top
Təbriz Həsənov: Qarabağ avrokuboklarda daha da irəli getməlidir - MÜSAHİBƏ Idman.biz
30 iyul 2025, 16:13
- ↺ +

Təbriz Həsənov: "Qarabağ" avrokuboklarda daha da irəli getməlidir - MÜSAHİBƏ

"Qarabağ"ın veteran futbolçusu Təbriz Həsənov Sportal.az saytına müsahibə verib.

- "Qarabağ" "Şelburn"la görüşdə 3:0 qalib gələrək, cavab matçı öncəsi böyük üstünlük qazanıb. "Qarabağ"ın ilk oyundakı performansını necə dəyərləndirirsiz?

- "Qarabağ" ilk oyunda da öz işini demək olar ki, 90 faiz həll etdi. Rəqib meydançasında böyük üstünlüklə, 3:0 qalib gəldi. Həqiqətən də "Qarabağ" rəqibindən keyfiyyət baxımından seçilirdi, daha üstün idi. "Qarabağ" yaxşı təsir bağışladı. Amma Çempionlar Liqasında əsas mərhələyə düşmək üçün performansına hələlik qiymət vermək olmaz. Böyük ehtimalla növbəti mərhələdə rəqib FKSB olacaq. O oyundan sonra "Qarabağ"ın bu mövsümkü performansı haqda danışmaq olar.

- "Qarabağ"ın yeni transferlərini necə dəyərləndirirsiz? Hansı futbolçu sizin diqqətinizi çəkdi?

- Bəli, yeni transferləri də gördük. Onların xüsusi nəyləsə fərqləndiklərini deyə bilmərəm. Bu da normal bir şeydir. Yeni gələn futbolçuya vaxt lazımdır. Xüsusilə də, "Qarabağ" kimi öz oyun üslubu olan, oturuşmuş oyun sistemi olan komandaya gələn futbolçu üçün bir az vaxt lazımdır. Yəqin ki, qarşıdakı matçlarda onlar özlərini daha yaxşı tərəfdən göstərəcəklər. Əgər "Qarabağ" rəhbərliyi, məşqçilər korpusu bu futbolçuları bəyəniblərsə, düşünürəm ki, yaxın zamanda əsas heyətdə öz yerini möhkəmləndirəcəklər və komandaya daha faydalı olacaqlar.

- Yəqin ki, "Qarabağ" cavab görüşündə mərhələ şansını əldən verməz? Cavab görüşündə də Azərbaycan çempionunun qələbə qazanacağını ehtimal edirsiz?

- Səfərdə 3:0 qalib gələn "Qarabağ" kimi komanda inanmıram ki, üstünlüyü əldən versin. "Şelburn" bugünkü gündə "Qarabağ"a qarşı qeyri-adi futbol nümayiş etdirən deyil. Düşünürəm ki, "Qarabağ" bu gün də rahat qələbə qazanacaq və növbəti mərhələyə adlayacaq.

- "Qarabağ"ın yenə də transferlərə ehtiyacı olduğunu düşünürsüz? Hücumçu yoxluğu hiss edilir?

- Bəli, "Qarabağ"ın transferlərə ehtiyac var. Keçən mövsüm "Qarabağ" Avropa Liqasındakı 8 oyunu da xatirimdədir. Onlardan çox şey gözləyirdik, amma demək olar ki, ümidləri doğrultmadılar. Məşqçilər özləri də hər şeyi yaxşı bilir. Hər halda, istər ÇL, istər AL, istərsə də, Konfrans Liqasının əsas mərhələsinə düşmək üçün "Qarabağ" daha da güclənməlidir. Uzun marafondur, oyunçuların zədələnməsi, yorğunluqları var. Azərbaycan çempionatında da komandalar çoxalıb, qrafik sıxlığı olacaq. Bütün bunları nəzərə alsaq, təbii ki, ehtiyac var, transferlər lazımdır. Komandanın çox keyfiyyətli hücumçuya ehtiyacı var. Çünki qarşıdakı mərhələlərdə rəqiblər daha da güclü olur. Onları keçmək üçün yaxşı hücumçun da olmalıdır.

- Bu mövsümkü "Qarabağ" Çempionlar Liqasında əsas mərhələyə qədər irəliləyəcəyinə inam verdi? Sizcə, bu mövsümkü "Qarabağ" əvvəlkilərdən güclü görünür?

- Bəli, "Qarabağ" özü də Çempionlar Liqasının əsas mərhələsinə düşmək istəyirlər, iddialıdırlar. Onun üçün də böyük şans var. "Qarabağ" avrokuboklarda bu mövsüm daha da yaxşı oyun göstərməli, daha da irəli getməlidir, mərhələləri adlamalıdır. Düzdür, FKSB ilk matçında "Şkendiya"ya uduzub. Amma böyük ehtimalla rəqib elə FKSB olacaq. Fikrimcə, "Qarabağ" bu mövsüm FKSB-ni keçə bilər. Halbuki Rumıniya klubunu tərifləyirlər, gücləniblər deyirlər. Buna baxmayaraq, "Qarabağ" yaxşı hücumçu ilə güclənsə, FKSB-ni də rahatlıqla keçər. Ümid edək və "Qarabağ"a uğurlar arzulayıram.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 09:40

İsveçrə U-15 Milli Komandasının Dünya Kubokuna Qatılmama Səbəbi Açıqlandı

Futbol
Bu gün, 09:39

23 Oktyabr: Avropada keçiriləcək əsas futbol oturumu

Futbol
Bu gün, 09:38

40 evdə məğlubiyyətsiz: 'Bavariya' Çempionlar Liqasında rekord qoyur

Futbol
Bu gün, 09:31

Misli Premyer Liqası: “Araz-Naxçıvan” – “Qəbələ” (23 Oktyabr, 15:00)

Futbol
Bu gün, 09:20

Türkiyə liqasının ən dəyərli üç futbolçusunun reytinqi

Futbol
Bu gün, 09:08

Runi, Manchester United futbolçularını sərt tənqid etdi: "Məsuliyyət daşımır"

Digər
Bu gün, 09:01

Kür handbol komandası Mingəçevirdə Bosniya klubu ilə EHF Avropa Kubokunda qarşılaşacaq

Futbol
Bu gün, 09:00

Zirə vs Sumqayıt: Qaratalların Kimyaçılarla mübarizəsi

Formula 1
Bu gün, 08:49

18 yaşlı pilot Freddi Sleyter \"Audi\" üçün Formula 1-də debüt edəcək

Futbol
Bu gün, 08:40

İsveç U-15 milli komandası Bakıda keçiriləcək dünya kubokunda iştirak etməyəcək

Digər
Bu gün, 08:24

Venesiya marafonunda 124 ölkədən 24,000 iştirakçı

Futbol
Bu gün, 08:20

Şamaxıda Araz-Naxçıvan – Qəbələ qarşılaşması

Futbol
Bu gün, 08:00

Qitələrarası Kubokun final mərhələsinə Qətər ev sahibliyi edəcək

Futbol
Bu gün, 07:31

Manchester Uniteddə paltardəyişmə otağında Karrik və Kunya arasında gərgin mübahisə

Digər
Bu gün, 06:15

Lamin Yamal “Qızıl top” mərasiminə xüsusi təyyarə ilə gedəcək

Futbol
Bu gün, 05:17

Kanselu: Tribunada hər kəs ekspertdir, təzyiqə necə cavab verəcəyini göstər

Futbol
Bu gün, 04:13

Mançester Yunayteddə Əsas Namizəd Eddi Hau

Futbol
Bu gün, 03:09

Luiş Fiqu: "Mourinyo "Barselona" üçün möhtəşəm baş məşqçi olardı"

Futbol
Bu gün, 02:08

Mançester Yunayted kapitanı Bruno Fernandeşin evi Çempionlar Liqası matçı zamanı oğurluq edildi

Futbol
Bu gün, 01:29

“Arsenal” 2026-cı il dünya çempionu Aleks Baenanı transfer etmək istəyir

Futbol
Bu gün, 01:10

Klopp Bavariyanın müdafiə sistemini tam başa düşmür

Futbol
Bu gün, 00:51

PSJ, zədələnən Kvaratskheli yerinə Bayerin Ibrahim Maza transferini planlaşdırır

Futbol
Bu gün, 00:18

Levandovski “Qızıl top” namizədliyi üçün Lamin Yamal, Harry Kane və Michael Olise-ni təriflədii

Qarabağ FK
Dünən, 23:58

Premyer Liqanın IX turunda "Sabah" "Qarabağ"la, "Neftçi" isə "Turan Tovuz"la qarşılaşacaq

Oxşar xəbərlər