top
Tarixlərin yazıldığı “Zanbaqlar ölkəsi” klubuna qarşı İdman.biz
23 oktyabr 2024, 17:22
- ↺ +

Tarixlərin yazıldığı “Zanbaqlar ölkəsi” klubuna qarşı

Azərbaycan çempionu "Qarabağ" avrokuboklarda növbəti oyununu sabah keçirəcək.

İdman.biz xəbər verir ki, Qurban Qurbanovun komandası Avropa Liqasının Liqa mərhələsinin III turunda "Ayaks"la qarşılaşacaq.

Bu, Azərbaycan və Niderland klublarının qitə miqyaslı turnirlərdə 5-ci matçı olacaq. İndiyədək iki ölkə təmsilçilərinin yolları iki dəfə iki oyunluq dueldə kəsişib.

Hər iki halda eyni komandalar rəqib olublar. "Qarabağ" iki dəfə Niderland klublarına rəqib olub. Əks tərəfdə isə hər iki mövsümdə "Tvente" dayanıb. Həmin matçların hamısı indiki kimi Avropa Liqası çərçivəsində baş tutub.

Azərbaycan klubunun Niderland təmsilçisi ilə duelləri pley-offa təsadüf edib. Hər iki halda həmin oyun tarixi əhəmiyyət kəsb edib.

"Qarabağ" klub tarixində ilk dəfə 2009-cu ildə pley-off oynayıb. İlk belə qarşılaşma Niderlandda təşkil olunub. "Zanbaqlar ölkəsi"ndəki matçda "Tvente" 3:1 hesablı qələbəyə sevinib. Qurbanovun komandası evdə revanş ala bilməyib. Qolsuz heç-heçədən sonra təmsilçimiz qrup mərhələsinin bir addımlığında dayanıb.

Beş il sonra "Qarabağ"la "Tvente" yenidən Avropa Liqasının pley-offunda görüşüb. Bu dəfə Qurbanovun komandası Azərbaycan çempionu statusunda mübarizə aparıb. İlk oyun bu dəfə Bakıda baş tutsa da, hesab 5 il əvvəlki kimi olub.

Niderlandda yenə hər iki komanda qol sevinci yaşayıb. Lakin bu dəfə heç-heçə qeydə alınıb. Həmin vaxt səfər qolu prinsipi işlədiyi üçün "Qarabağ" turu adlayıb və tarixində ilk dəfə qrup mərhələsinə yüksəlib.

İlk pley-off və bu raundun ilk dəfə adlanmasını Niderland klubu ilə duellərdə yaşayan "Qarabağ" 4 matçda qələbə qazanmayıb. Üç heç-heçə edən təmsilçimiz yalnız bir dəfə uduzub. 2 qol vuran ağdamlılar 4 top buraxıblar.

2009/10 mövsümü, Avropa Liqası
Pley-off mərhələsi

"Tvente" – "Qarabağ" – 3:1, 0:0
2014/15 mövsümü, Avropa Liqası
Pley-off mərhələsi

"Qarabağ" – "Tvente" – 0:0, 1:1

Qeyd edək ki, "Qarabağ"ın Niderland təmsilçiləri ilə 5-ci, "Ayaks"la ilk dueli sabah saat 20:45-də başlayacaq.

Vüqar Xeyrullayev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 15:27

Barselona La Liqada ilk 12 turda 48 qolla ən məhsuldar ikinci startı qeydə alıb

Futbol
Bu gün, 15:25

Mesut Ozil FIFA-nı ikiüzlü standartlardan ittiham edib, qara siyahıya alındı

Futbol
Bu gün, 15:20

Lamine Yamal diz əksinə də təəssüflə Çexiyaya qarşı oyuna çıxmayacaq

Futbol
Bu gün, 15:10

Manchester United 40 ildən sonra yenidən düşmə zonasına düşdü

Futbol
Bu gün, 14:58

Mançester Siti və Barselona, Yuventusun müdafiəçisi Andrea Kambyazonun peşəkar keçidində

Digər
Bu gün, 14:54

Real Madrid Iker Kasilyasın oğullarını akademiyadan çıxardı

Futbol
Bu gün, 14:34

Zirə vs Qəbələ maçı: 9 Noyabr Dövlət Bayrağı Gününə həsr olunmuş aksiya

Digər
Bu gün, 14:27

UEFA Fransa Futbol Federasiyasını 10 min avro cərimələyib;

Futbol
Bu gün, 14:19

“Kristal Palas”ın baş məşqçisinin işdən çıxması gözlənilir

Futbol
Bu gün, 14:00

“Sabah” klubunun rəhbəri Ramin Həsənov “TransferRoom” mükafatının “İlin rəhbəri” namizədləri arasında!

Futbol
Bu gün, 13:47

Şirvan – Marafon oyunu yağış səbəbindən təxirə salına bilər

Formula 1
Bu gün, 13:33

Liam Louson Racing Bulls müqaviləsini uzatacaq və Braziliya Grand Prix-də 8-ci mövqeyə nail oldu

Olimpiada
Bu gün, 13:29

Dakar'da Azərbaycançılar iki qızıl medal qazanıb

Futbol
Bu gün, 13:25

22 yaşlı portuqaliyalı vinger Karlos Forbes üçün yarış: "Arsenal", "Tottenhem", "Mançester Yunayted", "Roma" və "Fiorentina" maraqlıdır

Futbol
Bu gün, 13:07

Mahir Emreli Polşada 'Legiya' matçında yüksək performans göstərdi

Futbol
Bu gün, 13:00

Şəfa kapitanı: 2:2 matçda hakimlərdən 5 xal itirdi, haqsızlıq edilib

Güləş
Bu gün, 12:50

Dünya Güləş Birliyinin Dakar yarışlarında Azərbaycanlı güləşçilər qızıl medal qazanıb

Futbol
Bu gün, 12:30

Şirvan – Marafon qarşılaşması II Liqada

Futbol
Bu gün, 12:30

Kozo Taşima FIFA prezidenti olmaq üçün namizədlik açıb, İnfantinoya rəqib olacaq

Basketbol
Bu gün, 12:15

Polina Şukina Azərbaycan Milli Basketbol Komandasından “Basketball Without Borders” proqramına qatılacaq

Futbol
Bu gün, 12:15

Biləsuvar 7:1 qələbə ilə AFFA Region Liqasının yeni mövsümünü başladı

Futbol
Bu gün, 12:01

Höness Musiala'nın əvvəlki səviyyəsinə qayıtması şübhəlidir

Futbol
Bu gün, 12:00

Sultanov: Müdafiə səhvləri məşqçilərin öhdəliyindədir

Futbol
Bu gün, 11:46

Azərbaycan İkinci Liqasında 10-cu turun 9 noyabrda üç qarşılaşma

Oxşar xəbərlər