San Marino millisi tarixinin ilklərinə imza atıb.
İdman.biz xəbər verir ki, bu, Millətlər Liqasının VI turunda baş verib.
D liqasında mübarizə aparan "cırtdan" ölkə təmsilçisi səfərdə Lixtenşteynə qalib gəlib – 3:1. San Marino yığması tarixində ilk dəfə səfərdə qələbə qazanıb.
"Cirtdanlar" həm də tarixdə ilk dəfə bir oyunda 3 qol vurub. Bunadək onların rekordu 2 qola bərabər idi. 2003-cü ildə Lixtenşteyn (2:2), 9 il sonra Malta (2:3) San Marinodan iki top buraxıb.
Qeyd edək ki, öz qrupunda 1-ci yeri tutan san marinolular C liqasına yüksəlib.
İdman.biz