top
Tellur Mütəllimov Sabahın uğursuz çıxışı barədə: İzah etmək çətindir Sport24.az
12 noyabr 2024, 10:20
- ↺ +

Tellur Mütəllimov "Sabah"ın uğursuz çıxışı barədə: "İzah etmək çətindir"

"Sabah" Misli Premyer Liqasının son turunda "Kəpəz"lə 2:2 bərabərliyə razılaşdı. Oyundan sonra "bayquşlar"ın Futbolçusu Tellur Mütəllimov Sport24.az-a müsahibəsində komandasının son oyunlardakı uğursuz çıxışı barədə danışıb.

 

- "Sabah" ötən tur "Kəpəz"lə matçda xal itirdi. Oyun haqqında fikirlərin necədir?

- Üstün olduğumuz oyun idi. Bəzi epizodları saymasaq, demək olar matçın böyük hissəsi bizim üstünlüyümüz şəraitində keçdi. Qol fürsətlərimiz oldu, dəyərləndirə bilmədik. Son dəqiqədə buraxdığımız qolla qələbə hesabını qoruya bilmədik.


- Ardıcıl 6 oyundur qələbə qazana bilmirsiniz. Səbəbi nədə görürsən?

- İzah etmək çətindir. Komanda olaraq hər birimiz qələbəyə köklənmişik. Bütün oyunlarda 3 xal üçün mübarizə aparırıq. Çıxdığımız qarşılaşmalarda bütün oyunlarda üstün tərəf olmuşuq. Amma son oyunlarda bu üstünlüyü hesabda əks etdirə bilmirik.

 

- Son iki oyunda son dəqiqələrdə qol buraxırsız. Hesabı qorumağa nə mane olur?

- Bəli, bu mövsümdə bir neçə oyunda son dəqiqələrdə buraxdığımız qolla 3 və ya 1 xalı əldən vermişik. Futbol 90 dəqiqə oynanılır. Fərqi yoxdur qolu 1-ci və ya 90-cı dəqiqədə buraxırsan. Məncə əsas olan qolun vurulma dəqiqəsi yox, hansı səbəbdən buraxmağımızdır. Bunun üzərində daim çalışırıq. İnanıram ki, qarşıdakı oyunlarda bu cür səhvlərə yol verməyək.

 

- Komandanın avrokuboklara vəsiqə qazanma şanslarını necə dəyərləndirirsən?

- Mövsüm hələ yarılanmayıb. İndidən turnir cədvəlinə baxıb nəsə fikir bildirmək doğru olmaz. Bəli, turnir cədvəlində rəqiblərimiz bizdən bir qədər aralanıb. Amma bu hələ hər şeyin bitdiyi anlamına gəlmir. Hədəfimizə çatmaq üçün sona qədər mübarizə aparacayıq.

 


- Milli komandalara görə yaranan fasilə işinizə yarayacaq, yoxsa?

- Milli fasilə hamı üçündür. Hər komanda bu fasilədə yol verdiyi səhvləri araşdırır və bunları aradan qaldırılması üçün çalışır Fasilənin hansı komandaya necə təsir etdiyini fasilədən sonra görəcəyik. Təbii ki, biz də bu fasilədə əvvəlki oyunlarda yol verdiyimiz səhvləri aradan qaldırmaq üçün var qüvvəmizlə çalışacayıq.

 

- Milli komandaya dəvət almadın. Bu barədə nə deyə bilərsən?

- Yığmada çıxış etmək hər bir futbolçu üçün fəxrdir. Millinin heyətini baş məşqçi Fernandu Santuş müəyyənləşdirir. Onun qərarına hörmətlə yanaşıram. Yığmamıza qarşıdakı oyunlarda uğurlar arzu edirəm.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:32

Zəfər Günü: Vətən Müharibəsi İştirakçısı Araz Balayevlə Futbolun Moral Gücü

Futbol
Bu gün, 11:30

Napoli klubunun prezidenti baş məşqçisini mətbuat konfransından çəkdi

Cüdo
Bu gün, 11:29

Bakı şəhərində 483 cüdoçu iştirak edəcək yarış noyabrın 8-də yekunlaşacaq

Futbol
Bu gün, 11:14

Braziliyada 36 yaşlı futbolçu Bismark Vinisius silahlı hücuma məruz qalıb və öldürüldü

Qarabağ FK
Bu gün, 11:00

Turan Tovuz: 10,000 manatlı mükafat, tələskənlik və gələcək uğur üçün dərs

Basketbol
Bu gün, 10:58

Lebron Ceymsin evində şübhəli şəxs oğlu kimi təqdim oldu

Digər
Bu gün, 10:49

Bakıda Zəfər Kuboku çərçivəsində 14 kateqoriyalı yorğa yarışları keçirildi

Güləş
Bu gün, 10:40

İki qızıl medalla Azərbaycan üzgüçüləri Macarıstan Kubokunda qələbə qazandı

Futbol
Bu gün, 10:34

“Sabah” və “Şamaxı” Zəfər turunu yekunlaşdıracaq

Digər
Bu gün, 10:29

Azərbaycan kayakçılarının və kanoeçilerin Batumda beynəlxalq super sprintdə mükafatlar qazanması

Futbol
Bu gün, 10:25

Qubadlıda futbolun zafər sevincinə təsiri: Döyüşçü Araz Balayevin xatirələri

Futbol
Bu gün, 10:12

Manchester United 40 ildən sonra antirekordunu təkrarladı

Futbol
Bu gün, 10:06

Lionel Messi, MLS-in müntəzəm mövsümündə 26 qol vuraraq Qızıl buts mükafatını qazandı

Futbol
Bu gün, 10:00

Eşqin Əhmədov: Milliyə dəvət və debut gözləntiləri

Boks
Bu gün, 09:56

Şara Bullet və Adesanya 5 dekabrda Səudiyyə Ərəbistanında UFC Fight Night-də görüşəcək

Digər
Bu gün, 09:45

Trump, UFC prezidenti Dana White-a Ağ Evdə yüksək vəzifə təklif etdi

Futbol
Bu gün, 09:33

İmişli və Sumqayıt Yevlaxda son oyununda xallıq fərqini görəcək

Futbol
Bu gün, 09:30

Nadir Nəbiyev AFFA baş katibi ilə dörd rayonda futbol infrastrukturu yoxladı

Boks
Bu gün, 09:27

İstanbulda Murad Əliyev qazanan boksçusu fanlar tərəfindən hücum edildi

Minifutbol
Bu gün, 09:22

Azərbaycan futzal milli komandası Latviya ilə qarşılaşacaq: ilk qalibiyyət üçün mübarizə

Futbol
Bu gün, 09:16

Avropada 28 futbol mübarizəsi: Barselona, Liverpul, Yuventus və digər böyük klublar

Futbol
Bu gün, 09:08

Valverde: 62%-i uzaqdan qollar vurur

Futbol
Bu gün, 09:00

Bayquşlar Şamaxını qarşılaşacaqlar

Futbol
Bu gün, 08:40

UEFA, Arsen Vengeri FIFA prezidenti namizədi olaraq dəstəkləmək istəyir

Oxşar xəbərlər