İspaniyanın "Barselona" klubunun qapıçısı Mark-Andre ter Şteqen karyerasını "Mançester Siti"də (İngiltərə) davam etdirə bilər.
"Report"un AS-a istinadən məlumatına görə, İngiltərə klubu 33 yaşlı qolkiperi hazırkı qapıçı Edersonun əvəzləyicisi kimi nəzərdən keçirir.
Almaniyalı qapıçının "Barselona" ilə müqaviləsinin müdətinin başa çatmasına hələ 3 il var. Buna baxmayaraq, onun baş məşqçi Hans-Diter Flikin gələcək planlarında yer almadığı bildirilir.
Qeyd edək ki, Mark-Andre ter Şteqen 2014-cü ildən "Barselona"nın formasını geyinir. Bu müddət ərzində o, 422 oyun keçirib, bunların 175-də qapısını toxunulmaz saxlayıb. "Transfermarkt" onun dəyərini 12 milyon avro qiymətləndirir.