top
Tahir Gözəl: Çempionlar Liqası, transferlər və azarkeşlərin gözləntiləri haqqında Idman.biz
28 iyul 2025, 19:03
- ↺ +

Tahir Gözəl: "Çempionlar Liqası, transferlər və azarkeşlərin gözləntiləri haqqında"

"Komandamız yeni mövsümə Çempionlar Liqasının oyunu ilə başladı. Ardıcıl 4-cü, tarixində 11-ci dəfə qitənin ən nüfuzlu klub turnirinə qatılan "Qarabağ" ötən il olduğu kimi, mübarizəyə II təsnifat mərhələsindən start verdi. İlk matçımızda İrlandiyada "Şelburn"la qarşılaşdıq. Ağır oyun oldu, çətin anlar da yaşadıq. Sevinirəm ki, sonda 3:0 hesablı qələbə qazandıq. Lakin bu nəticə arxayınlaşmağa əsas vermir. Rəqib İrlandiya çempionudur".

İdman.biz xəbər verir ki, bunun "Qarabağ"ın prezidenti Tahir Gözel komandanın 2025-2026-cı illər mövsümündəki ilk ev oyunu ərəfəsində klubun saytına açıqlamasında deyib.

O, Çempionlar Liqasının II təsnifat mərhələsinin "Şelburn"la Bakıda keçiriləcək cavab görüşündən gözləntiləri və transfer planları barədə fikirlərini bölüşüb: "Ümumiyyətlə, Çempionlar Liqasının təsnifat və pley-off mərhələlərində öz ölkələrinin ən güclüləri oynayırlar. Buna görə də kimliyindən asılı olmayaraq, asan rəqib olmur. Komandamız da bunu yaxşı dərk edir. Baş məşqçimiz Qurban Qurbanovun və rəhbərlik etdiyi texniki heyətin komandanı hər görüşə çox məsuliyyətlə hazırladığını bilirəm. Komandamızın qələbə əzminə inamım sonsuzdur. Komandamız cavab oyununa da ciddi hazırlaşır. Cavab görüşü mövsümün ilk ev oyunu olacaq. Doğma azarkeşlərimiz önündəki ilk qarşılaşmada da gözəl və layiqli oyunla qələbə qazanaraq mərhələ adlamağımızı istəyirəm. Azarkeşlərimizi bu qarşılaşmanı stadiondan izləməyə, komandamızı dəstəkləməyə çağırıram. Komandamız onlardan əlavə güc alır, ruhlanır. Mərhələni azarkeşlərimizlə birlikdə keçmək istəyirik. Hər mövsümdə olduğu kimi hədəflərimiz böyükdür. "Şelburn" hədəfə doğru yolda ilk addımdır. İnanıram ki, komandamız cari mövsümdə də avrokuboklardakı uğurları və daxili yarışlardakı qələbələri ilə azarkeşlərini sevindirəcək".

Tahir Gözəl transferlərə də toxunub: "Yeni mövsümə yeni transferlərlə başlamışıq. Onlardan bəzilərini artıq meydanda da görmüşük. Həm Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində keçirilən yoxlama oyunlarında, həm də "Şelburn"la qarşılaşmada yeni transferlərdən bəziləri meydana çıxıblar. Digərləri də növbəti görüşlərdə şans qazanacaqlar. Onların mövsüm ərzində komandaya faydalı olacaqlarına, uğurlar qazanmaqda kömək edəcəklərinə inanıram. Yeni transferlər etmək istəyirik. Baş məşqçimiz və texniki heyət komandanı oyunlara hazırlamaqla paralel şəkildə transferlər üzərində də çalışır. Onların lazım bildiyi mövqeləri gücləndirmək üçün istədiyi futbolçuları almağa çalışırıq. Ön xəttə - hücumçu və hücuma dəstək verəcək mövqelərə oyunçu istəyirik. Digər mövqelərdə də faydalı olacaq futbolçuların keçidi variantları yaranarsa, heyətimizi onlarla da gücləndirəcəyik. Bizdən asılı olan hər şeyi edirik. İnanıram ki, yaxın zamanda istəyimizə nail olacağıq. Azarkeşlərimiz daha güclü "Qarabağ" görmək, bunun üçün yeni transferlər istəyirlər. Onlar əmin ola bilər ki, biz də komandanın güclənməsi üçün bütün vasitələrdən istifadə edirik. Hansı mövqelərə hansı futbolçunu almaq lazımdırsa, həmin keçidi gerçəkləşdirəcəyik".

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 16:01

Hamann “Sabah” üzərində qələbənin “Borussiya” üçün niyə xüsusi əhəmiyyət daşıdığını açıqladı

Digər
Bu gün, 16:00

“Sabah”ın oyunu “Fənərbaxça”, “Qalatasaray” və “Mançester Siti”ni geridə qoydu

Futbol
Bu gün, 15:46

“Qalatasaray” – “Fənərbağça” derbisi və “Amedspor”un liderlik mübarizəsi

Futbol
Bu gün, 15:31

Lüksemburq U‑16 yığması Bakıda ilk FIFA Dünya Çempionatı və Festivalına çıxacaq

Güləş
Bu gün, 15:29

Nenad Laloviç yenidən UWW prezidentliyi vəzifəsini tutdu

Şahmat
Bu gün, 15:25

11 yaşlı şahmatçı Bodhana Şivanandan Avropa Klublar Kubokunda Yudit Polqarın 38 illik rekordunu qırmağa yaxındır

Futbol
Bu gün, 15:18

Genduzi UEFA Çempionlar Liqasında Yaxşı Olmayan Səhv Üzrə Üzr İstəyib

Futbol
Bu gün, 15:16

Arsenal, Aleks Baenanı heyətinə qatmaq istəyir

Digər
Bu gün, 15:03

Həvəskarlıqla böyük idman arasında: Azərbaycanda qayayadırmanma necə inkişaf edir? - İDMAN.BİZ-in REPORTAJI - FOTO

Digər
Bu gün, 14:59

Türkiyənin 4 nəhəng klubu cərimələnib

Digər
Bu gün, 14:50

Kanaki və Maohi Nui komandaları Bakıda

Qarabağ FK
Bu gün, 14:48

“Sabah” – “Qarabağ”: Mərdəkanın yeni “Sabah Arena”da köhnə rəqabət və liderlik mübarizəsi – İDMAN.BİZ-in İCMALI

Futbol
Bu gün, 14:41

Sabah futbol komandası baş məşqçisi Valdas Dambrauskas ildə 50 kitab oxuyur

Futbol
Bu gün, 14:40

Kəpəz – Şəfa matçı kinoteatrda nümayiş olunur

Digər
Bu gün, 14:33

Azərbaycanlı namizəd dünya güləşinin prezidentliyinə iddialıdır: Namiq Əliyev kimdir?

Digər
Bu gün, 14:26

İspaniyada Messinin qaldığı otelin önündə böyük İZDİHAM

Qarabağ FK
Bu gün, 14:25

“Qarabağ”ın sabiq hücumçusu oyunda kütləvi davaya səbəb oldu - VİDEO

Digər
Bu gün, 14:20

“Azərbaycan dünyanın ən yaxşı gənc futbolçularını qarşılamağa hazırlaşır”

Futbol
Bu gün, 14:05

Koy-Leons Mikelsin "Borussiya Mönhenqladbax"a şəxsi arzusuna baxmayaraq, clubdan rəsmi transfer təklifi olmamışdır

Qarabağ FK
Bu gün, 13:53

“Turan Tovuz”un hücumçusu İbrahima Vadji Fransa mediasında ön plandadır - FOTO

Digər
Bu gün, 13:44

“Sabah”ın müdafiəçisi Bakıda Lamin Yamalı meydanda rahat buraxmayacağına söz verdi

Digər
Bu gün, 13:40

"Ayntraxt" sabiq futbolçusunu idman direktoru postuna dəvət etmək istəyir

Digər
Bu gün, 13:20

"Nyukasl"ın sabiq baş məşqçisi "Mançester Yunayted"in "sükanı arxasına" keçə bilər

Digər
Bu gün, 13:17

“Şəfa”nın baş məşqçisi Vasif Haqverdiyev 5 oyunluq cəzalandırıldı

Oxşar xəbərlər