Niderland millisinin və "Liverpul"un sabiq futbolçusu Dirk Kuytun rəhbərlik etdiyi "Birşot" klubu Belçika çempionatını tərk edəcək. Sport24.az xəbər verir ki, Pro Liqada qalmaq uğrunda pley-off qrupunda ilk oyunda "Sent Trüden"ə uduzan komandanın sona 5 tur qalmış elitanı tərk edəcəyi dəqiqləşib.
"Birşot" yeni mövsümdə I Liqada mübarizə aparacaq.
Kuyt 2023-cü ilin dekabrından Belçika təmsilçisinə rəhbərlik edirdi.