top
Tərlan Əhmədov Konfrans Liqası təmsilçilərimizin şansları və oyun tərzləri haqqında danışıb Idman.biz
07 avqust 2025, 10:02
- ↺ +

Tərlan Əhmədov Konfrans Liqası təmsilçilərimizin şansları və oyun tərzləri haqqında danışıb

"İlk qarşılaşmadakı nəticənin cütün taleyini müəyyənləşdirəcəyini düşünmürəm. Cavab oyunu öncəsi şanslar yenə bərabərdir. Belə oyunlarda bir məğlubiyyətlə hər şey bitmir, vəziyyəti dəyişmək imkanı həmişə olur. Çox nadir hallarda ilk matçdan sonra hər şey aydınlaşır".

İdman.biz xəbər verir ki, bu fikirləri Futbolinfo.az-a açıqlamasında Tərlan Əhmədov bildirib.

Təcrübəli mütəxəssis Konfrans Liqasındakı təmsilçilərimizin şanslarını dəyərləndirərkən daha sonra bunları qeyd edib: "Hər iki təmsilçimizdən qələbə gözləyirik. Əlbəttə, asan olmayacaq. "Omoniya" Elmar Baxşıyev üçün tanış rəqibdir. "Qəbələ"də işlədiyi dönəmdə də bu komandaya qarşı oynamışdılar. Rəqibin sabit və oturuşmuş heyəti var. Buna baxmayaraq, "Araz-Naxçıvan" bu mövsüm əvvəlki dövrlərlə müqayisədə daha təsirli çıxış edir. Komandaya keyfiyyətli legionerlər cəlb olunub və hər görüşdə performanslarını artırırlar. Hücumda daha aqressivdirlər, ancaq müdafiədə müəyyən boşluqlar müşahidə olunur. Əgər arxa xəttdə daha diqqətli oynasalar, bu oyunda üstünlük əldə edə bilərlər. İlk qarşılaşmanın evdə olması da üstünlükdür. Mümkün qədər çox qol vurmaq vacibdir ki, cavab matçında vəziyyət asanlaşsın. "Omoniya"nın aqressiv futbolunu ötən mövsüm "Zirə" ilə oyunlarında da görmüşdük. Onların vurduğu qollar hücum potensiallarının yüksək olduğunu sübut edir".

Əhmədov "Sabah"ın rəqibi "Levski" haqqında da danışıb: "Levski" avrokuboklarda zəngin təcrübəyə malikdir və köklü bir klubdur. Ancaq futbolda keçilməz rəqib olmur. Biz də komandalarımızdan uğurlu çıxış gözləyirik. Əgər bu mərhələyə qədər irəliləmişiksə, demək ki, şanslar bərabərdir. Az səhv edən və müdafiədə daha sıx oynayan tərəf növbəti mərhələyə keçəcək. Belə oyunlarda edilən səhvlər baha başa gəlir və cəzasız qalmır. Əsas arzumuz isə təmsilçilərimizin pley-offa vəsiqə qazanmasıdır".

Tərlan bəy hamının zəif yeri olduğunu düşünür: "Hər bir komandanın zəif nöqtələri olur. Əminəm ki, məşqçilər bunları dəqiq analiz edib və ona uyğun hazırlıq görüblər. Təmsilçilərimizin həm müdafiə, həm də hücum baxımından oyun üslubu kifayət qədər qiymətlidir. Belə məqamlarda rəqibə onun oyun tərzi ilə cavab vermək önəmli olur".

Əhmədov yekunda təmsilçilərimizə inamını ifadə edib: "Klublarımız heyət və oyun üslubu baxımından mərhələ keçəcək gücdədirlər. Yeni transferlər komandaya dinamika qatıb. Bu səbəbdən meydanda rəqib qarşısında çarəsiz görünməyəcəklər. Əgər hücumda daha aqressiv olub, yaranan imkanları dəyərləndirə bilsək, mərhələ adlayan tərəf biz ola bilərik. Futbolumuz artıq o səviyyəyə gəlib çatıb ki, transfer edilən legionerlər sayəsində komandalar daha iddialı çıxış etməyə başlayıblar. Ümid edək ki, təmsilçilərimiz əllərindən gələni edərək növbəti mərhələyə yüksələr. Hətta pley-offa keçə bilməsələr belə, buraya qədər göstərilən mübarizə də böyük nəticədir. Ən çox arzuladığımız isə qrup mərhələsində daha çox klubumuzun təmsil olunmasıdır. Futbol elə oyundur ki, hər an gözlənilməz nəticələr ortaya çıxa bilər. Ümid edək, bu sürprizlər xeyrimizə olar".

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 18:00

Klub rəhbərliyinə səsləndi: "Dinamo"nu çalışdırmağa Vernidubdan ideal namizəd yoxdur"

Futbol
Bu gün, 17:58

Sergi Yalçın Türkiyə milli yığmasının yeni baş məşqçisi təyin olundu və 4 illik müqavilə imzaladı

Basketbol
Bu gün, 17:55

"Sabah" basketbol komandası Mersinsporun kapitanı Orxan Aydın Hacıyevi transfer edib

Digər
Bu gün, 17:47

Famil Xəlilov: “Məqsədimiz Azərbaycanı layiqincə təmsil etməkdir”

Digər
Bu gün, 17:45

II Liqada 12 oyunun vaxtı bəlli oldu

Digər
Bu gün, 17:42

“Real” ikiillik boykotdan sonra “Qızıl top” mərasiminə qayıdır

Digər
Bu gün, 17:40

Lamin Yamal Londona şəxsi təyyarə ilə yollanacaq

Digər
Bu gün, 17:37

“Mançester Yunayted”in 746 gündür saçını kəsdirməyən azarkeşi: “Utanıram”

Futbol
Bu gün, 17:20

I Liqada 6-cı turun nəticələri

Futbol
Bu gün, 17:18

Portuqaliya millisində Ronaldunun qayıtması üçün sərt şərtlər tələb olunur

Digər
Bu gün, 17:10

Nazim Süleymanov U-15 dünya çempionatından gözləntilərini açıqladı

Futbol
Bu gün, 17:03

Şahdağ-Qusar yarımmüdafiəçisi Mahrab Baxşalı: Çempionluqdan irəli heç nə yoxdur

Futbol
Bu gün, 17:00

Şamaxı Şəfa'yı məğlub etdi: Oruc Məmmədov nəticələrin gözlənilmədiyini vurğuladı

Futbol
Bu gün, 16:55

Klopp, “El‑Klasiko”da Barcelona’yı dəstəkləyəcəyini açıqladı

Digər
Bu gün, 16:47

“Şəfa”da “Kəpəz”lə oyun öncəsi itki

Digər
Bu gün, 16:40

Kontenin “Mançester Yunayted”ə keçidi sual altındadır

Digər
Bu gün, 16:40

UEFA Fransa klubunu böyük məbləğdə cərimələyəcək

Digər
Bu gün, 16:31

“Mingəçevir”də dəyişiklik: investorlarla yollar ayrıldı, baş məşqçi də gedə bilər

Digər
Bu gün, 16:24

Florentino Peres “El-Klasiko”ya getməyəcək: “Real” və “Barselona” arasında gərginlik davam edir

Digər
Bu gün, 16:20

“Arsenal”da ciddi itki

Futbol
Bu gün, 16:02

Trent Aleksander‑Arnold Real'dan ayrılacaq? Liverpool onu geri almaq istəyir

Futbol
Bu gün, 16:00

Nigeriyalı futbolçu Favaz Abdullahi Azərbaycandan təklif aldı

Digər
Bu gün, 15:47

İlk dəfə təyyarəyə minənlər, küçə futbolundan DÇ-yə yüksələnlər: Bakıda U-15 mundialının duyğulu hekayələri - İDMAN.BİZ-in İCMALI

Digər
Bu gün, 15:40

"Çelsi" və "Mançester Yunayted" "Komo"nun argentinalısını transfer etmək istəyir

Oxşar xəbərlər