona ilə yeni müqaviləsini təqdir etdi

Futbol
Bu gün, 00:58

Bröndbü azarkeşləri Kopenhagen derbisində geniş pirotexniki şou təşkil ediblər

Digər
Bu gün, 00:29

Trampın UFC rəhbərinə mətbuat katibi vəzifəsi təklifi və qarışıqlıq

Futbol
Bu gün, 00:10

Murad Məmmədovun Pafos komandası 4 qol vurdu

Digər
Bu gün, 00:01

9 Noyabr: Azərbaycanda Dövlət Bayrağı Günü

Futbol
Dünən, 23:49

Mahir Emreli, köhnə komandasını məğlub edərək məhsuldar ötürmə ilə yadda qaldı

Futbol
Dünən, 23:45

Mahir Emreli Legiya 4-2 qələbəsində asistlə çıxış etdi

Olimpiada
Dünən, 23:41

Azərbaycan Dakar-2026-da 15 pillə irəliləyiş edərək yeddinci sıraya çıxdı

Futbol
Dünən, 23:18

Sabahın keçmiş kapitanı: Barselona adlarından çəkinməmək lazımdır

Gimnastika
Dünən, 23:06

Azərbaycan gimnastikası Nankində bir qızıl və iki gümüş medalla dünya çempionatını qazanıb

Futbol
Dünən, 22:58

Sabah 2-2 Şamaxı matçı video

Minifutbol
Dünən, 22:58

Elvin Quliyev: “Latviya qarşısında 1:5 məğlubiyyətdə həyəcan var idi, standart vəziyyətlərdə ciddi səhvlər buraxdıq”

Qarabağ FK
Dünən, 22:28

Şəfa-2 və Kəpəz-2 arasında 1:1 heç‑heçə

Digər
Dünən, 22:05

Azərbaycan futzal yığması Latviya ilə 5:1 məğlubiyyət alıb

Oxşar xəbərlər