top
Tahir Gözəl: Bu matç sübut etdi ki, 'Benfika' üzərində qələbə təsadüf deyildi Sport24.az
02 oktyabr 2025, 10:20
- ↺ +

Tahir Gözəl: "Bu matç sübut etdi ki, 'Benfika' üzərində qələbə təsadüf deyildi"

"Sentyabrın 27-də Anım Gününü qeyd etdik. Bu möhtəşəm qələbəni xalqımıza, şəhidlərimizə, qazilərimizə həsr etmək istəyərdim. Cənab Prezidentimiz hazırda Kopenhagendədir və bu qələbəni ona həsr edirik. Möhtəşəm zəfərdir. Çox qürurluyuq". Sport24.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın prezidenti Tahir Gözəl UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ikinci turunda Bakıda "Kopenhagen"i 2:0 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib. 

 

Klub prezidenti qeyd edib ki, bu gün bütün dünya "Qarabağ"dan danışır:

 

"Danışacaq da. Bu matç sübut etdi ki, "Benfika" üzərində qazanılan qələbə təsadüf deyildi. "Qarabağ" Avropa futbolu oynayır. Möhtəşəm futbol sərgiləyən bir komanda kimi özünü təsdiqləyib. Bundan sonra da Azərbaycanın adını zirvələrə daşımaq üçün əlimizdən gələni edəcəyik. Mənim komandadan hər oyunda mütləq qələbə qazanaq deyə gözləntim yoxdur. Gözləntim odur ki, komanda ürəklə oynasın və əlimizdən gələni edək".

Tahir bəy 2 oyunda qazanılan 6 xalı möcüzə hesab edir: "Liverpul"dan öndəyik, bu, tarixi andır, möcüzədir. Hesab edirəm ki, 1 qələbə, 1-2 heç-heçə sayəsində 24-lüyə düşə bilərik".

 

İlk "24-lüy"ə düşməyin artıq hədəf olduğunu deyən klub rəhbəri növbəti turda Bilbaoda "Atletik"ə qarşı keçirəcəkləri matçdan da danışıb:

 

"Daha əvvəl İspaniyada oynamışıq. Xüsusən də, "Atletiko" ilə matçlar yaddaqalan olub. Hər iki görüşdə son 20 dəqiqədə azlıqda oynasaq da, heç-heçəyə nail olmuşduq. Böyük həvəslə İspaniya səfərinə yollanacağıq. Özümüzə inanırıq. Xalqımıza növbəti sevinci yaşatmaq istəyirik".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 06:13

Nikolas Pas Çempionlar Liqasının ən məhsuldar futbolçusu oldu

Futbol
Bu gün, 05:11

Erlinq Holand UEFA Çempionlar Liqasında 62-ci qolunu vurdu, Raulun rekorduna yaxınlaşır

Futbol
Bu gün, 04:12

"Komo" Çempionlar Liqasının səfər oyununda 55 illik rekordunu təkrarladı

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Oxşar xəbərlər