top
Tahir Gözəldən Qarabağın tarixi uğuru, inam və dəstək mesajları ilə bağlı açıqlama Sport24.az
30 yanvar 2026, 19:35
- ↺ +

Tahir Gözəldən "Qarabağ"ın tarixi uğuru, inam və dəstək mesajları ilə bağlı açıqlama

"Qarabağ"ın prezidenti Tahir Gözel klubun saytına açıqlama verib. Sport24.az xəbər verir ki, o, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin son turunun "Liverpul"la oyununa, Ağdam təmsilçisinin pley-offa vəsiqə qazanmasına və püşkatmanın nəticəsinə münasibət bildirib:

 

"Komandamız Azərbaycan futbolunda daha bir ilki gerçəkləşdirdi. Bu uğur Liqa mərhələsinin "Liverpul"la "Enfild Roud"dakı ağır qarşılaşmadan sonra rəsmiləşdi. "Qarabağ"ın son turun nəticələrindən sonra ilk "24-lük"də yer alması Azərbaycan futbolu üçün tarixi nəticədir. Bu, təsadüf deyil, uzun illərin zəhmətinin, səbrin və sistemli işin nəticəsidir. "Liverpul"la oyun ağır keçdi. Bu, hamımız üçün aydındır və tamamilə normaldır. Futbolun səviyyəsi artdıqca çətinliklər də artır. Dünyanın ən güclü komandaları belə bəzən istədiyi nəticəni əldə edə bilmir. Ona görə də bu oyunu faciə kimi yox, yolumuzun üzərində dəyərli bir təcrübə kimi qəbul edirik".

 

Tahir Gözel tarixi uğurla yanaşı, bütün ölkə tərəfindən inam və dəstəyin olmasını da qeyd edib: "Əsas məsələ isə budur ki, "Qarabağ" növbəti dəfə tarix yazdı. "Liverpul"a böyükhesablı məğlubiyyətə baxmayaraq, növbəti mərhələyə vəsiqəni təmin etdik. Sanki bu məqamda ilahi bir toxunuş, ilahi bir nəzər bizə dəstək oldu, əməyimizi bərəkətləndirdi. Mənim üçün bu uğurun ən qiymətli tərəfi xalqımızın komandaya olan inamını qorumasıdır. Nəticədən asılı olmayaraq, bütün ölkənin "Qarabağ"ın yanında olması böyük mənəvi gücdür. Aldığımız saysız-hesabsız dəstək mesajları bunun ən bariz göstəricisidir. Hər kəs anlayır ki, bu səviyyəyə yüksəlmək nə qədər çətindir. Qarşımızda dayanan klublar böyük tarixə, geniş maliyyə imkanlarına və illərlə formalaşmış futbol mədəniyyətinə sahibdir. Amma "Qarabağ" bu səviyyədə yalnız nəticə ilə deyil, duruşu ilə də öz yerini təsdiqlədi".

 

Klubumuzun prezidenti "Enfild Roud"dakı matçın ən dəyərli məqamlarına da toxunub: "İngiltərədə, oyunun 44-cü dəqiqəsində "Şəhidlər ölməz, Vətən bölünməz" şüarının səslənməsi, bayrağımızın tribunada dalğalanması bir daha göstərdi ki, biz təkcə bir futbol klubu deyilik. Biz bir xalqın səsini, ruhunu və kimliyini təmsil edirik. Dünya bunu gördü və artıq "Qarabağ"a başqa gözlə baxır.

 

"Qarabağ" bu missiyanı davam etdirir, dayanmır və dayanmayacaq. Qurban Qurbanov tarixi şəxsiyyətdir. "Qarabağ" - dəyərlərə malik, adına layiq olan, təmiz və böyük bir ailədir".

 

Tahir Gözel azarkeşlərə və futbol ictimaiyyətinə təşəkkürünü də çatdırıb: "Bu yolda bizə inanan, dəstəyini əsirgəməyən hər kəsə minnətdaram. Bu uğur təkcə klubun yox, bütün Azərbaycanın uğurudur. Qarşıda bizi daha çətin, amma bir o qədər də məsuliyyətli mərhələ gözləyir. Əmin ola bilərsiniz ki, "Qarabağ" bundan sonra da ölkəmizi Avropada ləyaqətlə təmsil etmək üçün bütün gücünü ortaya qoyacaq".

 

"Qarabağ"ın prezidenti pley-off mərhələsinin bu gün keçirilən püşkatmasına da münasibət bildirib: "Avropanın ən nüfuzlu klub turnirində pley-off mərhələsinə yüksəlmək hər klubun arzusudur və bu mərhələ artıq təkcə futbol yox, xarakter, inam və ruh mübarizəsidir. Çempionlar Liqasında yoluna davam edən komandaların hər biri zirvəni hədəfləyir. "Böyük beşlik" liqasını təmsil edən komanda ilə qarşılaşmaq həm məsuliyyət, həm də böyük qürurdur. İngiltərənin "Nyukasl Yunayted" klubunun ölkəmizə gəlməsi Azərbaycan futbolu üçün bayramdır, tribunalar üçün həyəcan, gənclər üçün isə ilham mənbəyidir. Azarkeşlərimizin qarşısında Çempionlar Liqasının əsl ab-havasını yaşadacağımıza ürəkdən sevinirəm. Bu mərhələdə də meydanda son saniyəyədək mübarizə aparacağıq. Öz oyunumuzdan, yolumuzdan dönməyəcəyik. Əzmimizlə, xarakterimizlə, birlik ruhumuzla Azərbaycan futbolsevərlərinə unudulmaz anlar bəxş etmək istəyirik. Komandama inamım sonsuzdur. Əminəm ki, futbolçularımız hər iki oyunda sonadək döyüşəcək, heç bir rəqibdən çəkinmədiklərini, bu səviyyəyə layiq olduqlarını və Azərbaycanın futbol xəritəsində artıq söz sahibi olduğunu bütün Avropaya bir daha göstərəcəklər".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Dünən, 23:10

Edqaras Yankauskas: Azərbaycan millisi güclü, texnikalı və sürətli oyun tərzinə malikdir

Minifutbol
Dünən, 22:48

“Buxar Sumqayıt” EMF Avropa Kubokunda Aldak 422-ə 2:4 məğlub oldu

Futbol
Dünən, 22:23

Şimal futbol klubu sınaq matçında 3:0 qələbə qazandı

Basketbol
Dünən, 19:26

Sumqayıt basketbol klubu ABŞlı oyunçusu Cordan Vatsonla müqavilə imzaladı

Futbol
Dünən, 16:49

Mahir Emreli: Millidə qələbə vacib deyil, əsas odur ki, yaxşı oyun göstərək

Boks
Dünən, 11:32

Azərbaycan boks komandası Avropa çempionatında ikinciliyi tutaraq iki qızıl, bir gümüş və iki bürünc medal qazandı

Futbol
Dünən, 10:33

U-21 milli komandasının futbolçusu: “Komanda olaraq çox yaxşı oynadıq, 1 xal qazandıq” - MÜSAHİBƏ

Futbol
Dünən, 09:08

PSJ məşqçisi Luis Enrique Arsenalın İspan futbolçusunu 80 milyon avroya transfer etməyi planlaşdırır

Futbol
Dünən, 05:17

Tomas Tuxel, İspaniya millisinin güclü tərəflərini açıqladı

Futbol
Dünən, 04:38

Mbappe sol diz zədəsi səbəbindən Fransa millisindən ayrılır, Real Madridə qayıdır

Futbol
Dünən, 03:09

Zidane, Mbappé-nin zədəsini “Çox pis” adlandırdı

Qarabağ FK
25 sentyabr 2026, 21:27

İlham Zəkiyev Tbilisidə keçirilən dünya çempionatında səkkizinci dəfə iştirak edəcək

Futbol
25 sentyabr 2026, 20:52

“Qəbələ” Rafael Utziqi ilə müqavilə imzaladı

Qarabağ FK
25 sentyabr 2026, 20:19

Dudek Koxalskinin “Qarabağ”ı tərk edərək “Vyeçista Krakov”a keçməsini rahatlıq seçmək kimi tənqid etdi

Futbol
25 sentyabr 2026, 19:58

“Yuventus” Fransisko Konseysao ilə yeni müqavilə imzalamaq üçün hazırlıqlar aparır

Basketbol
25 sentyabr 2026, 19:29

“LANDAU Lions” basketbol komandası Səbuhi Hacıyevlə əməkdaşlıq bağladı

Basketbol
25 sentyabr 2026, 18:30

Sumqayıt klubuna İngiltərəli basketbolçu Coş Oqundele qoşuldu

Futbol
25 sentyabr 2026, 17:47

Rəşad Abdullayev: Litva qarşısında qələbə şansı var

Gimnastika
25 sentyabr 2026, 17:42

Azərbaycan akrobatika gimnastları dünya çempionatının finalına yüksəldi

Futbol
25 sentyabr 2026, 14:29

Neftçi futbolçusu Sessi D’Almeyda Messi-nin vida matçında iştirak edə bilər

Futbol
25 sentyabr 2026, 14:15

Zirədən ayrılan qapıçı Tiago Silva “Şəfa”da - Rəsmi

Futbol
25 sentyabr 2026, 11:00

Araz‑Naxçıvan yeni baş məşqçi Yuri Maksimovun rəhbərliyi altında ilk məşqini keçirdi;

Minifutbol
25 sentyabr 2026, 09:50

“Birbaşa Bakı” və “Zirə” komandaları Çempionlar Liqasının 1/8 finalında İspaniyada çıxış edir

Futbol
25 sentyabr 2026, 09:43

Messinin Argentina millisində son oyun üçün biletlər dörd dəqiqəyə satıldı

Oxşar xəbərlər