top
Tarix yazmağın yolu Norveçdən keçir İdman.biz
07 noyabr 2024, 12:07
- ↺ +

Tarix yazmağın yolu Norveçdən keçir

Azərbaycan çempionu "Qarabağ" bu gün növbəti avrokubok oyununu keçirəcək.

İdman.biz xəbər verir ki, Ağdam klubu Avropa Liqasının Liqa mərhələsində dördüncü matçına çıxacaq.

"Bodo Qlimt"lə görüş Azərbaycan və Norveç klubları arasında 5-ci duel və ya 8-ci qarşılaşma olacaq. Əvvəlki 7 oyun 4 duel çərçivəsində baş tutub.

Bunlardan üçü, ümumilikdə 5 qarşılaşma məhz "Qarabağ"la bağlıdır. Digər dueldə isə "Tromse" ilə üz-üzə gələn "İnter" səfərdəki məğlubiyyətdən sonra Bakıda qələbə qazansa da, tam revanş üçün yetərli olmayıb.

"Qarabağ" üçün isə Norveç komandaları tarix yazmaq yolunun başlanğıcı olub. 2009-cu ildə tarixinin ilk pley-offuna doğru addımlayan Qurban Qurbanovun komandası mövsümə Norveçdə başlayıb.

Həmin vaxt "Rusenborq"la səfərdəki heç-heçə Bakıdakı qələbə ilə davam edib. Bununla da "Qarabağ"ın Avropa zəfərlərinin təməli qoyulub.

Elə ötən il Ağdam klubu tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsini adlayanda da əsas raunda norveçlilərlə duellə start verib. Bakıda "Molde" üzərindəki minimalhesablı qələbə təmsilçimizi sonda qrup ikinciliyinə daşıyıb. Bunun üçün səfərdəki 2:2 hesablı bərabərlik də təmsilçimizin pley-off yolunda vacib addım olub.

Düzdür, "Qarabağ"ın Norveç klubu ilə dueldə büdrədiyi vaxt da var. 2020-ci ildə koronovirus pandemiyasına görə bir matçdan ibarət olan mərhələdə Qurbanovun komandası "Molde"yə evdə penaltilərlə yenilib. Amma ev görüşü də ölkəmizdən kənarda – Kiprdə keçirilib.

Həm zəfərlərə aparan yolu, həm də Avropa Liqasının pley-offuna ilk addımı Norveç klubu ilə başlayan "Qarabağ" üçün belə matç yenə əlamətdar olmalıdır. Ardıcıl 5 məğlubiyyət alan, Liqa mərhələsində ilk xalını qazanmadan autsayderə çevrilən çempionumuz dönüş nöqtəsini məhz Norveçdə başlamalıdır. Çünki mərhələ adlamaq şanslarını daha da çətinə salmamaq üçün "qara zolaq"dan artıq indi çıxmaq vacibdir.

Ümumiyyətlə, iki ölkə klubları arasında 7 matçda Azərbaycan təmsilçiləri 3, Norveç komandaları 1 qələbə qazanıb. Üç oyunda qalib müəyyənləşməyib. 5 qol vuran təmsilçilərimiz 4 top buraxıb.

Yeganə məğlubiyyət "İnter"in matçına təsadüf edib. Bu da o deməkdir ki, "Qarabağ" 5 oyunda heç vaxt uduzmayıb. Qurbanovun komandası 2 qələbə qazanıb və 3 heç-heçə edib. Səfərdəki hər iki qarşılaşma sülhlə nəticələnib.

2009/10 mövsümü
Avropa Liqası, II təsnifat mərhələsi

"Rusenborq" – "Qarabağ" – 0:0, 0:1
2013/14 mövsümü
Avropa Liqası, II təsnifat mərhələsi

"Tromse" – "İnter" – 2:0, 0:1
2020/21 mövsümü
Çempionlar Liqası, III təsnifat mərhələsi

"Qarabağ" – "Molde" – 0:0, p. 5:6
2023/24 mövsümü
Avropa Liqası, qrup mərhələsi

"Qarabağ" – "Molde" – 1:0, 2:2

Qeyd edək ki, bu gün Norveçdə keçiriləcək "Bodo Qlimt" – "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

Vüqar Xeyrullayev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:21

Qalatasaray’da zədə şoku davam edir: Osimhen və Leao da yaralanıb

Futbol
Bu gün, 14:03

Lənkəranda ilk dəfə Qızlar U-12 Futbol Liqası başlandı

Futbol
Bu gün, 13:51

AFFA-nın milli futbolçuları üçün danışılmış oyunlarla mübarizə təlimi keçirildi

Futbol
Bu gün, 13:42

18 yaşlı Rus futbolçu Azərbaycan U-21-ə qoşuldu

Futbol
Bu gün, 13:40

David Silva 40 yaşında yenidən sahədə, ən yaxşı oyunçu seçildi

Digər
Bu gün, 13:35

Binə Atçılıq Mərkəzində "Zəfər Kuboku" uğrunda yorğa at yarışları keçirildi

Futbol
Bu gün, 13:24

Ferran Torresun Barselona klubuna geri dönmə ehtimalları gündəmdə

Futbol
Bu gün, 13:13

Bavariya■ Nın İdman Direktoru Keynin İngiltərə millisinə çağırılmasının faydalı olacağını bildirib

Futbol
Bu gün, 13:11

Can Naibov, Rusiya klubunun futbolçusu, Azərbaycan U-21 milli komandasının düşərgəsinə qoşuldu

Futbol
Bu gün, 13:04

Mançester Siti Premier Liqada 122 ildən sonra ilk dəfə 7 qələbədən sonra ardıcıl 3 məğlubiyyət alıb

Digər
Bu gün, 12:49

Prezident İlham Əliyev Xankəndidən Zəfər Günü münasibətilə xalqa müraciət edib

Qarabağ FK
Bu gün, 12:45

"Flamenqo"nun 2025-ci ilin çempionu Juninyo "Pumas"dakı uğurlu performansı ilə mövqeyini möhkəmləndirib

Futbol
Bu gün, 12:40

Qalatasarayın portuqaliyalı vingeri Rafael Leao əzələ zədəsi səbəbindən Portuqaliya millisinin qarşısını verə bilməyəcək

Formula 1
Bu gün, 12:33

Ferrari içində gərginlik yüksəlir: Hamilton və Leclerc arasında anlaşmazlıq

Digər
Bu gün, 12:25

Conni Uoker 3-cü raundda Valdo Kortes-Akostanı nokautla məğlub etdi

Şahmat
Bu gün, 12:15

Şahmatçımız Nicat Abasov Almaniyadakı Bavariya Açıq Çempionatında ilk məğlubiyyətini aldı

Digər
Bu gün, 12:00

Milli futsal komandası Latviyaya qarşı DÇ-2028 əsas mərhələsində

Futbol
Bu gün, 11:54

Fiorentina azarkeşləri Juventusdan keçən futbolçular üçün “donqardan xilas olmaq” ritualı təşkil edir

Futbol
Bu gün, 11:32

Zəfər Günü: Vətən Müharibəsi İştirakçısı Araz Balayevlə Futbolun Moral Gücü

Futbol
Bu gün, 11:30

Napoli klubunun prezidenti baş məşqçisini mətbuat konfransından çəkdi

Cüdo
Bu gün, 11:29

Bakı şəhərində 483 cüdoçu iştirak edəcək yarış noyabrın 8-də yekunlaşacaq

Futbol
Bu gün, 11:14

Braziliyada 36 yaşlı futbolçu Bismark Vinisius silahlı hücuma məruz qalıb və öldürüldü

Qarabağ FK
Bu gün, 11:00

Turan Tovuz: 10,000 manatlı mükafat, tələskənlik və gələcək uğur üçün dərs

Basketbol
Bu gün, 10:58

Lebron Ceymsin evində şübhəli şəxs oğlu kimi təqdim oldu

Oxşar xəbərlər