top
Tarik Elyunussi: Qarabağın Nyukasl ilə cavab oyunu çətin görünür, amma komanda ÇL-də hörmət qazanıb Idman.biz
24 fevral 2026, 17:58
- ↺ +

Tarik Elyunussi: "Qarabağ"ın "Nyukasl" ilə cavab oyunu çətin görünür, amma komanda ÇL-də hörmət qazanıb

"Qarabağ"ın bu gün Çempionlar Liqasında uğurlu nəticə qazanması çox çətin görünür. Çünki hesab arasında fərq böyükdür".

Bu sözləri "Qarabağ"ın sabiq futbolçusu Tarik Elyunussi Ağdam təmsilçisinin UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərədə "Nyukasl"a qarşı keçirəcəyi cavab oyunu ilə bağlı danışarkən deyib.

Norveç millisinin keçmiş yarımmüdafiəçisi Ağdam təmsilçisinin səfərdə böyükhesablı qələbə qazanmasının real görünmədiyini vurğulayıb: "Nyukaslda 6:0 və ya 6:1 hesabı ilə qalib gəlmək çox çətindir. Bunun mümkünsüz olduğunu demirəm, futbolda hər şey baş verə bilər. Amma növbəti mərhələyə yüksəlmək çox çətin görünür. Əgər real şans olsaydı, bu, ilk oyunda, yəni Bakıda daha mümkün görünərdi", - deyə o, AZƏRTAC-a açıqlamasında bildirib.

O, "Qarabağ"ı yaxından izlədiyini bildirib:

"Xüsusilə Çempionlar Liqasında və ümumilikdə Avropa yarışlarında çıxış edəndə oyunları izləmək daha asan olur".

Tarik Elyunussi "Qarabağ"ın bu mövsüm Çempionlar Liqasında uğurlu çıxış etdiyini vurğulayıb:

"Komanda bir çoxlarını təəccübləndirməyi bacardı. Müxtəlif insanlardan mesajlar aldım. Onlar mənim vaxtilə "Qarabağ"da oynadığımı bildikləri üçün komanda ilə maraqlanırlar. Əvvəllər "Qarabağ"ı tanımayanlar artıq bu klub haqqında məlumatlıdırlar. Düşünürəm ki, komanda Çempionlar Liqasındakı çıxışına görə dünyada böyük hörmət qazanıb".

Veteran futbolçu Azərbaycandakı karyerası ilə bağlı da fikirlərini bölüşüb:

"Azərbaycanı çox sevirəm. Təəssüf ki, orada uzun müddət qala bilmədim, cəmi altı ay çıxış etdim. Zədəli vəziyyətdə gəlmişdim və tam hazır formaya düşməyim vaxt apardı. Bu səbəbdən özümü istədiyim səviyyədə göstərə bilmədim. Bu, mənim üçün çətin idi".

O, Bakıda keçirdiyi dövrü xoş xatirələrlə xatırladığını əlavə edib:

"Klubda rəhbərlik, məşqçilər heyəti, futbolçular, bir sözlə, hamı mənə çox yaxşı münasibət göstərdi. Bakı möhtəşəm şəhərdir. Kaş ki, daha uzun müddət qala və ölkənin digər bölgələrini də görə biləydim. Coğrafiya, tarix və mədəniyyətə böyük marağım var. Hələ də Azərbaycanda bəzi insanlarla əlaqəm qalır. Gələcəkdə yenidən Bakıya səfər etməyi planlaşdırıram".

Qeyd edək ki, bu gün "Sent Ceyms Park" stadionunda təşkil olunacaq "Nyukasl" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23:59-da başlayacaq. İlk matçda İngiltərə klubu 6:1 hesablı qələbə qazanıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 06:33

“Manchester United”un möhtəşəm dönüşü Carrickin gələcəyini dəyişə bilər

Futbol
Bu gün, 05:27

Zidane, Qızıl topun həqiqi sahibi Mbappe olduğunu bildirib

Formula 1
Bu gün, 05:21

Hamilton Leclerc ilə gərginliyi aradan qaldıran görüşün detallarını açıqladı

Futbol
Bu gün, 03:38

Ağadadaş Salyanski: Milli komanda dəvəti gözləyirdim – Müsahibə

Formula 1
Bu gün, 02:45

Neymar Formula-1 yarışında San-Paulu Grand Prix-də diqqət mərkəzinə girdi

Futbol
Bu gün, 02:23

Barselona La Liqada 2-1 qələbə qazanaraq Atletico'yi məğlub etdi;

Futbol
Bu gün, 02:23

Manchester United və digər Premier Liqa klubları Vitor Rokenin transferinə maraqlanır

Futbol
Bu gün, 02:03

“Qalatasaray”ın məşhur futbolçusu Cevad Prekazi vəfat edib

Futbol
Bu gün, 01:41

Kivu: Qələbədən sonra futbolçulara daha çox səy göstərmələri üçün xəbərdarlıq edir

Olimpiada
Bu gün, 01:29

Azərbaycanlı sprinter Şuvayev 100 metr finalında yerini tutdu

Futbol
Bu gün, 01:20

Flick, Rafinyanın Barcelona ilə yeni müqaviləsini təqdir etdi

Futbol
Bu gün, 00:58

Bröndbü azarkeşləri Kopenhagen derbisində geniş pirotexniki şou təşkil ediblər

Digər
Bu gün, 00:29

Trampın UFC rəhbərinə mətbuat katibi vəzifəsi təklifi və qarışıqlıq

Futbol
Bu gün, 00:10

Murad Məmmədovun Pafos komandası 4 qol vurdu

Digər
Bu gün, 00:01

9 Noyabr: Azərbaycanda Dövlət Bayrağı Günü

Futbol
Dünən, 23:49

Mahir Emreli, köhnə komandasını məğlub edərək məhsuldar ötürmə ilə yadda qaldı

Futbol
Dünən, 23:45

Mahir Emreli Legiya 4-2 qələbəsində asistlə çıxış etdi

Olimpiada
Dünən, 23:41

Azərbaycan Dakar-2026-da 15 pillə irəliləyiş edərək yeddinci sıraya çıxdı

Futbol
Dünən, 23:18

Sabahın keçmiş kapitanı: Barselona adlarından çəkinməmək lazımdır

Gimnastika
Dünən, 23:06

Azərbaycan gimnastikası Nankində bir qızıl və iki gümüş medalla dünya çempionatını qazanıb

Futbol
Dünən, 22:58

Sabah 2-2 Şamaxı matçı video

Minifutbol
Dünən, 22:58

Elvin Quliyev: “Latviya qarşısında 1:5 məğlubiyyətdə həyəcan var idi, standart vəziyyətlərdə ciddi səhvlər buraxdıq”

Qarabağ FK
Dünən, 22:28

Şəfa-2 və Kəpəz-2 arasında 1:1 heç‑heçə

Digər
Dünən, 22:05

Azərbaycan futzal yığması Latviya ilə 5:1 məğlubiyyət alıb

Oxşar xəbərlər