Baş məşqçi axtarışında olan "Roma"nın maraq göstərdiyi mütəxəssislərdən birinin adı müəyyənləşib.
İdman.biz xəbər verir ki, İtaliya klubu Erik Ten Haqın xidmətində maraqlıdır.
İvan Yuriçlə yollarını ayıran paytaxt təmsilçisi "Mançester Yunayted"in istefaya göndərdiyi niderlandlı ilə danışıqlara başlamağı planlaşdırır.
Qeyd edək ki, Ten Haq 2022-ci ilin aprelindən 2024-cü ilin oktyabrına qədər İngiltərə klubunda çalışıb.
İdman.biz