"Qarabağ"ın prezidenti Tahir Gözəl UEFA Avropa Liqasının əsas mərhələsinin V turunda Bakıda Fransanın "Lion" komandasına qarşı keçiriləcək oyunu şərh edib Sport24.az "Azərtac"a istinadən xəbər verir ki, o, Liqa 1 təmsilçisini Azərbaycan paytaxtında çox çətin görüş gözlədiyini bildirib:
"Mən çox ümidliyəm. Klubuma inanıram. Hər zaman deyirdim ki, "Qarabağ" ən yaxşı formadadır. Şükürlər olsun ki, "Budyo-Qlimt"lə son oyunda bunu sübut etdik. Avropa Liqasında pley-off mərhələsinə yüksəlmək üçün hələ də şansımız var".
Qeyd edək ki, "Qarabağ" – "Lion" oyunu noyabrın 28-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.