top
Təbriz Həsənovdan Qarabağ - Kopenhagen oyunu ilə bağlı ŞƏRH Idman.biz
01 oktyabr 2025, 17:51
- ↺ +

Təbriz Həsənovdan "Qarabağ" - "Kopenhagen" oyunu ilə bağlı ŞƏRH

"Hələ ki, "Qarabağ"ın oyununda hər şey yaxşılığa doğru gedir. Təsnifat mərhələsindəki oyunlarda da, "Benfika" ilə görüşdə də komanda özünü ən yaxşı tərəfdən göstərə bildi".

Bu sözləri qol.az-a açıqlamasında 1990-cı illərdə "Qarabağ"ın futbolçusu olmuş, hazırda "Sabah" akademiyasının aşağı yaş qrupları üzrə koordinatoru işləyən Təbriz Həsənov deyib.

Həsənov 1998-ci ilin yayında UEFA-nın Kuboklar kuboku adlanan yarışında "Qarabağ"ın heyətində "Kopenhagen"lə keçirilən hər iki görüşdə 90 dəqiqə oynayıb. O, Ağdam klubunun UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda bu gün "Kopenhagen"lə keçiriləcək oyunu öncəsi əvvəlcə 27 il əvvəlki qarşılaşmalardan (0:6, 0:4) danışıb:

"Böyükhesablı məğlubiyyətdən sonra xatirələr az olur. O vaxt bizim komandaların indiki kimi hazırlığı olmurdu. Deməzdim ki, heyətimiz pis idi. Amma istənilən kimi hazırlıq, şərait yox idi. Demək olar ki, bütün klublarımız elə ilk turdan mübarizəni dayandırırdı. Həm də böyükhesablı məğlubiyyətlərlə.

"Kopenhagen" həm fiziki olaraq güclü idi, həm də atletik futbol oynayırdı. Heyətlərində 1992-ci ildə Danimarkanın Avropa çempionu olduğu futbolçulardan 3-4 nəfər də vardı. Danimarkadakı görüşdə ilk dəqiqədən elə oynadılar ki, biz o tempi tuta bilmədik. 15, ya da 20-ci dəqiqədə artıq hesab 3:0 idi. Künc zərbələri zamanı daha çox çətinlik çəkirdik. Hamısı hündür və fiziki cəhətdən güclü futbolçu idi. Çox əziyyət çəkdik. Qapıçımız Camaləddin Əliyev hələ nə qədər qurtarışlar etdi. İkinci hissədə isə tempi tuta bildik. Tez buraxdığımız qollar bizi çətin duruma saldı. Bakıda da 0:4 uduzduq. Çalışırdıq ki, maksimum gücümüzlə oynayaq. Amma artığını edə bilmirdik. Çünki komandanın hazırlığı ora qədər idi".

Həsənov hazırda "Qarabağ"ın çox inkişaf etdiyini və "Kopenhagen"ə qalib gəlmək gücündə olduğunu da qeyd edib: "Qarabağ" sağ olsun ki, artıq bir dəfə ( 2017-ci ildə ÇL-in pley-off mərhələsindəki qarşılaşmaları (1:0, 1:2) nəzərdə tutur – red.) məğlubiyyətlərin heyfini çıxıb. Mən düşünürəm ki, bu gün də komandamız qalib gələcək. Hazırkı "Qarabağ" bu gücdədir. Demirəm ki, asan olacaq. "Kopenhagen" indi də güclüdür. Onların "Bayer"lə ilk turdakı oyununa baxdım. Çox yaxşı hücumçuları var. Əsas da sürətli əks-hücumlarda təhlükəlidirlər. Amma "Qarabağ"a inanır və uğurlar arzu edirəm. Bura qədər "Qarabağ" çox böyük işlər görüb. Deyərdim ki, öz boyundan hündürə tullanıb".

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 07:14

"Aston Villa" Unai Emery-ə yeni müqavilə təklif edir

Futbol
Bu gün, 06:13

Nikolas Pas Çempionlar Liqasının ən məhsuldar futbolçusu oldu

Futbol
Bu gün, 05:11

Erlinq Holand UEFA Çempionlar Liqasında 62-ci qolunu vurdu, Raulun rekorduna yaxınlaşır

Futbol
Bu gün, 04:12

"Komo" Çempionlar Liqasının səfər oyununda 55 illik rekordunu təkrarladı

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Oxşar xəbərlər