top
Tərlan Əhmədovdan Kəpəzdəki problemlər, rəhbərlik, Vidadi Rzayev və baş məşqçi dəyişiklikləri ilə bağlı ŞƏRHLƏR Idman.biz
04 sentyabr 2025, 17:59
- ↺ +

Tərlan Əhmədovdan "Kəpəz"dəki problemlər, rəhbərlik, Vidadi Rzayev və baş məşqçi dəyişiklikləri ilə bağlı ŞƏRHLƏR

"Kəpəz"in sabiq baş məşqçisi Tərlan Əhmədov klub daxilində gedən prosesləri şərh edib.

İdman.biz xəbər verir ki, 54 yaşlı mütəxəssis Sportnet.az-a açıqlamasında Gəncə komandasında gedən proseslərin çoxdan başladığını bildirib.

Onun sözlərinə görə, hələ Yaşar Vahabzadəyə baş məşqçiliyi dövründə olan haqsızlıqlar, klub rəhbərliyinin yaratdığı problemlər özünün baş məşqçiliyi dönəmində də davam edib: "Gəncə şəhər stadionuna kimyəvi turşu töküb ot örtüyünü yandırdılar ki, komanda Qəbələdə oynasın, məğlubiyyət seriyalarını davam etdirsin və məni rahat qova bilsinlər. Heç bir şəraitin yaradılmaması, "Kəpəz" Futbol Akademiyasının bəzi məşqçilərini üstümə qaldırmaları, mənim məşqçi korpusumun üstünə devaya göndərmələri, idman direktoru Mehman Allahverdiyev və onun dəstəsinin mənə qarşı etdiyi haqsızlıqlar, ona dəstək verən adamların mövcudluğu - hansılar ki, imkan vermirdilər, "Tərlan Əhmədov buradan tez getsin, burada yalnız gəncəlilər işləməlidir" deyirdilər".

Əhmədov bildirib ki, ondan sonra da eyni hallar yaşanıb: "Məni əvəzləyən Azər Məmmədov da nəticə verə bilmədi və getdi. Adil Şükürov gəldi, nəticə verdi, amma sonrakı ildə özü yığdığı komanda ilə nəticə əldə edə bilmədi. Azər Bağırov gəldi, nəticə verdi, onu da qovdular. Yəni, məndən sonrakı məşqçiləri də elə 6-7 aydan sonra qovurlar. İndi yenidən Adil Şükürovu gətiriblər, yenə eyni proses yaşanır, yenə uğursuzluq gedir".

Təcrübəli mütəxəssisin fikrincə, bütün bunlar klub rəhbərliyinin yanaşmasından irəli gəlib: "Əvvəllər hamıya problem yaradan İdarə Heyətinin sədri İlqar Nadiri bu gün də klubdadır, indi əməliyyatlar üzrə rəhbər vəzifəsinə təyin ediblər. Futbolda belə bir vəzifənin olduğunu indiyədək eşitməmişdim. Bilmirəm nə əməliyyatdır, nəyi əməliyyat edirlər... Nadiri orada olduğu müddətdə eyni problemlər yaşanacaq. Edilən transferlər də göz önündədir - indi niyə oynamırlar? Axı özləri seçib, özləri gətirib rəhbərlik səviyyəsində. Yəni, yaşanan proseslər istər-istəməz Gəncədə "Kəpəz"i sevən, futbolla yaşayan fanatlar üçün də aydındır. Onlar da görürlər ki, illərdir baş məşqçi gətirib-yola salırlar, komanda yalnız liqada qalmaq üçün mübarizə aparır. Əlbəttə, bu, artıq söz-söhbətlərə, problemlərə narazılıqlara gətirib çıxarır".

Əhmədov Vidadi Rzayevin də işsiz qalmasından narazılığını ifadə edib: "Deyək ki, mən işləyirdim, yanımda Vidadi Rzayev vardı - Gəncə futbolunun, demək olar ki, ən parlaq ulduzlarından biri olub, vaxtilə "Qafqazın Maradonası" adlandırılıb. Bugün isə o, işsizdir, heç onunla məsləhətləşən, yaxına çəkən yoxdur. Yəni, istər-istəməz adlı-sanlı futbolçularımızın kənarda qalması, bugünkü o "karusel" məşqçilərin iş başında olmaları futbolumuza "minus" olduğu kimi, Gəncənin "Kəpəz" futbol komandasında da nələrin baş verdiyinə tam əyani sübutdur. Artıq nəyi isə danışmağa ehtiyac yoxdur, illərdir deyirəm, heç nə öz həllini tapmır. Orada gedən proseslər, rəhbərliyin bir-biri ilə əlaqəsinin olmaması, bir-birinin ayağının altını qazması, klubda bir nəfərin yox, bir neçə nəfərin söz sahibi olması, yalnız baş məşqçi gəlsin və getsin, transferlər edilsin kimi işlərə baxmaları hər şeydən xəbər verir. Kimlərsə nəyinsə ümidinədir. O komandada o qədər problemlər əmələ gəlib ki… Görürsünüz ki, yeni gələn rəhbərlik, yenidən qaytarılan məşqçi belə uğur əldə edə bilmir, gələcəyə də vəd verilmir ki, komandada nəsə olacaq".

Sabiq baş məşqçi hesab edir ki, "Kəpəz" yenidən qurulmalı, yenidən bərpa olunmalıdır: "Yeni, şəffaf rəhbərlik olmalı, söz sahibi bir nəfər olmalıdır. Deyim ki, gəncəli iş adamlarından biri orada başda olmalıdır və klubun infrastrukturu, strategiyası bəlli olmalıdır. Klubun hədəfi yalnız Premyer Liqada qalmaq olmamalıdır. Oradakı o yalan söhbətləri yayan insanlar mənim dövrümdə də vardı: formalar nəm gəldiyi üçün mən qoymurdum ki, komanda məşqə çıxsın, 10 dəqiqə sonra klubun işçiləri xəbər yayırdılar ki, Tərlan Əhmədov komandanı məşqə çıxarmadı. O qədər söz-söhbətlər yalan üzərində qurulan komanda idi ki… İndiki rəhbərliyi tanımıram, amma əvvəlki rəhbərliyin dövründə o qədər yalanlar var idi, o qədər şər-xata hökm sürürdü ki... Komandanın adına o qədər söz-söhbət çıxardılar, o qədər ləkələdilər ki, "Kəpəz"sevərlərin də artıq səbri tükənib, öz komandalarının acınacaqlı vəziyyətinə dözə bilmirlər".

"Həmişə demişəm: iki komanda var ki, onlar Azərbaycan futbolunda olmadığı müddətdə ölkə futbolunda böyük uğurlar əldə olunacağına ümid etməməliyik. Gəncənin, "Neftçi"nin futbol məktəbi olub. Həm sovet dövründə, həm də müstəqillik illərində bu məktəblərdən nə qədər futbolçular yetişib. Amma son illərdə Gəncədə normal futbolçu yetişmir, bu da istər-istəməz "Kəpəz"sevərləri, Gəncə fanatlarını hiddətləndirir. Oradakı proseslər göz qabağındadır, daha nəyisə qabardıb danışmağa dəyməz. Vidadi Rzayev kimi bir futbolçunu kənarda qoyurlarsa, demək, nədənsə danışmağa dəyməz", - deyə o əlavə edib.

Keçmiş baş məşqçinin fikrincə, "Kəpəz" belə bir acınacaqlı vəziyyəti yaşamamalı, şəffaf insanların əlinə keçməlidir: "Sağlam rəhbərlik və bir nəfər söz sahibi olmalıdır ki, komanda irəli getsin. Hazırda orada baş verənlər, daxildə məlum olmasa da, üzə çıxanlar göstərir ki, sağlam ab-hava yoxdur — nə rəhbərliklə məşqçilər, nə məşqçilərlə futbolçular arasında. Sağlam mühit olmadığından, komanda bu gün acınacaqlı vəziyyətdədir. Ona görə də komandaya yeni rəhbər lazımdır ki, bütün ətrafını təmizləsin: söz-söhbət yayanları, mətbuata yalan məlumat verib komandanın içində olan məsələləri şişirdənləri, futbolçuları alçaltma hallarını yığışdırsın. Bunlar oradakı bəzi rəhbər şəxslərin əli ilə olan məsələlərdir. Bunların hamısı yığışdırılmalıdır ki, komanda uğurlu nəticələr əldə edə bilər".

Əhmədov bildirib ki, "Kəpəz" hər il yalnız Premyer Liqada qalmağa yox, daha yuxarılar uğrunda mübarizə aparmağa layiqdir: "Gəncə Azərbaycanın ikinci ən böyük şəhəridir və düşünürəm ki, böyük futbol ənənəsi olan klub daha yaxşısına layiqdir. Bunun üçün AFFA, şəhər rəhbərliyi, Gəncənin iş adamları böyük işlər görməlidirlər ki, komanda bəzi insanlardan, onların zərbələrindən qurtulsun və daha yaxşı nəticələr əldə etsin".

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 06:13

Fabrizio Romano: Arsenal qış transfer pəncərəsində yeni hücumçu ala bilər

Futbol
Bu gün, 05:21

Ronaldo: Sir Alex Ferguson məni əsl kişiyə çevirdi

Futbol
Bu gün, 04:07

Qadınlar futbolunda topun zərbəsi ilə həm qol, həm də zədələnmə – VİDEO

Futbol
Bu gün, 02:15

Sevilya 0:0 Alaveslə rəngdən qalıb, penalti qaçırdı

Futbol
Bu gün, 02:07

Everton, Barrinin dublu sayəsində 3:1-ə Koventriyə məğlub oldu

Futbol
Bu gün, 02:02

Cəlal Hüseynovun dəyişdirilməsi ilə “Petrolul” uzaqda 1-0 qələbə qazandı

Futbol
Bu gün, 01:55

Venesiya Udinezu məğlub edərək 3 xal qazandı

Digər
Bu gün, 01:48

Xankəndi stadionu Zəfər Günündə bəzədilər

Futbol
Bu gün, 01:41

Hamburg 3-1 Borussiyaya qələbə qazandı

Qarabağ FK
Bu gün, 01:23

Musa Qurbanlı: Xal itkilərinə baxmayaraq çempionluq hədəfi dəyişməyib

Futbol
Bu gün, 01:08

Joze Mourinyo Real Madrid üçün 16 yaşlı Cey-Cey Gabrielin transferini şəxsi olaraq izləyir

Futbol
Bu gün, 00:41

Arteta "Hall City"nin Premyer Liqada çıxışını layiq hesab edir

Olimpiada
Bu gün, 00:22

Dakar-2026 Olimpiya Oyunlarında Günel Kərimli və Nihad Süleymanlı çimərlik güləşi yarışlarına başlayır

Futbol
Bu gün, 00:16

Tuxel: Bellinqemlə münasibətləri əvvəlki çətinliklərdən sonra qaydasındadır

Futbol
Bu gün, 00:00

Neftçi 1:0 Kapaz: Video icmalı təqdim olunur

Cüdo
Dünən, 23:48

Bakıda yerləşən beynəlxalq çövkən federasiyasına yeddi yeni üzv ölkə qoşuldu

Futbol
Dünən, 23:38

Zidan Fransa millisinin İtaliya və Türkiyəyə qarşı oktyabr/yun oktları üçün 23 nəfərdən ibarət heyətini açıqlayıb: Mbappe qayıtdı, Pajis debüt edir

Futbol
Dünən, 23:24

Qalatasarayın ulduz futbolçusu Viktor Osimhen zədələnib və əməliyyat olunacaq

Futbol
Dünən, 23:24

Vernidub "Neftçi"nin "Kəpəz" üzərindəki qələbəsini planlaşdırılmış əvəzetmələrə bağladı: "Hər şeyi əvvəlcədən bilirdik"

Futbol
Dünən, 23:12

Toral Bayramov Türkiyə 1-Liqa'da 'avtoqola' vurdu

Futbol
Dünən, 23:01

Kasımpaşa 2:0 Qaziantep məğlubiyyəti ilə dördüncü pilləyə yüksəldi

Futbol
Dünən, 22:48

Vernidub: Emin Mahmudov gələcəkdə yaxşı məşqçi ola bilər

Futbol
Dünən, 22:36

Oliver Kan “Bavariya”nın Harri Keylə müqavilə uzatmasını dəstəklədi

Qarabağ FK
Dünən, 22:21

Azər Məmmədov: Qarabağ oyunu üçün də üç xal görürəm

Oxşar xəbərlər