"Milan"ın müdafiəçisi Teo Hernandes mövsümlərarası fasilədə "Əl-Hilal"a transfer olunacaq. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira X sosial şəbəkəsində paylaşım edib.
Mənbənin sözlərinə görə, milanlılar 30 milyon avro qarşılığında 27 yaşlı fransızın Səudiyyə Ərəbistanı klubuna keçidini təsdiqləyib. Futbolçunun özü isə Milandakından dörd dəfə çox maaş alacaq. Yaxın günlərdə transferlə bağlı ictimaiyyətə məlumat veriləcək.
Qeyd edək ki, Hernandes başa çatan mövsümdə 49 matçda meydana çıxıb, 5 qol vurub və 6 məhsuldar ötürmə edib.