"Yaxşı oyunumuzu davam edəcəyimizə ümid edirəm".
İdman.biz xəbər verir ki, bunun "Levski"nin qapıçısı Svetoslav Vutsov UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Sabah"la ilk oyunundan öncə keçirilən mətbuat konfransına deyib.
23 yaşlı qolkiper ilk matçda qələbə qazanmaq arzusunu dilə gətirib: "Hələ ki, komandanın lideri olduğumu deyə bilmərəm. Növbəti matçlarda da yaxşı oynayacağımıza inanıram. Azarkeşlərin dəstəyi önəmlidir. Rəqibi məğlub etmək istəyirik. İnanıram ki, sabah qələbə ilə onları sevindirə biləcəyik".
Qeyd edək ki, "Levski" - "Sabah" qarşılaşması Georgi Asparuhov adına stadionda saat 22:00-da start götürəcək.
İdman.biz