top
Tarık Elyunusi: 2017-ci ilin Çelsisi daha güclü idi, Qarabağ isə inkişaf edib Idman.biz
04 noyabr 2025, 13:45
- ↺ +

Tarık Elyunusi: 2017-ci ilin "Çelsi"si daha güclü idi, "Qarabağ" isə inkişaf edib

"Bəli, o vaxt çox çətin idi. "Çelsi" o zaman çox güclü idi, dünya səviyyəli futbolçuları vardı".

Bunu "Qarabağ"ın sabiq futbolçusu, 2017-ci ildə komanda ilə Çempionlar Liqasının qrup mərhələsində oynamış Tarık Elyunusi futbolinfo.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

– "Qarabağ" Çempionlar Liqasın əsas mərhələsinin 4-cü turunda "Çelsi" ilə qarşılaşacaq. Bu matç barədə düşüncələriniz necədir?

– "Qarabağ" üçün çətin oyun olacaq. "Qarabağ"ın ürəyi var, "Çelsi" isə başqa səviyyədədir. Yenə də futbolda hər şey mümkündür – bir yaxşı əks-hücum və ya standart vəziyyətlə oyun dəyişə bilər. Məncə, "Çelsi" favoritdir, amma "Qarabağ" müdafiəni möhkəm saxlayıb ağıllı oynasa, sürpriz edə bilər.

– "Qarabağ" bu oyundan xal qazana bilərmi?

– Çətindir, amma mümkünsüz deyil. Komanda sıx oynasa, yaxşı müdafiə olunsa və əks-hücumlarda şanslarını dəyərləndirsə, bəlkə də heç-heçə ola bilər.

– 2017-ci ildə "Çelsi"yə qarşı oynamısan və iki oyunda 10 qol buraxmışdınız. Bu dəfə fərqli ola bilərmi?

– Bəli, o vaxt çox çətin idi. "Çelsi" o zaman çox güclü idi, dünya səviyyəli futbolçuları vardı. Amma "Qarabağ" da hazırda çox inkişaf edib. Qurban Qurbanovun rəhbərliyi altında uzun illərdir sabitlik var və bu, meydanda da hiss olunur. Oyunçular dəqiq bilirlər ki, məşqçi nə istəyir, hər mövsüm sistem dəyişmir, klubun artıq formalaşmış kimliyi var. Komanda daha təcrübəli və struktur baxımından daha güclüdür. Ona görə də bu dəfə fərqli ola bilər.

– Hansı "Çelsi" daha güclüdür – 2017-ci ilin, yoxsa indiki?

– Məncə, 2017-ci ilin "Çelsi"si ümumilikdə daha güclü idi. O komandada Eden Hazard, Sesk Fabreqas, Dieqo Koşta kimi ulduzlar var idi. Bu, çox ciddi keyfiyyətdir. İndiki "Çelsi" isə gənc, yenidənqurma mərhələsində olan və bir qədər gözlənilməz komandadır.

– "Qarabağ"ın hazırda 6 xalı var. Növbəti mərhələyə keçmək şans varmı?

– 6 xalla onların real şansı var. Əgər bir qələbə də qazana bilsələr, mümkündür. Digər oyunlardan da çox şey asılıdır, amma "Qarabağ" hazırda yaxşı vəziyyətdədir.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 06:13

Arteta, formaların dartılması və tutulması ilə bağlı geniş videoarxiv topladığını açıqladı

Tennis
Bu gün, 05:03

Novak Cokoviç Paris Masters-də çətin qələbə qazanıb, çiynindəki problemə görə tibbi fasilə götürdü

Boks
Bu gün, 04:12

Ceyk Pol qələbə qazanarsa karyerasını başa vuracağını bildirdi

Futbol
Bu gün, 03:19

"Liverpool" rəhbərliyindəki dəyişikliklər Mak Allisterin gələcəyinə yeni perspektiv açır

Futbol
Bu gün, 02:19

Okan Buruk Ştutqart qarşısında hakimin qərarlarını tənqid etdi

Futbol
Bu gün, 01:38

Eyden Makkarti: “Rəqibimiz də bizim güclü tərəflərimizi nəzərə almalıdır”

Futbol
Bu gün, 01:28

PSG Çempionlar Liqasında 16 dəqiqədə dörd qol vurarak rekord yaradı

Futbol
Bu gün, 01:11

Fənərbağça Emre Belözoğlu ilə 1,5 illik müqavilə imzaladı

Futbol
Bu gün, 01:01

Emre Belözoğlu "Fənərbaxça" klubunun yeni baş məşqçisi oldu - RƏSMİ

Futbol
Bu gün, 00:58

Sabah FK-nın baş məşqçisi Valdãs Dambrauskas: "Çempionlar Liqasında Vikinqə qarşı əsas problem sıx qrafikdə futbolçuları sağlam saxlamaqdır"

Futbol
Bu gün, 00:46

Noyer üçüncü mövqedə: Messi və Müller geridə, Çempionlar Liqasının rekordunu dəyişdi

Futbol
Bu gün, 00:38

Sabahın məşqçisi: ‘Vikinq’ə qarşı matçda tam hazırıq

Futbol
Bu gün, 00:27

Aşraf Hakimi tarixdə yeni rekord qırdı, Luis Enríqueyə isə 50-ci Çempionlar Liqası matçı ilə tarix yazıldı

Futbol
Bu gün, 00:08

Batrakov Ştутqart qarşılaşmasında ən yaxşı oyunçu seçildi - statistikasilə diqqət çəkdi

Futbol
Dünən, 23:38

Mareska açıqlayıb: Fodenin az oyunu fiziki hazırlığın marafoni

Futbol
Dünən, 23:24

Çempionlar Liqasında "Fənərbaxça"ya qarşı oynayacaq "Liverpul"da ciddi itki: Rayan Qravenberx sağlım deyil

Futbol
Dünən, 23:24

Reqraqi: Yamalın Qızıl topu alması halında Mbappé daha çox məyus olardı

Futbol
Dünən, 23:09

Harri Keyn İspaniyada və La Liqada oynamaq arzusundan danışdı

Futbol
Dünən, 22:54

İraola Fenerbahçənin gücünü vurğuladı: “Onlara qarşı təzyiq göstərməliyik”

Futbol
Dünən, 22:50

Makkarti: İlk qolumla özünəinamımı artırdım, növbəti oyunda da davam etmək istəyirəm

Futbol
Dünən, 22:39

Vikinq məşqçisi 'Sabah' haqqında: Çoxlarının eşitmədiyi, amma güclü komandadır

Futbol
Dünən, 22:33

Valdas Dambrauskas: Sıx oyun cədvəli bərpa prosesini çətinləşdirir

Futbol
Dünən, 22:25

Real Madridın yarımmüdafiəçisi Arda Güler zədə səbəbindən kənarda qaldı

Cüdo
Dünən, 21:56

Yeni Cüdo Kəmər Sınağı 5-6 Noyabr Baku Olimpiya Kompleksində

Oxşar xəbərlər