"Liverpul"un futbolçusu Tayler Morton karyerasını Fransada davam etdirəcək.
İdman.biz xəbər verir ki, klubu 22 yaşlı yarımmüdafiəçi "Lion"a transfer olunub.
Mortonla 5 illik müqavilə imzalanıb. Transferin dəyəri 10 milyon avro təşkil edib, əlavə 5 milyon avro isə bonuslar şəklində ödəniləcək. Futbolçunun növbəti satışından "Liverpul" 20 faiz pay alacaq.
Qeyd edək ki, Morton "Liverpul"un əsas komandasında 14 oyun keçirib.
İdman.biz