top
Taleh Nəsibov: Dünya çempionatında yüksək yerlər uğrunda mübarizə aparacağıq - MÜSAHİBƏ İdman.biz
05 dekabr 2024, 13:53
- ↺ +

Taleh Nəsibov: "Dünya çempionatında yüksək yerlər uğrunda mübarizə aparacağıq" - MÜSAHİBƏ

Azərbaycan minifutbol federasiyasının icraçı vitse-prezidenti Taleh Nəsibov Sportal.az saytına müsahibə verib.

- "Zirə" və "Birbaşa" komandalarının oyununu izlədiniz. İki favorit komanda qarşılaşdı və "Birbaşa" qalib gəldi. Matçı necə şərh edərdiniz?

- Yaxşı oyun getdi. Hər iki tərəf də qələbəyə layiq idi. Heç-heçə daha ədalətli olardı. Hər iki komanda inkişaf edir. "Birbaşa" daha çox inkişaf edib. Bu da federasiyamızın uğurudur. "Birbaşa" Çempionlar Liqasının qalibi oldu. Gənclər və İdman naziri Fərid Qayıbov da onları qəbul etdi. Ölkəmizi layiqli təmsil etdiklərinə görə onlara təşəkkürnü bildirdi. Federasiyamızın prezidenti Orxan Məmmədov da orada iştirak edirdi. "Birbaşa"nın prezidenti Ramin Hacıyev də oradaydı. Çox yaxşı görüş alındı. Cənab nazirin göstərdiyi qayğıdan da razı qaldıq.

Biz də öz növbəmizdə federasiyanın işlərini davam etdirir. Maksimum dərəcədə çalışırıq ki, buraxdığımız hansısa səhv addımları gələcəkdə düzəldək və federasiyanın işini uğurlu istiqamətdə yönəldək. Bunun üzərində işlər gedir. Hələ ki, pis alınmır, hər şey qaydasında gedir. Bura çempionatın gedişatı, canlı yayımların reallaşması, marketinq tərəfi, sosial şəbəkələrdəki iş, hamısı aiddir. Bizim federasiyalarla bağlı Gənclər və İdman nazirliyində iclas olur. Orada da daim bizi digər federasiyalara nümunə kimi göstərirlər. Federasiyamızın işi nazirlik tərəfindən yüksək qiymətləndirilir.

- Gələn il paytaxtımızda minifutbol üzrə dünya çempionatı keçiriləcək. Hazırlıqlar necə gedir?

- Bəli, işlər görülür. Artıq başlamışıq kubok və medalların hazırlanması prosesinə. Dünya çempionatının keçiriləcəyi məkan bəllidir, Gimnastika Arenasında olacaq. Bu ay Gənclər və İdman nazirliyində böyük iclas keçiriləcək. Orada hər istiqamət üzrə nümayəndələr təyin olunacaq. Dünya çempionatında iştirak edəcək komandaların yerləşəcəyi məkanlar da bəllidir. Açılış və bağlanış tədbirlə bağlı da işlər davam etdirilir. Möhtəşəm tədbir keçiriləcək. Bu tədbir federasiyamızın prezidenti Orxan Məmmədovun da daim diqqətindədir. Çox istəyir ki, tədbir möhtəşəm və adımıza layiq olsun. Buna görə də, daim hər bir nöqtəsinə kimi maraqlanır, qiymət verir. Bu məsələyə həssas yanaşır. Biz də onun həssaslığını nəzərə alaraq, federasiya olaraq daha diqqətliyik. Yarışda 32 komanda iştirak edəcək. Avropa təmsilçiləri daha çox olacaq, Afrika və Amerika təmsilçiləri də həmçinin.

- Turnir öncəsi millinin baş məşqçisi ilə söhbətləriniz olub? Hazırlıq planı məsələsində...

- Əlbəttə. Dünya çempionatından öncə yaxın ölkələrin birində turnirdə iştirak etmək istəyirik. Turnir Monteneqroda da ola bilər. Danışıqlar gedir. Görək də, hansı ölkədə turnir keçəcək. Ona uyğun da təlim-məşq toplanışı keçiriləcək. Əlbəttə ki, çalışırıq baş məşqçimiz Elşad Quliyevin istədiyi kimi etmək istəyirik. Toplanışın harada keçirilməsi onun seçimidir. Sonuncu dəfə Monteneqroda toplanışdaydıq, turnirdə də iştirak etmişdik. Şəxsən oranın ab-havası çox xoşuma gəlmişdi. Xırda turnir oldu, amma komandalar üçün vacib oyunlar idi. Toplanışın nəticələri bəlli oldu. Komandamız orada çempionluq əldə etdi. Baş məşqçimizin tövsiyyəsi nə olacaqsa, federasiya da əlindən gələni edəcək ki, komanda üçün bütün şəraiti yaratsın. Şərait yaxşı olanda, komanda da yüksək ruh göstərə və nəticə verərlər.

- Sonuncu dünya çempionatında dördüncü olduq. Bu dəfə ev sahibi olduğumuzu nəzərə alsaq, yəqin ki, hədəf ancaq çempionluqdur?

- Əlbəttə. Asan məsələ deyil, dünya çempionatıdır, 32 komanda iştirak edəcək. Günü-gündən bütün komandalar güclənir. Biz də dayanmırıq, öz üzərimizdə işləyirik. Digər komandalar da həmçinin. Bizim məqsədimiz daim irəli ilə bağlıdır. Yüksək yerlər uğrunda mübarizə aparacağıq. Məncə, biz də favorit komandaların sırasındayıq. Allah qoysa, vaxtı gələndə vəziyyətə baxacağıq. Yaxşı olar.

- Minifutbol arenasının inşası nə yerdədir?

- Planımızda var. Sadəcə müəyyən daxili məsələlər var ki, tam olaraq cavabını tapmayıb. Onun üzərində işlər gedir. Amma federasiya olaraq, qarşımızda ən birinci məqsəd odur ki, Azərbaycan üçün böyük minifutbol bazası, arenası olsun. Ki, orada minfutbolun Çempionlar Liqasını, Avropa və dünya çempionatını istənilən vaxtı, istənilən ildə rahatlıqla qəbul edə bilək. Təbii ki, dünya minifutbol federasiyasının tam standartlarına cavab verən stadion olmasını istəyirik. Tennis akademiyasının arenası heç də geri qalmır. Sadəcə müəyyən ölçülər var ki, tam uyğun deyil. Xırda fərqlər var. Amma böyük beynəlxalq yarışların qəbul etmək üçün ora yaramır. Lakin hər halda, Azərbaycan reallığına görə çox gözəl arenadır. Biz də burada kifayət qədər yarışlarımızı, turnirlərimizi keçirək.

- Son illərdə minifutbolu dünyada daha çox maraq görür. FİFA tərəfindən minifutbolun tanınması baxımından irəliləyiş var?

- Xeyr, hələ ki, yoxdur. Amma biz dünya minifutbolu və Avropa minifutbol federasiyalarının iclaslarında iştirak edirik. Yaxın gələcəkdə də Azərbaycanda bütün iclaslar keçiriləcək və mətbuat üçün açıq olacaq. Biz bütün iclaslarda bu məsələni qaldırırıq ki, ya Olimpiya idman növləri siyahısına qəbul olunsun və yaxud da FİFA, UEFA qəbul etsin. Bunun üzərində özləri də işləyirlər. Biz də öz tərəfimizdən nə kömək lazımdırsa, əlaqələrdən istifadə edirik, müəyyən danışıqlara gedirik. Sadəcə reallıqlar var. Beynəlxalq idman təşkilatı var ki, öncə onlar bu idman növünü tanımalıdır. Məhz bundan sonra FİFA, UEFA tanımalıdır. Onun üzərində hazırda işlər gedir. Minifutbol çox inkişaf edib. Avropada lap yüksək səviyyədə inkişafdadır. İşlər davam edir, gec-tezi var. Biz də Azərbaycanda bu idman növünü 2017-ci ildən bu yana gətirmişik. Yeddi il ərzində gördüyümüz işlər göz qabağındadır. Həm vəsait xərclənib, həm də orada böyük əməy qoyulub. Müəyyən həddə gətirib çıxarmışıq. Heç də başqa federasiyadan geri qalmırıq. Nə qədər adam burada çalışır, yarışır. Gənclərimiz sağlam həyat tərzindədir, pis vərdişlərdən uzaqdır. Bu, bizim üçün çox mühüm məsələdir, dəstəkləyirik. Bizim üçün ən böyük vacib olan məsələ də budur.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 05:14

Bellinqem 16 yaşlı istedadlı Cey Cey Gabrielı Real Madridə gətirir

Futbol
Bu gün, 04:10

Lester klubunun titul sponsorunun pornoaktrisa ilə əməkdaşlığına azarkeşlər etiraz edir

Futbol
Bu gün, 03:12

Portuqaliya prezidentindən Cristiano Ronaldoya veda mesajı: 'Xalqımız sənin yanındadır'

Futbol
Bu gün, 02:39

PSJ qış transfer pəncərəsində Galatasarayın rus futbolçusu Aleksey Batrakovu cəlb edə bilər

Futbol
Bu gün, 01:43

Ramos Ronaldunun Portuqaliya milli komandadan istefa etdiyi xəbərə təəccübləndi, Silva təşəkkür etdi

Futbol
Bu gün, 01:24

Ruben Amorim Milanın Avropa Liqa məğlubiyyətindən sonra oyunçularını sərt tənqid etdi

Futbol
Bu gün, 01:05

Divock Origi Harvard Biznes Məktəbində təhsil alır

Futbol
Bu gün, 00:45

Murad Musayev “Sabah”ın baş məşqçisi vəzifəsinə qayıda bilər

Futbol
Bu gün, 00:29

“Qəbələ” 2026/2027 mövsümünün yeni üçüncü forması təqdim edildi

Digər
Bu gün, 00:19

Bakıda yanğınsöndürmə və xilasetmə dünya çempionatının qalibləri müəyyənləşdi

Futbol
Bu gün, 00:04

Pol Skoulz "Mançester Yunayted" üçün Gabriel Maqalyans, Deklan Ray, Maykl Olise, Kilian Mbappe və Cud Bellinqemı transfer etməyi məsləhət görüb

Gimnastika
Bu gün, 00:00

Azərbaycan gimnastları Nankindəki Dünya çempionatında növbəti mərhələyə vəsiqə qazandılar

Futbol
Dünən, 23:54

Baş məşqçi Jorje Jezus Ronaldodun milli komanda da qalmasını xahiş etdi

Futbol
Dünən, 23:43

Zidan, Fransa millisində iki yeni futbolçu çağırmağa hazırdır

Futbol
Dünən, 23:29

Real Madriddə Vinisius Juniorun forma problemi davam edir

Cüdo
Dünən, 23:24

Abşeron Olimpiya İdman Kompleksində 302 cüdoçu gücünü sınağa çəkdi

Futbol
Dünən, 23:01

Devid Moyes: Cek Qriliş Koventri ilə matca hazır deyil

Futbol
Dünən, 22:55

Traktor, Fənərbaxçadan ayrılan baş məşqçi İsmail Kartal ilə danışıqlara başladı

Futbol
Dünən, 22:47

Moldova futbolçusu Vadim Kriçmar 38 yaşında ölmüş

Futbol
Dünən, 22:47

Bavariya, 18 yaşlı Oskar Pietüşevskini transfer hədəflərinə daxil etdi

Futbol
Dünən, 22:32

Mançester Yunayted rəhbərliyi Karrikin istefası məsələsində qərar aldı

Digər
Dünən, 22:25

Gədəbəydə Zəfər Gününə həsr olunan veloyürüş təşkil edildi

Cüdo
Dünən, 22:09

Azərbaycan cüdo komandası Zaqrebdə Grand-Prixdə iştirak edəcək

Futbol
Dünən, 21:59

İnfantino: Ronaldo'nun milli karyerası sona çatdı – “irsi qollardan daha böyük”

Oxşar xəbərlər