top
Tahir Gözel: Bu gün - iradə günü idi! Sport24.az
14 avqust 2024, 10:35
- ↺ +

Tahir Gözel: "Bu gün - iradə günü idi!"

"Qarabağ"ın prezidenti Tahir Gözel "Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Ludoqorets" üzərində Bolqarıstandakı inamlı qələbəsinin (7:2) ardından fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, klub preidenti Ağdam təmsilçisinin uğurlarının davamlı olacağına inamını vurğulayaraq, hər kəsi bu möhtəşəm qələbə münasibətilə təbrik edib:

 

"İlk növbədə, bu möhtəşəm qələbə münasibətilə hər kəsi ürəkdən təbrik edirəm! Bu oyun hamımız üçün çox stresli, çox gərgin keçdi. Amma başda Qurban Qurbanov olmaqla, futbolçularımızın göstərdiyi əzm və fədakarlıq sayəsində bu çətin sınaqdan da üzüağ, başımız dik çıxdıq. Biz bir daha sübut etdik ki, birlikdə hər zaman uğura imza atmaq mümkündür.

 

O, baş məşqçi Qurban Qurbanova belə bir komanda yetişdirdiyinə görə təşəkkür edib: "Biz bu oyunda sonadək mübarizə aparmağın nə qədər önəmli olduğunu gördük, yeni, maraqlı təcrübə qazandıq. Komandamızın meydanda keçirdiyi 120 dəqiqə və xüsusilə matçın əlavə olunmuş 30 dəqiqəsində göstərdiyi oyun, bunu yalnız yüksək səviyyədə fiziki hazırlığı, möhkəm irədəsi və böyük ruh yüksəkliyi olan oyunçuların edə bilməsinin bariz nümuməsi idi. Bu gün - iradə günü idi! Bu məqamda, Qurban Qurbanova belə bir fiziki gücdə olan komanda yetişdirdiyi üçün bir daha təşəkkür etmək istəyirəm".

 

"Biz eyni zamanda, yaxşı başa düşürük ki, qarşıda bizi daha çətin və məsuliyyətli oyunlar gözləyir. Daha güclü rəqiblərə qarşı mübarizə aparacağıq. Ancaq mən əminəm ki, bu qələbə ruhu, əzm və məsuliyyət hissi ilə komandamız daha böyük zirvələri fəth edəcək. Bu yolda heç nə bizi dayandıra bilməz" - deyə Gözel əlavə edib.

 

Klub prezidenti bildirib ki, pley-offa vəsiqə böyük uğurlara doğru atılan addımdır: "Başda cənab prezidentimiz İlham Əliyev olmaqla, bütün Azərbaycan xalqını, komandamı və azarkeşlərimizi təbrik edirəm. Bizimlə birlikdə bu sevinci yaşayan, bizi burada tək qoymayan hörmətli səfirlərimiz Leyla xanım və Hüseyn bəyə xüsusi təşəkkürümü bildirirəm. Həmçinin, matçdan sonra centlmenlik göstərən "Ludoqorets" klubunun prezidenti Aleksandr Aleksandrova komandamız haqqında səsləndirdiyi xoş fikirlər üçün dərin minnətdarlığımı bildirmək istəyirəm. Bu qələbə bizim üçün sadəcə bir addımdır. İrəlidə bizi daha böyük uğurlar gözləyir!".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:18

“Manchester United” Niko Uilyamsı 95 milyon avro üçün almağa hazırdır

Futbol
Bu gün, 11:10

Yurgen Klopp Almaniya millisinin tarixində ən pis startı qeyd etdi;

Futbol
Bu gün, 10:04

“Qəbələ”nin baş məşqçisi Yeton Bekirinin gənc futbolçulara şans vermək məqsədi

Futbol
Bu gün, 09:49

UEFA, Aliyar Ağayevə Gürcüstan‑Ukrayna oyununu idarə etmək üçün təyinat verdi

Futbol
Bu gün, 08:45

UEFA Millətlər Liqası 2026/27 ikinci turunun oyun afişası

Futbol
Bu gün, 05:36

Barselonanın gənc futbolçusu Cessi Bisivu Belçika U-21 və Qana millisi arasında seçim etməlidir

Futbol
Bu gün, 03:44

Məhəmməd Salahın Misir milli komandadan çıxması ölkədə mübahisələrə səbəb oldu

Futbol
Bu gün, 02:38

Arsenal, Tottenham, Liverpool və Manchester United Manchester City-yə qarşı 800 milyon funtluk iddia hazırlayır

Futbol
Bu gün, 02:13

Klopp ilk məğlubiyyətdən sonra sakit qalır: Bu, prosesin bir hissəsidir

Futbol
Bu gün, 01:47

Kamavinqa Fransa millisinin hücumçularının vəzifələri barədə açıqlama verdi

Futbol
Bu gün, 01:28

İspaniya mətbuatı Braziliya milli komandasını ‘Barselona’ stilinə bənzətdi

Güləş
Dünən, 23:40

Azərbaycan çimərlik güləşində iki qızıl üç bürünc medal qazandı, tarixdə ilk dəfə dünya çempionu oldu

Futbol
Dünən, 23:23

Qəbələ ilə Karvan-Yevlax arasında qolsuz bərabərlik

Şahmat
Dünən, 22:38

Vüqar Əsədlinin rəhbərliyi altında Qətər şahmat komandası Səmərqənddə qrup birinciliyini qazandı

Futbol
Dünən, 21:24

Jalə Məhsimova “Neftçi”də davam edəcək

Futbol
Dünən, 19:57

İmişli, Araz‑Naxçıvanı 1:3 hesabı ilə məğlub etdi

Futbol
Dünən, 19:30

Ayxan Abbasov: Litva qarşısında 1:1 oyunla futbolçular milli formanın dəyərini sübut etdilər

Futbol
Dünən, 16:28

Azərbaycan U‑21 millisinin Şotlandiya ilə qarşılaşması üçün norveçli hakimlər təyin olundu

Basketbol
Dünən, 10:47

NTD iki gənc U‑20 oyunçusunun müqaviləsini bir il uzatdı, 10 oyunçu komandadan ayrıldı

Futbol
Dünən, 10:00

“Kəpəz” uzun müddət zədələnən Məqsəd İsayevlə yollarını ayırdı

Şahmat
Dünən, 09:00

Azərbaycan şahmat milli komandası bu gün Səmərqənddə sonuncu oyunlarını keçirəcək;

Futbol
Dünən, 06:27

Dursun Özbek: “Qalatasaray” transferlərindən 50 milyon avro gəlir əldə edib

Voleybol
Dünən, 05:18

Polşa kişi voleybol milli komandası finalda Fransanı məğlub edərək Avropa çempionu oldu

Futbol
Dünən, 03:24

Manchester City futbolçusu Rayan Ayt‑Nuri, Əlcəzair milli komandadan çıxarıldı: məşqçinin göstərişinə əməl etmədi

Oxşar xəbərlər