top
Tərlan Əhmədovdan Neftçi və transferlər haqqında fikirlər Idman.biz
21 iyul 2025, 12:28
- ↺ +

Tərlan Əhmədovdan "Neftçi" və transferlər haqqında fikirlər

"Neftçi"yə yeni futbolçular gəlib, amma onlar haqda elə də çox məlumatımız yoxdur. Ən yaxşı futbolçular Latın Amerikasından gəldikdən sonra Avropada oynayanlardır.

İdman.biz xəbər verir ki, bunu "Neftçi"nin sabiq baş məşqçisi Tərlan Əhmədov Sportal.az saytına açıqlamasında deyib.

O, "ağ-qaralar"dakı heyət dəyişikliyi ilə bağlı danışıb. Bununla yanaşı, 2025/2026 mövsümündə "Neftçi"dən gözləntilərindən bəhs edib: "Qarabağ" həmişə Portuqaliya, İspaniya aşağı liqalarında oynayan braziliyalılara üstünlük verir. Çünki Avropa futbolunun məktəbi böyükdür. Amma Braziliyadan "Fluminense", "Flamenqo"dan oyunçu gətirmək başqa məsələdir, o heç. Yoxsa, Venesuela, Boliviyadan oyunçu gəlirsə, onların burada uyğunlaşması bir balaca çətindir. Çünki onlar Avropa futbol mərhələsinin adlamayıb. "Neftçi"də necə olacaq...."Neftçi"yə gələn məşqçilərə baxın, Adrian Mutu, Miodraq Bojoviç, Roman Qriqorçuk. Hələ Qriqorçukun Azərbaycan futbolunda böyük təcrübəsi var idi. "Neftçi" ağır klubdur, burada işləmək üçün rəhbərlik tərəfindən sənə böyük dəstək lazımdır. Mən özüm də bu komandada bir il baş məşqçi oldum. Komandanı sonuncu pillədən götürdüm, 3-cü pilləyə qədər yüksəltdim, amma sonda özünüz də gördünüz...Klubun strategiyası tamamilə fərqlidir, yanaşma da fərqlidir. Hamının gözü oradadır. Çünki xalqın komandası olub, əzəldən də belədir, "Neftçi"nin ad-sanı var, bu klubdan adlı-sanlı futbolçular dünyaya çıxıb. Anatoli Banişevskini desən, bəs edir. "Neftçi"nin heyətində Avropa, dünya və Olimpiya çempionları var. Ona görə də, bu istər-istəməz 2-ci və ya 3-cü yer qəbul olunmur. Son illərdə klub 2-ci pilləyə də yaxınlaşa bilmir. Komanda 2021/2022 mövsümündə çempion olub, ondan sonrakı illərdə fiaskoya uğrayır".

Əhmədovun fikrincə, "Neftçi" başa çatan mövsümdə də mükafatçılar sırasına düşə biləcək heyətə malik imiş: "Neftçi"də yeni futbolçularla məşqçilərin münasibəti necə olacaq, bunun da önəmi çoxdur. Əslində, komandanın keçən ilki heyəti də pis deyildi. O komanda ilə nəticə də vermək olardı. Samir Abasov komandanı oktyabr ayında götürmüşdü və həmin müddətdən sonra komandada nəyisə dəyişmək olardı ki, "Neftçi" mövsümü 6-cı pillə deyil, mükafatçılar sırasında başa vursun. Amma üzücü o idi ki, "Neftçi" autsayderlərə uduzurdu. Bu mövsüm necə olacaq, futbolçularla məşqçilərin münasibəti necə olacaq, hansı taktika seçiləcək...Ən əsası, o taktikaya uyğun fubtolçular cəlb edilib, ya yox, bir çox məsələlər var. Ötən mövsüm Samir Abasov deyirdi ki, komandanı mən yığmamışam. Bu mövsüm isə sərəncamında özü istədiyi oyunçular var. "Qarabağ", "Sabah", "Zirə" kimi komandalar oynayır, "Araz-Naxçıvan" güclənib, "Turan Tovuz" da həmçinin. Tovuz klubu ötən mövsüm əldən verdikləri şansı bu mövsüm buraxmaq istəməyəcəklər. Artıq rəqabət daha da çoxalır. "Neftçi" o rəqabətə uyğunlaşa biləcək, həmin rəqiblərdən üstün olacaq, ya yox...Biz indidən deyə bilmərəm ki, 4 mövsüm geridə qaldı, bu mövsüm "Neftçi" çempion olacaq. Zaman göstərəcək".

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 13:00

Van Deyk yeni “Matrix” görünüşü ilə milli düşərgəsinə gəldi, amma eyni gündə ayrıldı

Qarabağ FK
Bu gün, 13:00

Vaqif Sadıqov: Neftçi əvvəlki mövqeyini bərpa edərək Premyer Liqada rəqabəti artır

Futbol
Bu gün, 12:45

Joan Laporta “Golden Boy” mükafatının “İlin ən yaxşı prezidenti” seçildi

Futbol
Bu gün, 12:40

Roberto D'Aversa Sassuolo klubunun yeni baş məşqçisi oldu

Futbol
Bu gün, 12:20

Georgi Mamardaşvili Liverpuldan ayrılacaq

Futbol
Bu gün, 12:15

Batrakov Galatasaray bonus ödənişlərindən imtina etdi

Futbol
Bu gün, 12:00

Sponsorsuzluq səbəbindən Göyəzən futbol komandası ev oyunlarını keçirə bilmir

Futbol
Bu gün, 12:00

Rizespor 'Sabah'ın hücumçusuna maraq göstərdi

Cüdo
Bu gün, 11:48

Tramp, UFC rəhbəri Dana White‑ı Ağ Evdə jurnalistlərin suallarını cavablandırmağa dəvət etdi

Futbol
Bu gün, 11:20

Realın iki futbolçusu üçüncü dəfə 2026-ya qədər FIFPro Rəmzi Komandasına seçildi

Futbol
Bu gün, 11:18

Arsenalın keçmiş məşqçisi Arsen Venger, FIFA prezidenti seçkilərinə namizədliyini dəyərləndirir;

Futbol
Bu gün, 11:01

Barselona futbolçularına dair dopinq iddiaları yenidən gündəmə gəldi

Futbol
Bu gün, 10:46

Poçettino Manchester Unitedə məşqçi kimi gəlməyə hazırdır

Futbol
Bu gün, 10:40

Zidane 19 ildən sonra ikinci divizion futbolçusunu milli yığmaya dəvət etdi

Futbol
Bu gün, 10:35

Xankəndi stadionunda yenidənqurma sonrası ilk rəsmi oyunun vaxtı açıqlandı

Futbol
Bu gün, 10:20

Leipzig, Nkunku üçün 'Milan'a təklif göndərdi

Basketbol
Bu gün, 10:16

Fransalı Viktor Vembanyama NBA tarixində 40 xal, 11 ribaund, 9 blok və 2 üçxallıqla unikal rekord yaratdı

Futbol
Bu gün, 10:09

Milan futbolçusu Yunus Musanın müqaviləni uzatmaq istəyir;

Voleybol
Bu gün, 10:01

Turan Voleybolçusunun Hərzə Gözəl Hərəkəti: Yuliya Kərimova Itə Hədiyyə Yedirdi

Qarabağ FK
Bu gün, 10:00

Marko Yanković Qarabağdan ayrıldı: Yarımmüdafiəçi yeni müqavilə üçün söhbətləri dayandırdı

Futbol
Bu gün, 09:42

Ten Hag Ronaldo'ya Kritiklərlə Qarışdı – Münaqişə 2022-ci ildə Başladı

Futbol
Bu gün, 09:40

Caka zədəsi səbəbindən İsveçrə milli takımdan uzaqlaşdırıldı

Voleybol
Bu gün, 09:35

"Turan" voleybol klubu Çempionlar Liqası qrup mərhələsinə vəsiqə qazanma şansını artırır;

Futbol
Bu gün, 09:31

Barselona Bavariya müdafiəçisini transfer etməyə çalışır, amma nəticəsiz qalır

Oxşar xəbərlər