top
Tbilisidə İdman Elm Forumunda idmanın inkişafı və yeni institut təşəbbüsü müzakirə edilib Report.az
20 iyun 2025, 16:25
- ↺ +

Tbilisidə İdman Elm Forumunda idmanın inkişafı və yeni institut təşəbbüsü müzakirə edilib

Bu gün Gürcüstanın paytaxtı Tbilisidə İdman Elm Forumu keçirilib.

"Report"un Gürcüstan bürosunun məlumatına görə, tədbirdə idmanın, xüsusən də futbolun inkişafı, idmançıların sağlamlığının qorunması, eləcə də bu sahədə hüquqi və elmi əsasların gücləndirilməsi məsələləri müzakirə olunub.

Forum çərçivəsində çıxış edən Gürcüstanın tanınmış futbolçusu Şota Arveladze bildirib ki, Tbilisidə İdmanın Elmi İnkişafı İnstitutunun yaradılması təşəbbüsü də gündəmdədir. Onun sözlərinə görə, bu institut klassik ali təhsil müəssisələrindən fərqli olaraq, idmançılar üçün xüsusi ixtisaslaşmış təhsil, elmi tədqiqat və tibbi dəstək platforması rolunu oynayacaq:

"İnstitut insan anatomiyası, idmançıların sağlamlığının qorunması, 40 yaşdan sonra da fəal şəkildə idmanla məşğul olmaq üçün şəraitin yaradılması və beynəlxalq əməkdaşlıq məsələlərinə fokuslanacaq. Burada təkcə Gürcüstan deyil, digər ölkələrin idmançıları da təhsil və dəstək ala biləcəklər".

O, həmçinin vurğulayıb ki, bu təşəbbüs dünyaca məşhur futbol əfsanəsi Yohan Kroyfun irsindən ilhamlanaraq hazırlanıb:

Şota Arveladze Şota Arveladze

"Gürcüstanda bu cür tədbirlər ona görə keçirilir ki, Kroyf özü bir filosof idi. O, göstərirdi ki, idman yalnız fiziki güc deyil – zehni hazırlıq və bilik də vacibdir. Təhsil və idmanı birləşdirmək gələcək nəsillər üçün əsas prioritet olmalıdır. Məsələn, məhz belə yanaşma sayəsində Messi və ya Ronaldu kimi futbolçular 40 yaşlarına qədər yüksək formada qalmağı bacarırlar."

Şota Arveladze əlavə edib ki, bu cür institutlar idmanla yanaşı, mədəniyyətin də inkişafına töhfə verir və idmançıların karyerasını uzatmağa imkan yaradır. Onun fikrincə, bu model gələcəkdə Azərbaycanda da tətbiq oluna bilər:

"Bu, akademiya deyil, institutdur. Lisenziya əsasında fəaliyyət göstərir və müxtəlif ölkələrdə lisenziya ilə fəaliyyət mümkündür. Əlbəttə ki, Azərbaycanda da belə bir institut yaradıla bilər".

Gürcüstanla Azərbaycan arasında idman sahəsində əməkdaşlığı yüksək qiymətləndirən Arveladze deyib:

"Biz qardaş və dost ölkələrik. İdmançılarımız fərdi qaydada böyük uğurlar əldə edirlər. Əminəm ki, gələcəkdə idmanın bütün sahələrində daha yüksək nəticələr görəcəyik", -deyə Arveladze bildirib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Basketbol
Bu gün, 10:02

Gəncə basketbol komandası FIBA Avropa Kubokunda Portuqaliya “Sportinq” ilə qarşılaşacaq

Futbol
Bu gün, 10:00

FIFA 'Kəpəz'dən 152,000 avro ödəniş tələb edir

Voleybol
Bu gün, 09:48

Turan, CEV Çempionlar Liqasında Mladostu qonaqlayaraq cavab oyununu keçirəcək

Futbol
Bu gün, 09:40

Bayern rəhbəri yeni müqavilə üçün Keynlə gərgin danışıqlar aparıldığını açıqladı

Futbol
Bu gün, 09:38

Arsenal Flitvudla oyunda məğlubiyyətə məruz qaldı

Futbol
Bu gün, 09:38

Barselona’nın 20 yaşlı yarımmüdafiəçisi Alaves qarşısında debut edə bilər

Futbol
Bu gün, 09:20

İsmayıl Jakobs milli karyerasını bağladı

Futbol
Bu gün, 09:08

“Çelsi” Estevao Villianın PSJ-yə icarəsi üçün üç şərt təqdim edib

Güləş
Bu gün, 09:04

Azərbaycanın üç güləşçisi Astanada Dünya çempionatına çıxır

Futbol
Bu gün, 09:00

Azərbaycan Kubokunun II təsnifat mərhələsi iki oyunla yekunlaşdırılacaq

Futbol
Bu gün, 08:40

Zenit'in 26 yaşlı mərkəz müdafiəçısı Nuralı Alip Galatasaray'a keçə bilər

Futbol
Bu gün, 08:12

Real Madrid futbolçusunun Valverde'nin sağlamlığına dair narahatlığa son

Futbol
Bu gün, 08:00

Paris Klubu 20 yaşlı əlcəzairli futbolçuya ciddi maraq göstərir

Futbol
Bu gün, 07:13

Karvaxal: Real Madriddə bəzən münaqişələr əlbəyaxa döyüşə qədər yüksəlirdi

Futbol
Bu gün, 06:23

Real Madrid, Mbappe qalmaqalını həll etmək üçün La Liqanın köməyi təklifini rədd etdi

Futbol
Bu gün, 05:17

“Bavariya” və “Ayaks” Keniyanın yeni 60 min tutumlu stadionunun açılış oyununu keçirəcək

Futbol
Bu gün, 04:15

Napoli 20 milyon avroluq müdafiəçi üçün marağını yenidən qaldırdı

Futbol
Bu gün, 03:07

Bakı U-15 Dünya Çempionatında 13 min porsiya yemək və 950 oyun: FIFA rekord pərdəarxasını açıqladı

Futbol
Bu gün, 02:33

Liverpool və Manchester City penalti seriyasında qalib, Bornmu, Kristal Palas və Sanderlend 1/4 finala yüksəldi

Digər
Bu gün, 02:27

İngiltərə Liqa Kuboku: "Liverpul" 1/8 finalda "Çelsi"ni məğlub edib;

Futbol
Bu gün, 01:59

Bavariya və Bayer Almaniya Kubokunda Qələbə Qazanır

Digər
Bu gün, 01:28

Qonsalu Ramuş PSJ-dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Digər
Bu gün, 01:09

“Milan”ın məğlubiyyətindən sonra A Seriyasında yalnız üç yenilməz komanda qaldı

Qarabağ FK
Bu gün, 00:51

Rəşad Sadiqov: “Təhsil və sıx oyun proqramı futbolçularımızı yorur, bəzi hallarda dərsdən dərhal sonra məşqə gəlirlər”

Oxşar xəbərlər