top
TalkSport: “Nyukasl”ın futbolçusu “Liverpul”un transfer hədəfindədir Report.az
26 mart 2025, 20:05
- ↺ +

TalkSport: “Nyukasl”ın futbolçusu “Liverpul”un transfer hədəfindədir

"Liverpul" futbol klubu "Nyukasl"ın isveçli hücumçusu Aleksander İsakı yay üçün əsas transfer hədəfi kimi nəzərdən keçirir.

"Report" xəbər verir ki, bu barədə insayder Aleks Krukun "TalkSport"da dərc olunmuş məqaləsində bildirilib.

Onun sözlərinə görə, "Liverpul" İsak üçün ciddi təklif hazırlayır. İsveçli forvard hətta bu il 33 yaşı tamam olacaq Məhəmməd Salah komandada qalsa belə, "qırmızılar"ın prioritet hədəfləri siyahısına daxildir.

Mersisayd təmsilçisinin uruqvaylı hücumçusu Darvin Nunyeslə mümkün mübadilə haqqında şayiələrə baxmayaraq, bu variant az ehtimal edilir. Lakin "Liverpul" razılaşma çərçivəsində başqa oyunçular təklif edə bilər. Belə ki, keçmişdə "Nyukasl" müdafiəçi Co Qomesə maraq göstərib, daha əvvəl isə "Liverpul" 24 yaşlı Entoni Qordonun transferi üzrə danışıqlarda digər müdafiəçi Carrel Kvansı təklif edib.

"Nyukasl" rəhbərliyi mövsümün sonunda İsakla yeni müqaviləni müzakirə etmək niyyətində olsa da, hücumçuya tələbatın böyük olacağını anlayır. Eyni zamanda, klub yayda azad agent olacaq Conatan Devidin ("Lill") keçidi üzrə danışıqlar aparır. Lakin kanadalı üçün rəqabət yüksək olacaq – "sağsağanlar" Devid uğrunda "Arsenal", "Tottenhem", "Mançester Yunayted" və "Vest Hem"lə mübarizə aparmalı ola bilər.

Qeyd edək ki, 2022-ci ildən "Nyukasl"da top qovan İsak Premyer Liqada 77 matçda 50 qola imza atıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 20:01

İsveçin Höteborq şəhərində Zəfər Gününə həsr olunan şahmat turnirinin qalibləri açıqlanıb - FOTO

Digər
Bu gün, 20:00

Nazir: Azərbaycan qlobal idman yarışlarına ev sahibliyi edərək dünya idman mərkəzi kimi tanındı

Digər
Bu gün, 20:00

Fənərbaxçanın əvvəlki prezidenti Səddəddin Sarana bəraət verilib

Futbol
Bu gün, 19:38

"Şamaxı"nın futbolçusu Abdul Raşid Mumini Benin millisinə çağırılıb;

Futbol
Bu gün, 19:34

Kolumbiyalı qapıçı David Ospina 38 yaşında karyerasını başa vurdu

Futbol
Bu gün, 19:30

Manchester United'ın yarımmüdafiəçisi Kobbi Meynu PSJ-nin hədəfində

Digər
Bu gün, 19:20

New York marafonunda gənc qız finişə bir neçə kilometr qalmış öldü

Futbol
Bu gün, 19:10

“Mingəçevir” futbolçusu Həsrət Mürsəlov: “Maaş almırıq, pulsuz oynamaq istəmirik” - İDMAN.BİZ-ə açıqlama

Digər
Bu gün, 19:09

Azərbaycan yığma komandasının baş məşqçisi Orxan Mustafayev: Yanğın və xilasetmə idmanı üzrə dünya çempionatı idmançılarımız üçün böyük təcrübədir;

Futbol
Bu gün, 19:00

İtalyaın "Milan" klubunun gənc hücumçusu Franchesko Kamarda üçün "Montsa" və "Piza" klubboarı təklif göndərib

Minifutbol
Bu gün, 19:00

Lənkəranda Çexiya yığmasını qəbul edən futzal millimizin məşqçisi: "Tribunadan böyük dəstək alacağımızdan ümidlili"

Futbol
Bu gün, 18:53

"Lion" klubunun baş məşqçisi Paulo Fonseka ilə yollarını ayırdı

Futbol
Bu gün, 18:52

Xarici ekspertlər “Sabah” və “Vikinq” arasındakı çempionlar liqası mübarizəsi üçün proqnozlar veriblər

Futbol
Bu gün, 18:37

Cey-Cey Qabriel “Real Madrid”ə keçidə yaxındır: Gənc hücumçu “Mançester Yunayted”in bütün səylərinə baxmayaraq, La Liqa klubunu seçdi

Tennis
Bu gün, 18:30

İspan çempion Rafael Nadal Realın Direktorlar Şurasına təyin ediləcək

Futbol
Bu gün, 18:24

PSJ 8 dəqiqədə 4 qol vurar, Çempionlar Liqasında tarix yazdı

Futbol
Bu gün, 18:23

Yunay Emeri: "Barselona"ya 0:3 hesabı ilə məğlubiyyətimizi şərh etdi: "Hesab 0:2 olanda belə ümidimi itirməmişdim"

Futbol
Bu gün, 18:09

"Sabah"ın prezidenti Maqsud Adıgözəlov Çempionlar Liqası gəlirlərinin investisiya fonduna yönləndirilməsini açıqladı

Qarabağ FK
Bu gün, 18:05

U-19 "Qarabağ" "Dinamo"ya (Zaqreb) cavab oyununda 0:7 hesabı ilə uduzdu

Futbol
Bu gün, 18:00

Sabah'ın prezidenti: 'Çempionlar Liqasına vəsiqə qazanılsa da strateji dəyişmədik'

Minifutbol
Bu gün, 17:54

Vitali Borisov: Yerli futzalçılar üçün zamana ehtiyac var

Qarabağ FK
Bu gün, 17:54

"Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasında mübarizəni dayandırıb;

Futbol
Bu gün, 17:52

Sabahın U-19 komandası UEFA Gənclər Liqasında Vikinqə 0:5 hesabı ilə məğlub olub

Digər
Bu gün, 17:41

Suraxanı Atma Qovşağında keşirilən seçmə yarışda idmançılar atma bacarıqlarını nümayiş etdiriblər

Oxşar xəbərlər