top
Tahir Gözəl: Qarabağın Çempionlar Liqası mərhələsinə vəsiqəsi Azərbaycan futbol tarixinə əlamətdar hadisə kimi keçdi Sport24.az
28 avqust 2025, 02:41
- ↺ +

Tahir Gözəl: "Qarabağ"ın Çempionlar Liqası mərhələsinə vəsiqəsi Azərbaycan futbol tarixinə əlamətdar hadisə kimi keçdi

"Qarabağ"ın prezidenti Tahir Gözəl "Qarabağ"ın Çempionlar Liqasında əldə etdiyi tarixi uğurla bağlı təəssüratlarını bölüşüb. Sport24.az xəbər verir ki, o, pley-off mərhələsində Macarıstanın "Ferensvaroş" klubu üzərində iki matçın cəmində qazanılan 5:4 hesablı qalibiyyətin ardından klubun mətbuat xidmətinə fikirlərini bildirib.

 

Klubun prezidenti "Qarabağ"ın qitənin ən nüfuzlu klub turnirində Liqa mərhələsinə vəsiqə qazanmasını tarixi nailiyyət adlandırıb. Tahir bəy bu zəfəri Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban Əliyevaya hədiyyə edib:

 

"Bu tarixi qalibiyyəti Cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevə, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya və əziz xalqımıza hədiyyə edirik. Qarabağın fatehi olan Ali Baş Komandanımızın da dediyi kimi, Qarabağ Azərbaycandır! Azərbaycan hər yerdə sözünü deyir. Ölkə başçımızın dünya liderlərinə nümunə olacaq parlaq siyasəti sayəsində işğal altında olan torpaqlarımız geri qaytarıldı. Cənab Prezidentimiz və Birinci vitse-prezidentimiz Qarabağ torpaqlarını qarış-qarış gəzərək, səfalı güşələrimizin daha da gözəl olması üçün əllərindən gələni edirlər. Biz də Qarabağı təmsil edən bir klub olaraq futbol arenalarında onlara layiq olmağa çalışırıq. Bu nailiyyətimiz də Azərbaycan futbol tarixinə əlamətdar hadisə kimi keçdi. Bu münasibətlə başda ölkə başçımız İlham Əliyev və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva olmaqla bütün xalqımızı təbrik edirəm".

 

Tahir Gözəl bu uğurda əməyi keçən klubun məşqçilərini, futbolçularını, eyni zamanda azarkeşlərini də təbrik edib: "Azərbaycan futbolu adına böyük nailiyyətdir. "Qarabağ" klubu olaraq yenidən tarix yazmağın qürurunu yaşayırıq. Azərbaycan xalqına bu sevinci bəxş edən baş məşqçimiz Qurban Qurbanova, məşqçilər heyətimizə, futbolçularımıza, klubumuzda çalışan bütün əməkdaşlara təşəkkür edirəm və onları təbrik edirəm. Qurban hocanın və futbolçularımızın əziyyəti danılmazdır. Bütün oyunlarda bizi yalnız qoymayan, komandamızı qələbələrə ruhlandıran azarkeşləri də ürəkdən təbrik edirəm".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:00

Rahid Əmirquliyev: “12 xalla kifayət etmirik, liderdən 6 xal geriyik”

Futbol
Bu gün, 13:48

Cenk Sümer: "Hədəfimiz mövsümün sonunda çempion olmaqdır"

Futbol
Bu gün, 13:30

Niko Pas Mourinyoya zəng edərək "Real"a yalnız ehtiyat üzvü kimi qayıtmaq istəmədiyini bildirib

Qarabağ FK
Bu gün, 13:28

“Şəfa”‑“Araz‑Naxçıvan” sonuncu yerdən qurtulmağa çalışacaq, “Zirə”‑“Qəbələ” isə “Qarabağa” yaxınlaşmaq üçün mübarizə aparır? - İDMAN.BİZ‑in İCMALI

Voleybol
Bu gün, 13:08

Mateus Arauxo: "Azərbaycan çempionatı hər il inkişaf edir və daha maraqlı olub"

Gimnastika
Bu gün, 13:06

Azərbaycan gimnastı Tofiq Əliyev tumblinq üzrə dünya çempionatında gümüş medal qazanıb

Futbol
Bu gün, 12:50

İspaniya 2030-cu il Dünya Çempionatının finalı Mərkirdə keçirilərsə turnirdən imtina edəcək

Futbol
Bu gün, 12:48

Latsio Neapolda Çətin Sınaqla, Inter Komo ilə Mübarizədə

Basketbol
Bu gün, 12:35

Sabah basketbol klubu oyunçusu Mayk Ertel ilə müqaviləni bağlamış

Futbol
Bu gün, 12:30

FİFA prezidenti İnfantino yenidən seçilmək üçün Dünya çempionatının formatını dəyişdirmə planlarından vaz keçə bilər

Futbol
Bu gün, 12:28

Fransa Liqa 1-in 10-cu turu: PSJ-nin liderliyi, "Havr"dakı məşqçi krizi və zirvə komandalarının qarşıları

Futbol
Bu gün, 12:08

İraola: Futbolçular yıxılmağı məsləhət edir, hakimlər qaydanı qeydə alır

Futbol
Bu gün, 12:00

Bəxtiyar Musayev: Ayxan Abbasovun gəncləri milliyə dəvət etməsini alqışlayır

Futbol
Bu gün, 11:59

Prezident İlham Əliyev Xankəndi Şəhər Stadionunun yenidənqurulmuş açılışında iştirak edib

Voleybol
Bu gün, 11:48

Misirli voleybolçu Mariam Metvalli: Azərbaycanlılarla oxşarlıq var, burada evim kimi hiss edirəm

Futbol
Bu gün, 11:30

PSJ‑nin 12 nailiyyəti və 7 komanda rekordu Guinness Rekordlar Kitabına daxil edildi

Basketbol
Bu gün, 11:02

NTD basketbol klubu Hüseyn Məmmədovu mövsüm sonuna qədər müqavilə ilə transfer etdi

Qarabağ FK
Bu gün, 11:00

Musa Qurbanlı "Qarabağ"ın son 4 oyundakı xal itkisi: "Bu, daha çox məşqçilərimizin təhlil etməli olduğu məsələdir"

Cüdo
Bu gün, 10:48

Marneulidə azərbaycanlı yeniyetmə idmançılar Zəfər Gününə həsr olunmuş qarışıq döyüş növləri turnirinə hazırlaşırlar

Gimnastika
Bu gün, 10:38

Selcan Mahsudova dünya çempionatında fərdi proqramın finalına vəsiqə qazanıb

Futbol
Bu gün, 10:30

DAZN-da Qadınlar Super Liqası iki oyunu canlı yayımlanacaq

Futbol
Bu gün, 10:30

Bundesliqada məğlub olmayan iki lider və rekord yarışı

Qarabağ FK
Bu gün, 10:23

Zirə – Qəbələ: 7 noyabr 18:30, Premyer Liqası 11. tur

Futbol
Bu gün, 10:15

Amed, Galatasarayın taxtını qorumağa çalışır, Manchester City təzyiq altında

Oxşar xəbərlər